Dekabrın 1-dən başlayaraq bron etmək mümkündür.


2-chenot-palace-health-wellness-hotel-nohur-lake-view-min

Doktor Anri Şeno Azərbaycanın ən şairanə yeri olan Qəbələdə unikal sağlamlıq və cavanlaşdırma mərkəzi olan 5 ulduzlu Chenot Palace Health Wellness Hotel açır.
Mərkəz və SPA-nın işi "Şeno metodu" kimi tanınan detoksikasiya və revitalizasiya prinsipləri əsasında qurulmuşdur.
Sıx meşələrlə əhatə olunmuş Nohur gölün sahilində yerləşən möhtəşəm Chenot Palace Health Wellness Hotel unikal bir wellness mərkəzidir.
Chenot Palace–ın fəlsəfəsi ətrafındakı yerlərin gözəlliyi, gölün sakitliyi, şəlalələrin səsləri, meşələrin sükutu, Qəbələ təpələrinin rəvanlığıdır.
Chenot Palace Gabala böyük şəhərlərin səs-küyündən, təlaşından uzaqda, gündəlik həyatda itirdiyiniz enerji ehtiyatınızı bərpa etmək üçün çox gözəl yerdir.
600 kv.m sahəsi olan mərkəz müasir avadanlıqla təchiz olunub və yüksək texnologiyalar vasitəsilə tibbi diaqnostika üçün bütün imkanlara malikdir.
Bu, Şeno-nun unikal metodun tətbiqi ilə birləşməsində Chenot Palace Gabala-nın mütəxəssislərinə hər qonağın orqanizminin ehtiyacına uyğun sağlamlıq proqramını tərtib etmək imkanı yaradır.
Müasir metabolik laboratoriya (metabolik proseslərin optimallaşdırılmasına imkan yaradır) və bütün bədəni aerokrioterapiya etmək üçün mənfi 110oC dərəcəli kriokamera, fitness-skrining üçün idman laboratoriyası ilə təchiz olunmuş insan orqanizminin imkanları şöbəsini (Human Performance Department) ayrıca qeyd etmək lazımdır.
Bundan başqa, şöbədə fiziki sağlamlığın möhkəmliyinə yönəldilmiş antiqravitasiya və normobarik hipoksik proseduraların həyata keçirilməsi üçün avadanlıqlar mövcuddur.
Doktor Anri Şeno 45 ildən artıqdır ki fərdi şəkildə (şəxsləndirilmiş) sağlamlıq proqramları ilə məşğul olur. Onun metoduna əsasən, harmoniyaya çatmaq üçün bədənə, idraka, emosiyalara xolistik (bütöv) yanaşma zəruri şərtdir.
"İnsanlar daha çox yaşamağa başladıqca, orqanizmi cavanlıq səviyyəsində saxlamaq zərurəti yarandı. Bizim məqsədimiz, əsas istəyimiz odur ki, sağlamlığa sərmayə yatırmaq üçün vasitələri təqdim edərək bədənimizin hüceyrələri həyat enerjisi ilə dolsun, onlar öz funksiyalarını yerinə yetirsin. Bu məqsədi biz fəxrlə və peşəkarlıqla yerinə yetiririk", - deyə doktor Anri Şeno vurğulayıb.
Çoxillik tədqiqatlar əsasında qısa zamanda keçirilən səmərəli proseduralar kompleksi hazırlanmışdır.
Bunlar bədənin toksinlərdən azad olunmasına, qida maddələrinin həzminə, həyat tonusunun və enerjisinin yüksəlməsinə, orqanizmin fizioloji tarazlığının qaytarılmasına kömək etməyə yönəlmiş davamlı sağlamlıq effektini göstərən unikal metodikalardır.
Həyat tərzinin individual tələblərinə uyğun olaraq tövsiyə olunmuş düzəlişlərdən istifadə etməklə müalicənin nəticələrini təkmilləşdirmək olar.
Düzgün diaqnostika qonağın sağlamlıq vəziyyətinin qiymətləndirilməsi və düzgün fərdi müalicə proqramının tərtibi üçün zəruri şərt olan bütöv yanaşma hesabına əldə olunur.
Düzgün seçilmiş proseduralar orqanizmə şəxsi müdafiə sistemini yaratmağa təkan verir, enerjinin, funksionallığın, daxili harmoniyanın uzun müddətli bərpasına və saxlanmasına kömək edir.
Sağlamlığa doğru yolda Chenot Palace-in qonaqlarını terapiya, kardiologiya, idman tibbi, enerji tibbi, akupunktura, estetik tibb, qidalanma, osteopatiya, fiziki terapiya və fitnes sahələrində yüksək səviyyəli Avropalı mütəxəssislərdən ibarət komanda müşayiət edəcək.
16-chenot-palace-health-wellness-hotel-indoor-pool-min

