Hər bir azərbaycanlının həyatında ən əlamətdar günlərdən biri olan 9 noyabr, 2009-cu ildə Prezident İlham Əliyev tərəfindən imzalanan sərəncam əsasında "Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü" kimi qeyd olunur.
https://www.youtube.com/watch?v=jfKZpy43yzg
"Dövlət Bayrağı günü" kimi təsis olunmuş bu tarix heç də təsadüfi seçilməmişdir.
1918-ci il noyabrın 9-da Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) Nazirlər Şurasının sədri Fətəli xan Xoyskinin hesabatı əsasında ağ aypara və səkkizgüşəli ulduzdan ibarət üçrəngli bayraq qəbul olunmuşdur. AXC yalnız 1920-ci ilə kimi fəaliyyət göstərsə də, o zaman müstəqilliyin rəmzi kimi əsası qoyulmuş üçrəngli bayraq bu gün də başımız üstündə yüksəlir.
Bayrağın hər rəngi özündə müəyyən məna daşıyır: mavi rəng – türk azadlığı, qırmızı – müasirlik, yaşıl – islam mədəniyyəti deməkdir. Aypara İslam dininə aid olduğunu göstərir, səkkizgüşəli ulduz isə səkkiz tükr xalqının simvoludur.
Azərbaycan Dövlət Himninin müəllifi, məşhur bəstəkar Üzeyir Hacıbəyov yazırdı: "Azərbaycan Respublikası sağlam milli özül üzərində və türk düşüncəsi ilə yaradılıb..Eyni zamanda, Azərbaycan yeni cəmiyyət formalaşdırmağa, Avropa düşüncəsi ilə hərəkət etməyə çalışır. Bayrağımızdakı üç rəng bu elementləri özündə əks etdirir".