card2
7 dekabr dünyada Beynəlxalq mülki aviasiya günü kimi qeyd olunur.

BMT Baş Assambleyası 1996-ci ildə bu günü öz qətnaməsi ilə təsis etdi və hökumətləri, bütün müvafiq milli, regional, beynəlxalq və hökumətlərarası təşkilatları bu bayramı qeyd etmək üçün zəruri addımlar atmağa çağırdı.

Mülki aviasiya beynəlxalq təşkilatının assambleyası bu günü Beynalxalq mülki aviasiya konvensiyasının imzalanmasının 50-ci ildönümü ilə bağlı 7 dekabr 1994 ildən qeyd etməyə başlayıb. Sonradan BMT də buna rəsmi peşə bayramı statusu əlavə etməklə bu qərarı dəstəkləyib.

Azərbaycanda mülki aviasiya işçilərinin peşə bayramı İyunun 2-də qeyd olunur . Məhz 1938-ci il İyunun 2-də Respublikada mülki aviasiyanın təməlini qoyan ilk aviasiya qrupu yaradılmışdı.

Pulsuz abunə: We & World Economics wem_rss
Bizi sosial şəbəkələrdə izləyin: wem_tw wem_ld wem_inst wem_fb