plovWinterpark_3

11 ayın sultanı Ramazan ayı artıq başa çatır. Hər kəs bu bayramı fərqli olaraq qeyd edir.  Bu müqəddəs gündə bayram süfrəsi arxasında ailə üzvləri və dostlarla birgə toplaşmaq bayrama xüsusi ovqat qatır. Bayram süfrəsinin şahı isə, hər zaman olduğu kimi, plovdur: Şah plov, Paxla plov, Turşu-qovurmalı plov, Fisincan plov, Südlü plov, Əriştə plov və daha nələr-nələr... Bütün bunlar bir arada:

Winter Park Oteli olaraq sizləri 10 çeşiddə plov təamlarından ibarət Plov Axşamına dəvət edirik.

15 iyun tarixində, saat 19:00-da başlayacaq Plov Axşamı konsepsiyalı tədbirimiz milli musiqi sədaları altında və milli ənənələrimizə uyğun davam edəcək.
winterpark_2

Plov Axşamı isveç masası üslubunda milli mətbəximizin ən gözəl  təamlarının ahəngdarlığından ibarətdir.

Plov Axşamı Winter Park Otelinin 15-ci mərtəbəsində yerləşən, şəhərə möhtəşəm mənzərə ilə açılan The 15th restoranında baş tutacaq. Winter Park Oteli şəhərin mərkəzində, Qış Parkına 2 dəqiqəlik məsafədə yerləşir.

winterpark_1

Tədbirlə bağlı ətraflı məlumat üçün klikləyin.

Rezervasiya və ətraflı məlumat üçün: +994 50 251 7020

Haqqımızda: Winter Park Oteli 2017-ci ilin mart ayında qapılarını qonaqlarının üzünə açmışdır və 1 illik fəaliyyəti dövründə şəhərin ən qabaqcıl otelləri siyahısında yer alır.

Otelin The 15th Restoranı hər gün səhər saat 07:00-dan axşam sonuncu qonağa qədər fəaliyyət göstərir. Hər axşam Restoran canlı DJ performansı, Cümə və Şənbə günləri isə canlı ifa təqdim edir.

Winter Park Otel və The 15th restoranı yolunuzu gözləyir!