chicago_2

1674-cü il dekabrın 4-də Çikaqo missioner postunun əsası qoyuldu. Bu tarix Çikaqo şəhərinin yaranma günü hesab olunur. Yerli hinduların dilində yabanı soğan və ya sarımsaq mənasını verən "shikaakwa" sözündən götürülmüş Çikaqo (Chicago) adı ona fransızlar tərəfindən verillmış.
1833-cü ildə Çikaqo - qəsəbə, 1837-ci ildə isə şəhər statusu aldı.
1871-ci ildə baş vermiş dəhşətli yanğın zamanı şəhərin əksər hissəsi məhv oldu. Bu isə öz növbəsində şəhəri yenidən qurmaq imkanını yaratdı və ABŞ-da böyük tikinti bumuna təkan verdi. 1885-ci ildə dünyada ilk göydələn Çikaqo şəhərində tikildi.
Bu gün Çikaqo ABŞ-ın memarlıq mərkəzi sayılır. ABŞ-ın on ən hündürmərtəbəli binasından beşi Çikaqoda yerləşir. ABŞ-ın şərqlə qərbi arasında əlverişli coğrafi mövqedə yerləşən Çikaqo şəhəri Orta Qərbin iqtisadi, sanəye, nəqliyyat və mədəniyyət paytaxtı sayılır. Onu bəzən "İkinci şəhər" və "Küləklər şəhəri" də adlandırırlar.


Pulsuz abunə: We & World Economics wem_rss
Bizi sosial şəbəkələrdə izləyin: wem_tw wem_ld wem_inst wem_fb