1444240697_788hjk

1992-ci il Dekabrın 3-də Böyük Britaniyada ilk SMS göndərilib. Mətn personal kompüterdən mobil telefona Vodafone şirkətinin GSM şəbəkəsilə göndərilib. İlk SMS Azərbaycan dilinə tərcümədə "Milad bayramınız mübarək" mətnindən ibarət idi.
SMS sözü ingilis dilində Short Message Service – "qısa mesaj xidməti" ifadəsinin ixtisar edilmiş formasıdır. Kiril əlifbası ilə yazılmış SMS-lərin həcmi 70 işarə ilə məhdudlaşır. Lakin, latın əlifbası ilə eyni qiymətə daha uzun mesajlar yazmaq mümkündür (160 işarə). Yəqin ki elə buna görə bəzi mobil şəbəkə abunəçiləri SMS-ləri latin hərfləri ilə doğma dildə yazmağa üstünlük verir. Bəlkə də bu bir vərdişdir, çünki ilk telefon cihazları yalnız ingilis dili ilə təmin olunmuşdu.
SMS xidmətləri bütün dünyada sürətlə inkişaf edir. 2000-ci ildə yalnız 17 mlrd. SMS yollanmışdısa, 2001-ci ildə bu rəqəm 250 mlrd., 2004-cü ildə isə 500 mlrd. çatıb. SMS daha çox Asiya (Yaponiya istisna olmaqla), Avropa, Avstraliya və Yeni Zelandiyada məşhurdur. Dünyada SMS xidmətindən istifadə edənlərin sayı e-mail istifadəçilərinin sayını iki dəfədən çox üstələyir. CTIA-nın (Mobil Rabitə Sənayesi Assosiasiyası, ABŞ) hesablamalarına görə, hər ay 28,8 milyarddan çox mesaj göndərilir.
Filippin dünyanın "SMS paytaxtı" kimi tanınır. Burada hər bir abunəçi gün ərzində 10-a yaxın mesaj göndərir. Böyük Britaniyada isə hər abunəçi gündə 3 SMS göndərir. Orta hesabla Fillipində gün ərzində 400 mln. qısa mesaj göndərilir, bu ildə təxminən 142 mlrd. SMS deməkdir. Bu göstərici hər hansı bir Avropa ölkəsindən, Çin və ya Hindistandan daha çoxdur. SMS-in bu qədər geniş yayılması onun fiksasiya olunmuş rabitə xidmətləri ilə müqayisədə güvənli və sərfəli olması ilə bağlıdır.
Çində də SMS xidməti çox məşhurdur (2001-ci ildə 18 mlrd. SMS yollanıb), buna görə də "China Mobile şirkəti" 2007-ci ildə gəlir baxımından dünyada ikinci yeri tutmağa nail olub. SMS xidməti həmçinin Hindistanda da geniş yayılıb. Burada bir çox şirkətlər SMS-i öz xidmətlərini təbliğ etmək, müxtəlif tədbirlərə informasiya dəstəyi vermək üçün istifadə edir. SMS vasitəsilə aviabilet sifariş etmək və yaxud da bank xidmətlərindən istifadə etmək mümkündür.
Asiyadan sonra SMS populyarlığı baxımından təbii ki Avropa gəlir. 2003-cü ildə burada ayda orta hesabla 16 mlrd. mesaj yollanıb. İspanyalı abunəçilər ayda 50-yə yaxın SMS yollayır. İtaliya, Almaniya və Böyük Britaniyada bu rəqəm ayda 35-40 mesaj təşkil edir. Bütün operatorların statistikasını birləşdirən "Mobile Data Association" (MDA) assosiasiyasının məlumatına görə 2009-cu ildə Birləşmiş Krallığın sakinləri gün ərzində 265 mln SMS və 1,6 MMS göndərirdilər. Təkcə bir il ərzində Böyük Britaniyada 96,8 mlrd. SMS və 600 mln. mobil şəkil göndərilib. Maraqlısı budur ki, Fransada SMS xidməti daha az yayılıb (hər istifadəçi ayda orta hesabla 20 SMS göndərir).
ABŞ-da SMS xidməti abunəçilər üçün elə də cəlbedici deyil. Qiymət çox yüksək olmasa da, bir abunəçi ay ərzində təxminən 13 mesaj göndərir. ABŞ-da SMS-lər çox vaxt həm göndərən, həm də qəbul edən abunəçi tərəfindən ödənilir. Bunula belə zənglərdən fərqli olaraq SMS – dən imtina etmək mümkün deyil. Yəqin ki, bu operatorların təklif etdikləri tariflərlə bağlıdır.
Qısa mesajlar daha çox gənclər arasında populyar olsa da, digər yaş kateqoriyalarından olan istifadəçilərin sayı da kifayət qədərdir. Mobile Marketing Association və Pew Internet & statistikalarına əsasən, "American Life Project" iştirakçıları arasında mobil telefon sahiblərinin 40%-i mətndən istifadə edir. Yaş bölgüsü: 13-24 yaş – 80% mətn, 18-27 yaş – 63% mətn, 28-39 yaş – 31% mətn, 40-49 yaş – 18% mətn.

Pulsuz abunə: We & World Economics wem_rss
Bizi sosial şəbəkələrdə izləyin: wem_tw wem_ld wem_inst wem_fb