Pasha Bank

Beynəlxalq maliyyə jurnalı "The Banker" tərəfindən Londonda 18-ci "İlin Bankı" mükafatının təltif edilməsi mərasimi keçirilmişdir. Azərbaycanın aparıcı korporativ bankı PAŞA Bank ölkədən bu nüfuzlu mükafatın qalibi olmuşdur.

Bu il bu mükafat dünyanın 140-dan çox ölkəsindən aparıcı banklara təltif edilmişdir. PAŞA Bank ilə yanaşı bu mükafat Raiffeisen Bank, Societe Generale, BNP Paribas  v s. bu kimi beynəlxalq maliyyə təşkilatlarına da təltif edilmişdir.

PAŞA Bankın İdarə heyətinin Sədri Taleh Kazımovun sözlərinə görə belə bir nüfuzlu beynəlxalq mükafatın alınması ilk növbədə Bankın güclü maliyyə təşkilatı kimi tanınmasının təzahürüdür.

"Artıq bu gün biz deyə bilərik ki, 2017-ci il üzrə əsas nailiyyətlərimiz biznes həcmlərinin aktiv şəkildə artırılması və kredit portfelinin yüksək keyfiyyətinin saxlanılmasından ibarət olmuşdur. Bunları nəzərə alaraq bu mükafata layiq görülməyimizi biz təkcə Bankın deyil, həm də bütün müştərilərimizin uğuru kimi qiymətləndiririk. Bu il ərzində PAŞA Bankda mənimsənilmiş "nou-xau" bizə və müştərilərimizə  daha da səmərəli əməkdaşlıq qurmağa və tərəfdaşlığın yeni səviyyəsində çıxmağa yardım etmişdir", - deyə Kazımov öz fikrini yekunlaşdırmışdır.

"Financial Times" nəşriyyat qrupunun bir hissəsi olan "The Banker" jurnalı 1926-cı ildən etibarən dərc olunur və aparıcı beynəlxalq maliyyə nəşriyyatlarından biridir. Mükafat qaliblərinin siyahısını müəyyən edərkən jurnalın redaksiyası təkcə bankların maliyyə nəticələrini deyil, həm də inkişaf strategiyalarının həyata keçirilməsi və yeni standart və texnologiyaların tətbiq edilməsi sahəsindəki nailiyyətləri nəzərə alınır.

PAŞA Bank  

Əmir Məmmədov

Korporativ Kommunikasiyalar Departamenti

Telefon: 012 496 5000

Elektron poçt ünvanı: amir.mammadov@pashabank.az



Bank haqqında:

PAŞA Bank Azərbaycanın aparıcı korporativ bankı olaraq ölkə tərəfindən həyata keçirilən iqtisadiyyatın şaxələndirilməsi səylərinə uyğun olaraq Azərbaycanın qeyri-neft sektorunun genişləndirilməsi üçün bu sahədə fəaliyyət göstərən korporativ müştərilərinə xidmət göstərməkdən ibarət strateji məqsədlə 2007-ci ildə təsis olunmuşdur. Baş ofis və 6 Biznes-mərkəzləri ilə təmsil olunan PAŞA Bankda 550-dən çox əməkdaş çalışır.

2011, 2012 və 2013-cü illərdə PAŞA Bank beynəlxalq maliyyə jurnalı EMEA Finance tərəfindən "Azərbaycanın Ən Yaxşı İnvestisiya Bankı" mükafatına layiq görülmüşdür. 2014-cü ildə Bank World Finance Magazine tərəfindən "Azərbaycanın ən yaxşı kommersiya bankı", "Azərbaycanın ən yaxşı bank qrupu", "Azərbaycanın ən yaxşı fərdi bankı" mükafatları ilə təltif edilmişdir. 2016-ci ildə Bank "World Finance" jurnalı tərəfindən "Ən Yaxşı Bank Qrupu" və "Ən yaxşı Kommersiya Bankı", Global Finance jurnalı tərəfindən isə "Azərbaycanın ən yaxşı bankı" mükafatı ilə təltif olunmuşdur. 2017-ci ildə isə PAŞA Bank Global Finance tərəfindən "Azərbaycanın ən yaxşı bankı" adına, EMEA Finance tərəfindən "Azərbaycanın ən yaxşı bankı" mükafatına, "Mərkəzi və Şərqi Avropa və MDB ölkələri üzrə Korporativ sosial cavabdehlik" mükafatına və "Azərbaycanın ən yaxşı investisiya Bankı" mükafatlarına, Euromoney tərəfindən "Azərbaycanın ən yaxşı bankı" adına layiq görülmüşdür.

PAŞA Bank Azərbaycanın iri investisiya Holdinqi olan və sığorta, inşaat, inşaat materiallarının istehsalı, turizm və eləcə də biznesin digər sahələrində geniş təmsil olunan PAŞA Şirkətlər Qrupunun bir hissəsidir. Azərbaycanın pərakəndə bankçılıq bazarının iri banklarından biri olan Kapital Bank da PAŞA Şirkətlər Qrupuna aiddir.

www.pashabank.az