Pasha Bank_ asan imza

"Asan İmza" elektron məhsulu ölkənin ən innovativ banklarından biri olan PAŞA Bankda əldə edilə bilər.

Mobil elektron imza texnologiyası – "Asan İmza" müştərilərə çeşidli bank xidmət və məhsullarından kompüter və ya mobil telefon vasitəsilə bəhrələnmək imkanı verən elektron şəxsiyyəti təsdiq edən vasitədir. Bank filialına gəlmək üçün sərf edilən vaxta qənaət etməklə yanaşı, bu texnologiya müştərilərin avtorizasiyasının, daha sonra isə bank əməliyyatlarının həyata keçirilməsinin etibarlılığını və təhlükəsizliyini təmin edir. "Asan İmza" xidməti PAŞA Bank müştərilərinə elektron bank xidmətlərindən dünyanın istənilən yerində 24/7 rejimində istifadə imkanı verir.

"Asan İmza" sim-kartını PAŞA Bankın Fərdi bankçılıq filialında, ASAN Xidmət mərkəzlərində, eləcə də istənilən mobil operatorun müştəri xidmətləri mərkəzlərində şəxsiyyət vəsiqəsini təqdim etməklə əldə etmək olar.

PAŞA Bank 

Əmir Məmmədov

Korporativ Kommunikasiyalar Departamenti

Telefon: 012 496 5000

Elektron poçt ünvanı: amir.mammadov@pashabank.az

"Asan İmza" haqqında

"Asan İmza" mobil elektron imzası mobil telefonu şəxsiyyətin identifikasiyası və sənədlərin imzalanması üçün bir vasitə olaraq istifadə etməyə imkan verən texnologiyadır. "Asan İmza" texnologiyasının əsas üstünlüyü ondadır ki, smart kartın oxunması üçün əlavə qurğuların və proqram təminatlarının istifadəsi tələb olunmur. Bu xidmətdən yararlanmaq üçün mobil telefon, autentifikasiya və imza açarlarının saxlanıldığı SIM kartın olması kifayətdir.

Əlavə məlumat üçün: www.asanimza.az 

Bank haqqında

PAŞA Bank Azərbaycanın aparıcı korporativ bankı olaraq ölkə tərəfindən həyata keçirilən iqtisadiyyatın şaxələndirilməsi səylərinə uyğun olaraq Azərbaycanın qeyri-neft sektorunun genişləndirilməsi üçün bu sahədə fəaliyyət göstərən korporativ müştərilərinə xidmət göstərməkdən ibarət strateji məqsədlə 2007-ci ildə təsis olunmuşdur. Baş ofis və 6 Biznes-mərkəzləri ilə təmsil olunan PAŞA Bankda 600-dən çox əməkdaş çalışır.

2011, 2012 və 2013-cü illərdə PAŞA Bank beynəlxalq maliyyə jurnalı EMEA Finance tərəfindən "Azərbaycanın Ən Yaxşı İnvestisiya Bankı" mükafatına layiq görülmüşdür. 2014-cü ildə Bank World Finance Magazine tərəfindən "Azərbaycanın ən yaxşı kommersiya bankı", "Azərbaycanın ən yaxşı bank qrupu", "Azərbaycanın ən yaxşı fərdi bankı" mükafatları ilə təltif edilmişdir. 2016-ci ildə Bank "World Finance" jurnalı tərəfindən "Ən Yaxşı Bank Qrupu" və "Ən yaxşı Kommersiya Bankı", Global Finance jurnalı tərəfindən isə "Azərbaycanın ən yaxşı bankı" mükafatı ilə təltif olunmuşdur. 2017-ci ildə isə PAŞA Bank Global Finance tərəfindən "Azərbaycanın ən yaxşı bankı" adına, EMEA Finance tərəfindən "Azərbaycanın ən yaxşı bankı" mükafatına, "Mərkəzi və Şərqi Avropa və MDB ölkələri üzrə Korporativ sosial cavabdehlik" mükafatına və "Azərbaycanın ən yaxşı investisiya Bankı" mükafatlarına, Euromoney tərəfindən "Azərbaycanın ən yaxşı bankı" adına layiq görülmüşdür.

PAŞA Bank Azərbaycanın iri investisiya Holdinqi olan və sığorta, inşaat, inşaat materiallarının istehsalı, turizm və eləcə də biznesin digər sahələrində geniş təmsil olunan PAŞA Şirkətlər Qrupunun bir hissəsidir. Azərbaycanın pərakəndə bankçılıq bazarının iri banklarından biri olan Kapital Bank da PAŞA Şirkətlər Qrupuna aiddir.

www.pashabank.az