Pasha Bank_2

Ölkənin aparıcı korporativ bankı PAŞA Bank Londonda "Azərbaycanda beynəlxalq investisiya imkanları" adı altında beynəlxalq biznes seminarın təşkilatçısı qismində çıxış etmişdir.

Bu il tədbirdə 80 nümayəndə heyəti, o cümlədən Azərbaycanın Böyük Britaniyadakı Səfiri Tahir Tağızadə, Böyük Britaniyanın Azərbaycan üzrə Ticarət nümayəndəsi baronessa Emma Nikolson, Azərbaycan Mərkəzi Bankının, İqtisadi islahatların təhlili və kommunikasiya mərkəzinin, Azərbaycandakı Amerika Ticarət palatasının nümayəndələri, eləcə də hər iki ölkənin biznes icmalarının üzvləri, investorları, maliyyə bazarının mütəxəssisləri və aparıcı KİV-lərin jurnalistləri iştirak etmişdir.

Tədbir iştirakçılarını salamlayan PAŞA Bankın İdarə heyətinin sədri Taleh Kazımov qeyd etmişdir  ki, Bank tərəfindən bu beynəlxalq tədbirin təşkil edilməsinin əsas məqsədlərindən biri Böyük Britaniya və Azərbaycanın işgüzar dairələri üçün daha da məhsuldar kommunikasiya üçün əlavə imkanın yaradılmasıdır.

"Azərbaycan iqtisadiyyatının neft-qaz sektorundan asılılığının azaldılması fonunda baş verən dəyişikliklər  ölkənin əsas makroiqtisadi göstəricilərinin davamlı artımı üçün zəmin yaradır. Bütün bunlar isə iqtisadiyyatın kənd təsərrüfatı, ticarət və xidmətlər, informasiya texnologiyaları, turizm və s. sektorlarının inkişafı üçün geniş üfüqlər açır. Azərbaycandan olan mütəxəssisləri və işgüzar tərəfdaşları buraya dəvət etməklə biz Böyük Britaniyanın işgüzar icmasının ölkənin investisiyaların yatırılması nöqteyi-nəzərindən cəlbedici inkişaf perspektivləri və iqtisadiyyat seqmentləri ilə ilkin mənbədən tanış olmalarına çalışırıq. Biz əminik ki, tədbirdə iştirak qonaqlara məhsuldar dialoq qurmaq imkanı yaradacaq. PAŞA Bank isə öz növbəsində zəngin təcrübəyə və yüksək ekspertizaya malik regional maliyyə təşkilatı olaraq hər zaman real sektoru dəstəkləməyə və həm xarici, həm də yerli işgüzar dairələrin etibarlı maliyyə tərəfdaşı olmağa hazırdır", - deyə Т. Kazımov fikrini yekunlaşdırdı.

Biznes seminarı çərçivəsində tədbir iştirakçıları Azərbaycan və Böyük Britaniya arasındakı hazırkı iqtisadi münasibətləri müzakirə etmiş, ölkələr qarşısında duran müasir meyllər və çağırışlar mövzusunda fikir mübadiləsi aparmış, iqtisadiyyatın müxtəlif sektorlarında tərəfdaşlığın inkişafı üçün potensialı müzakirə etmişdirlər. "Neft dövründən sonra iqtisadi artımın bərpası" və "Azərbaycanın ən cəlbedici iqtisadi sektorları" adlı panellər çərçivəsində dəvətli mütəxəssislər Azərbaycandakı makroiqtisadi vəziyyət haqqında baxışları, son illərdə ölkədə keçirilən iqtisadi islahatlara dair rəyləri, ölkə iqtisadiyyatının gələcək diversifikasiya ilə bağlı orta və uzun müddətli proqnozları ilə bölüşmüş və hər iki ölkənin biznes icmaları üçün hal-hazırda aktual olan digər mövzuları müzakirə etmişdirlər.

"Azərbaycanda beynəlxalq investisiya imkanları" adlı biznes seminar öz işini dünən 22 fevral tarixində yekunlaşdırmışdır. Qeyd edək ki, bu seminar PAŞA Bank tərəfindən son bir neçə il ərzində Böyük Britaniyada təşkil edilmiş sayca üçüncü işgüzar tədbirdir.  

PAŞA Bank  

Əmir Məmmədov

Korporativ Kommunikasiyalar Departamenti

Telefon: 012 496 5000

Elektron poçt ünvanı: amir.mammadov@pashabank.az



Bank haqqında:

PAŞA Bank Azərbaycanın aparıcı korporativ bankı olaraq ölkə tərəfindən həyata keçirilən iqtisadiyyatın şaxələndirilməsi səylərinə uyğun olaraq Azərbaycanın qeyri-neft sektorunun genişləndirilməsi üçün bu sahədə fəaliyyət göstərən korporativ müştərilərinə xidmət göstərməkdən ibarət strateji məqsədlə 2007-ci ildə təsis olunmuşdur. Baş ofis və 6 Biznes-mərkəzləri ilə təmsil olunan PAŞA Bankda 600-dən çox əməkdaş çalışır.

2011, 2012 və 2013-cü illərdə PAŞA Bank beynəlxalq maliyyə jurnalı EMEA Finance tərəfindən "Azərbaycanın Ən Yaxşı İnvestisiya Bankı" mükafatına layiq görülmüşdür. 2014-cü ildə Bank World Finance Magazine tərəfindən "Azərbaycanın ən yaxşı kommersiya bankı", "Azərbaycanın ən yaxşı bank qrupu", "Azərbaycanın ən yaxşı fərdi bankı" mükafatları ilə təltif edilmişdir. 2016-ci ildə Bank "World Finance" jurnalı tərəfindən "Ən Yaxşı Bank Qrupu" və "Ən yaxşı Kommersiya Bankı", Global Finance jurnalı tərəfindən isə "Azərbaycanın ən yaxşı bankı" mükafatı ilə təltif olunmuşdur. 2017-ci ildə isə PAŞA Bank Global Finance tərəfindən "Azərbaycanın ən yaxşı bankı" adına, EMEA Finance tərəfindən "Azərbaycanın ən yaxşı bankı" mükafatına, "Mərkəzi və Şərqi Avropa və MDB ölkələri üzrə Korporativ sosial cavabdehlik" mükafatına və "Azərbaycanın ən yaxşı investisiya Bankı" mükafatlarına, Euromoney tərəfindən "Azərbaycanın ən yaxşı bankı" adına layiq görülmüşdür.

PAŞA Bank Azərbaycanın iri investisiya Holdinqi olan və sığorta, inşaat, inşaat materiallarının istehsalı, turizm və eləcə də biznesin digər sahələrində geniş təmsil olunan PAŞA Şirkətlər Qrupunun bir hissəsidir. Azərbaycanın pərakəndə bankçılıq bazarının iri banklarından biri olan Kapital Bank da PAŞA Şirkətlər Qrupuna aiddir.

www.pashabank.az