"AtaSığorta" ASC sığorta xidmətlərinə tələbatın artmasını nəzərə alaraq müştərilərinə daha operativ və keyfiyyətli sığorta xidmətləri göstərmək məqsədi ilə yeni "Xətai" filialını və "Bayıl" nümayəndəliyini istifadəyə vermişdir.

IMG_6880-

Yeni açılmış "Xətai" filialı Bakı şəhəri, Nərimanov rayonu, Ak. Həsən Əliyev küçəsi 105, "Bayıl" nümayəndəliyi isə Bakı şəhəri, Səbail rayonu, Ə.Yaqubov küçəsi 18 ünvanında fəaliyyət göstərməyə başlamışdır. Rahat və geniş binalar tam təmir edilmiş, müasir texnoloji avadanlıqlarla təmin edilmiş və müştəriləri qəbul etməyə tam hazır vəziyyətə gətirilmişdir. Filial və nümayəndəliyin rahat ünvanda yerləşməsi, ofisdə yaradılmış gözəl şərait müştərilərin rahatlığına və məmnunluğuna xidmət edəcəkdir.
"AtaHolding" şirkətlər qrupuna daxil olan "AtaSığorta" 2004-cü ildən sığorta sektorunda fəaliyyət göstərir. Şirkət 35 milyon manata yaxın aktivlərə malik olmaqla 28 sığorta növü - 24 könüllü və 4 icbari sığorta növü üzrə müştərilərə xidmətlər göstərir. AtaSığorta həmçinin təkrarsığorta fəaliyyətinin həyata keçirilməsi üçün lisenziyaya malikdir. İcbari Sığorta Bürosunun təsisçisi və iştirakçısıdır. Bütövlükdə, "AtaSığorta" ASC-nin xidmət şəbəkəsinə 40-dan artıq filial, nümayəndəlik və ofislər daxildir.

Pulsuz abunə: We & World Economics wem_rss
Bizi sosial şəbəkələrdə izləyin: wem_tw wem_ld wem_inst wem_fb