Yüksək səviyyəli Avropalı mütəxəssislərdən ibarət komanda elmi təhqiqatlarda fəal iştirak edir və onların nəticələrini ən tanınmış beynəlxalq səhiyyə konqreslərində təqdim edir.
Məhz buna görə, Chenot Palace-da yüksək və davamlı nəticələr eldə etmək imkanını yaradan ən müasir və səmərəli texnikalar və texnologiyalar tətbiq olunur.
Şeno pəhrizi - sağlamlaşdırıcı metodunun mühüm hissəsidir.
O, sağlamlığın təkcə yeməyin tərkibinin (inqrediyentlərin) keyfiyyətindən asılı olmadığını nümayiş etdirir: kalori miqdarı, qida dəyəri, zərif dad və yeməyin xarici görünüşü də mühüm rol oynayır.
Hüceyrə səviyyəsində bərpa, cavanlaşdırıcı və iltihab əleyhinə mexanizmləri işə salmağa kömək edən pəhriz bədənin təmizlənməsi üçün lazımdır.
Pəhriz və proseduralarının birləşməsi orqanizmin hərtərəfli sağlamlaşmasına səbəb olur.
Qonaqlar həmçinin sağlam həyat tərzi sürməyə kömək edən və bununla da sağlamlığı uzun illərlə qorumaq üçün qidalanma tövsiyələri alırlar.
Otelin 26 hektar sahəsində salınmış geniş parkında nohurlara, göllərə, şəlalələrin kaskadlarına baxıb zövq almaq mümkündür.
Qəbələnin panorama mənzərəsini seyr etmək insanı sakitləşdirir, daxili enerjisinin səviyyəsini artırmaq üçün yerimək və yaxud qaçışla məşğul olmaq istəyini oyadır.
Ulduzların açıq hovuz suyunda parıltısının əks olunması sakitləşdirici mühit yaradır.
Təbii materiallardan istifadə nəticəsində Chenot Palace Gabala ətrafdakı mənzərəyə harmonik şəkildə uyğunlaşır.
7-chenot-palace-health-wellness-hotel-rooms-suites-min

Rəvan xətlər və işıqla dolu olan məkanlar harmoniya və dinclik hissi yaradır.
İnteryerin dizaynı xırda detallarla aşağıdakı təbiəti əks etdirir: geniş pəncərələrdən ətraf mənzərəyə görünüş açılır, təbii ağacdan döşəmələr, sadə mebel qonaqlara yüngüllük verməklə tam sakitləşmək və qüvvələrini bərpa etməyə kömək edən rahatlıq və ilhamverici mühit yaradır.
72 otağa və xüsusi SPA zonası olan üç villaya zəriflik və genişlilik xarakteri məxsusdur. Otaqlar balkon və terraslarla təchiz olunub və pəncərələrdən heyranedici mənzərə açılır.
Şübhəsiz, indiki zamanda təmtəraq anlayışı aramsız fiziki və əqli sağlamlıqla və həyatın keyfiyyətini bərpa edib orqanizmin funksional qabiliyyətini uzun müddətə saxlamaqla bağlıdır.
Məhz buna görə də, sağlamlığı qoruma vasitəsi kimi wellness-a dəyər verənlər ideal sağlamlaşdırma mərkəzi kimi harmoniya mühitində öz sağlamlığının qayğısına qalma imkanı verən Chenot Palace Gabala etibar edə bilərlər.

Birincilər sırasında olun:
Gələcək açılış ilə bağlı Chenot Palace Health Wellness Hotelin qonaqlarına unikal fürsət təqdim olunur – xüsusi təklif "Soft Opening proqramı".

Təklifə daxildir:
- boş yerlər olduğunda lüks nömrələrin pulsuz olaraq təklif edilməsi
- boş yerlər olduğunda çıxış vaxtının uzadılması şansı
- proqramlara 20% endirim
- Chenot məhsullarına 10 % endirim
- Nömrələrə eksklüziv qiymətlər – bir və ya iki nəfərlik yerləşmə zamanı bir gecə qalmaq üçün 241 avrodan başlayaraq

Bundan əlavə:
7 gecə bron edin – 6 gecənin pulun ödəyin (yalnız otaqlara aiddir)
5 gecə bron edin – 4 gecənin pulun ödəyin (yalnız otaqlara aiddir)

Bu təkliflər 31.12.2016 tarixədək qüvvədədir.
Tariflərə Chenotun əlavə endirimləri tətbiq olunmur.
Bron etmək və əlavə məlumat almaq üçün: reservations@chenotpalace.com və ya +994 50 2902878 əlaqə saxlamaq olar.
Web:http://www.chenotpalace.com/en

Pulsuz abunə: We & World Economics wem_rss
Bizi sosial şəbəkələrdə izləyin: wem_tw wem_ld wem_inst wem_fb