Pasha Bank_2

Azərbaycanın ən iri banklarından biri PAŞA Bank öz müştərisi üçün sindikatlaşdırılmış kreditin cəlb edilməsinin əsas təşkilatçısı qismində çıxış etmişdir. Krediti alan tərəf isə səhmləri London birjasinda ticarət olunan Anglo Asian Mining Plc şirkətinin Hasilatın Pay Bölgüsü Haqqında Sazişinə əsasən Azərbaycan ərazisində qızıl, gümüş və mis kimi əlvan metalların hasilatı və istehsalı ilə məşğul olan törəmə müəssisəsi və eyni zamanda ölkəmizin qeyri-neft sektorunda ən böyük qeyri-hökumət ixracatçısı Azerbaijan International Mining Company Limited şirkəti olmuşdur.

Bu kredit Azərbaycan bazarında təşkil edilmiş ilk sindikatlaşdırılmış kredit olmuşdur. PAŞA Bankın İdarə heyətinin sədri Taleh Kazımovun sözlərinə görə Azərbaycanın aparıcı korporativ bankı olaraq biznes tərəfdaşlarımızın bankımıza olan inamı və onlara göstərdiyimiz dəstəyə və xidmətlərimizə hər zaman güvəni bizim üçün çox önəmlidir.

"PAŞA Bankın maliyyə stabilliyini və kredit bazarındakı geniş təcrübəsini nəzərə alaraq biz əlverişli bazar şərtləri ilə müştərimizin maliyyələşdirilməsini təşkil etdik. Ümumilikdə isə regiondakı makroiqtisadi çağırışlar fonunda yerli bazarda fəaliyyət göstərən şirkət üçün bu növ krediti almaq Bankımıza olan böyük etimadının göstəricisi və bütün bazar üçün isə müsbət bir əlamətdir", - deyə T. Kazımov fikrini tamamladı.

Qeyd edək ki, $13.5 milyon həcmində kredit 2 illik müddətə illik faiz dərəcəsi 7% olmaqla ayrılmışdır. Sindikatlaşdırılmış kredit qismində ayrılmış maliyyə vəsaiti krediti alan təşkilatın xarici və yerli kreditorlar qarşısındakı maliyyə öhdəliklərinin yenidən maliyyəşdirilməsi üçün sərf olunacaq. 

PAŞA Bank  

Əmir Məmmədov

Korporativ Kommunikasiyalar Departamenti

Telefon: 012 496 5000

Elektron poçt ünvanı: amir.mammadov@pashabank.az

Bank haqqında:

PAŞA Bank Azərbaycanın aparıcı korporativ bankı olaraq ölkə tərəfindən həyata keçirilən iqtisadiyyatın şaxələndirilməsi səylərinə uyğun olaraq Azərbaycanın qeyri-neft sektorunun genişləndirilməsi üçün bu sahədə fəaliyyət göstərən korporativ müştərilərinə xidmət göstərməkdən ibarət strateji məqsədlə 2007-ci ildə təsis olunmuşdur. Baş ofis və 6 Biznes-mərkəzləri ilə təmsil olunan PAŞA Bankda 600-dən çox əməkdaş çalışır.

2011, 2012 və 2013-cü illərdə PAŞA Bank beynəlxalq maliyyə jurnalı EMEA Finance tərəfindən "Azərbaycanın Ən Yaxşı İnvestisiya Bankı" mükafatına layiq görülmüşdür. 2014-cü ildə Bank World Finance Magazine tərəfindən "Azərbaycanın ən yaxşı kommersiya bankı", "Azərbaycanın ən yaxşı bank qrupu", "Azərbaycanın ən yaxşı fərdi bankı" mükafatları ilə təltif edilmişdir. 2016-ci ildə Bank "World Finance" jurnalı tərəfindən "Ən Yaxşı Bank Qrupu" və "Ən yaxşı Kommersiya Bankı", Global Finance jurnalı tərəfindən isə "Azərbaycanın ən yaxşı bankı" mükafatı ilə təltif olunmuşdur. 2017-ci ildə isə PAŞA Bank Global Finance tərəfindən "Azərbaycanın ən yaxşı bankı" adına, EMEA Finance tərəfindən "Azərbaycanın ən yaxşı bankı" mükafatına, "Mərkəzi və Şərqi Avropa və MDB ölkələri üzrə Korporativ sosial cavabdehlik" mükafatına və "Azərbaycanın ən yaxşı investisiya Bankı" mükafatlarına, Euromoney tərəfindən "Azərbaycanın ən yaxşı bankı" adına layiq görülmüşdür.

PAŞA Bank Azərbaycanın iri investisiya Holdinqi olan və sığorta, inşaat, inşaat materiallarının istehsalı, turizm və eləcə də biznesin digər sahələrində geniş təmsil olunan PAŞA Şirkətlər Qrupunun bir hissəsidir. Azərbaycanın pərakəndə bankçılıq bazarının iri banklarından biri olan Kapital Bank da PAŞA Şirkətlər Qrupuna aiddir.

www.pashabank.az