25 avqust tarixində “Made in Uzbekistan Textile” onlayn biznes forumunun açılışı baş tutub.

Biznes forumun açılışında iştirak ediblər:

Özbəkistan Respublikasının xarici işlər nazirinin müavini İlxomjon Nematov Özbəkistan Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Bahrom Aşrafxanov Azərbaycan Respublikasının Özbəkistandakı səfirliyinin birinci katibi İlqar İbrahimov Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyəti sədrinin müavini Tamerlan Vahabov Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun İnvestisiyaların Təşviqi departamentinin rəhbəri Zöhrab Qədirov “Uztekstilprom” Assosiyasiyasının sədr müavini Casur Rustambekov Özbəkistan Respublikası İnvestisiya və Xarici Ticarət Nazirliyi nəzdində İxracın Təşviqi Agentliyinin marketinq şöbəsinin rəhbəri Murad Raximov “Bakı Tekstil Fabriki” MMC-nin direktoru, Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının sədri Səkinə Babayeva

Öz nitqində Özbəkistan Respublikasının xarici işlər nazirinin müavini İlxomjon Nematov qeyd edib: “Son zamanlar bu cür tədbirlərin keçirilməsi Özbəkistan və Azərbaycan arasındakı münasibətlərdə bir növ ənənəyə çevrilib və ölkələrimiz arasında əlaqələrin inkişafına böyük töhfə verir. Əminik ki, forum qarşısına qoyulmuş tapşırıqların öhdəsindən uğurla gələcək, dar ixtisaslaşmış tekstil məhsulları istehsal edən özbək istehsalçılarına yeni distribyutor tapmağa, tərəfdaş şəbəkəsini genişləndirməyə və Azərbaycan şirkətləri ilə birgə müəssisələr yaratmağa imkan yaradacaqdır”.

Özbəkistan Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Bahrom Aşrafxanov: “Özbəkistan Azərbaycan bazarını yüksək keyfiyyətli tekstil məhsulları ilə təmin etməyə hazırdır. Əminəm ki, bugünkü tədbir bu sənayedə işgüzar münasibətlərin inkişafına əlavə təkan verəcəkdir”.

“Uztekstilprom” Assosiyasiyasının sədr müavini Casur Rustambekov: “Özbəkistan və Azərbaycan arasında tekstil sahəsində ikitərəfli münasibətlər dövlətlərarası müqavilələr əsasında qurulur. Bundan əlavə, iki ölkə arasında əldə olunmuş razılaşmaların həyata keçirilməsi üçün praktiki fəaliyyət planı və yol xəritəsi mövcuddur. Bütün bunlar birbaşa müqavilə və müqavilələrin bağlanması üçün əsas verir”.

Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyəti sədrinin müavini Tamerlan Vahabov: “"Made in Uzbekistan Textile" onlayn biznes forumu ölkələrimiz arasında ticarət dövriyyəsinin artırılması, tekstil sənayesində ikitərəfli əlaqələrin inkişafı üçün yeni imkanlar təqdim edir. Əminəm ki, forum ölkələrimiz arasında işgüzar münasibətlərin inkişafına, KOB-lar arasında əməkdaşlığın genişlənməsinə təkan verəcəkdir”.

Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun İnvestisiyaların Təşviqi departamentinin rəhbəri Zöhrab Qədirov bütün forum iştirakçılarına uğurlar arzu edib və “Azpromo”nun həm investisiya, həm də ixrac sahəsində Özbəkistandan olan həmkarları ilə sıx əməkdaşlıq əlaqələrinin mövcudluğunu öz nitqində bildirib. “Ümid edirik ki, bu, gələcək iqtisadi əlaqələrin inkişafına stimul verəcəkdir”.

Biznes forumunun açılış mərasimi likdən keçərək izləyə bilərsiniz: https://ceo.az/forum.

Biznes forum öz işinə 26-27 avqust tarixlərində baş tutaca iki günlük intensiv ikitərəfli görüşlərlə davam edəcək.

İşgüzar görüşlər çərçivəsində Özbəkistandan yüksək keyfiyyətli kompakt ipliklər və iplər, ev tekstili, naxışlı və boyanmış parçalar, uşaqlar üçün trikotaj, corab məhsulları, cod cuna və bez parça, bint (tənzif), tibbi geyim, tibbi maskalar, aksesuarlar, boyalar, xüsusi geyimlər və digər məhsulların istehsal və ixracı ilə məşğul olan 30-a yaxın şirkət iştirak edir. Özbəkistan şirkətləri arasında “Uztex Group”, "Urganch Baxmal" MMC, “Alliance Textile”, “Oqsaroy Textile”, “Khantex-Group”, “Textile Fashion” MMC, “Imron Textile Group”, “Nil Granit” MMC və s. kimi şirkətləri yer tutur. Forumda iştirak edən özbək istehsalçılarının tam siyahısı ilə linkdən keçərək tanış ola bilərsiniz: https://b2b-uz-textile.ceo.az/welcome-az.

"Made in Uzbekistan Textile" Online B2B-nin təşkilatçıları qismində Özbəkistan Respublikası İnvestisiya və Xarici Ticarət Nazirliyi nəzdində İxracın Təşviqi Agentliyi, Özbəkistan Respublikasının Azərbaycandakı səfirliyi ilə birlikdə Özbəkistanın "Uztekstilprom" tekstil və tikiş-trikotaj sənayesi Assosiasiyası çıxış edirlər. Tədbirə Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) dəstək göstərirlər. Təşkilati dəstəyi isə “Caspian Event Organisers” (“CEO”) şirkəti təmin edir.