CRES (Corporate Real Estate Solutions) – daşınmaz əmlak sahəsində investorlara, maliyyə şirkətlərinə, tikinti şirkətlərinə, kirayənişinlərə və sahibkarlara tam çeşid xidmət göstərən Azərbaycanın aparıcı şirkətlərindən biridir. CRES şirkətinin direktoru Ənvər Həsənov bizə Azərbaycanın daşınmaz əmlak bazarının mövcud vəziyyəti və turizm sənayesi ilə əlaqələrindən danışıb.


FNK_8221++


Turizm ilə daşınmaz əmlak arasındakı əlaqəni necə izah edərdiniz? İlk baxışdan bunlar iqtisadiyyatın tam fərqli sektorlarıdır.
Turizmin inkişafı və daşınmaz əmlak bazarının qüvvətləndirilməsi bir qayda olaraq qarşılıqlı prosesdir. Bir çox inkişaf etmiş ölkələrdə daşınmaz əmlaka tələbat təkcə daxili istehlakçıların yox, həm də xarici alıcı və investorların hesabına formalaşır. Tikinti şirkətləri və sahibkarlar həm yerli, həm də xarici müştərilər uğrunda mübarizə aparırlar. Çünki sonuncuların hesabına satış həcmini və tempini artırmaq mümkün olur.
Daşınmaz əmlak investisiyanın, qorumaların və kapital artımının ən təhlükəsiz forması olub, var və olacaq. Pullarla nə edək və öz investisiyalarımızı necə diversifikasiyalaşdıraq? Bu məsələ investorlar və sahiblarlar qarşısında hər zaman dayanır. Təbii ki, investisiya fondları və şəxsi investorlar hər zaman potensial artımı olan yeni bazarlar axtarışındadırlar.


Manatın devalvasiyası əmlak bazarına necə təsir etdi?
Devalvasiyanın digər iqtisadi proseslər kimi, həm mənfi, həm də müsbət tərəfləri var. Elə bir dövr olmuşdu ki, Bakıdakı əmlakların qiymətləri Şərqi Avropa ölkələri, Türkiyə və BƏƏ bazarlarındakı qiymətlərlə demək olar ki, eyni səviyyədə idi. Lakin, bütün bunlara baxmayaraq, xarici investorlar təkcə uzunmüddətli investisiya tarixinə görə yox, həm də bu ölkələrdə turizmin inkişaf səviyyəsinin yüksək olmasına görə bu bazarlara üstünlük verirdilər. Turizm sənayesinin yüksək inkişafı adətən ölkənin yüksək iqtisadi potensialının göstəricisi olur. Bu gün bizim bazarda valyuta ekvivalentində təklif olunan qiymətlər daha ucuzdur, turizm sənayesi sürətlə inkişaf edir, nəticədə bizim bazar regionda ən cəlbedici bazar olub.
Turizm investorların, xüsusən də şəxsi investorların cəlb olunması üçün ideal kanal hesab olunur. Azərbaycana səfər edən turistlər özləri üçün onun gözəlliyini və iqtisadi potensialını açırlar. Şəxsi investorlara maliyyə qoyuluşu üçün sonrakı qərarlarını qəbul etmək məqsədilə bəyəndikləri ölkəni ziyarət etmək çox mühümdür. Bakını isə məşhur mahnıda deyildiyi kimi sevməmək mümkün deyil. Lakin təkcə rəğbət və emosional bağlılıq kifayət etmir. Beynəlxalq alıcıların tələblərinə tamamilə cavab verən məhsullar hazırlamaq lazımdır. Bu gün əmlak bazarında yeni sağlam rəqabət baş qaldırıb. Bütün tikilməkdə olan əmlaklara tələb dalğası artıq keçib, bazar artıq yetkinlik mərhələsinə qədəm qoyub. Ona görə də qəbul etmək lazımdır ki, əmlak bazarındakı mövcud vəziyyət təkcə neftin qiymətinin düşməsinin yox, həm də doymuş bazarın təbii prosesinin nəticəsidir.


Hazırda daşınmaz əmlak bazarında hansı dəyişikliklər baş verir? Azərbaycan bazarı hansı istiqamətdə inkişaf edir?
Bu da bir göstəricidir ki, planlaşdırılmış, uyğun infrastrukturu və keyfiyyətli xidməti olan maraqlı memarlıq işləri əvvəlki kimi qiymətlidir və onlara tələb stabil olaraq qalır. Analoji vəziyyət kirayə bazarında da var. Biz işlərini bitirmək mərhələsində olan memar və dizaynerləri cəlb etməyə səy göstərən ilk mütəxəssislərdən idik. Əmlak sahibləri anladılar ki, kirayə verilən evlər və mənzilləri heç də hər zaman öz xüsusi spesifik zövqlərinə uyğun bəzəməyə ehtiyac yoxdur. Açıq rənglərdə, sadə formalarda, çoxlu sayda qarderob və divara düzəldilmiş şkafları, açıq rəngli rahat ayaqyolu və funksional vasitələrlə təchiz olunmuş mənzili kirayə vermək şansı, daha cox vəsait xərclənmiş, amma nəticədə interyeri həyat üçün o qədər də əlverişli olmayan mənzillərdən daha yüksəkdir.
Yəni, daxili təmir işləri ilə paralel əmlakın tikintisi gələcəyi olmayan bir işdir. Potensial alıcılar illərlə qonşu mənzillərdə təmirin davam edəcəyi evlərə köçməyə hazır deyillər. Əgər bizim tikinti şirkətləri xarici alıcıları cəlb etmək istəyirlərsə, artıq təmir olunmuş, köçməyə və istifadəyə hazır mənzillər təklif etməlidirlər. Təsəvvür etmək çətindir ki, hər hansı bir xarici alıcı və ya investor hələ 6-12 ay davam edə biləcək, təmir-tikinti işləri ilə və bu zaman yarana biləcək bütün risklərlə məşğul olacaq, bu halda daima ölkədə qalmağın mümkünsüzlüyü ilə işin keyfiyyətinə və maliyyə smetasının həqiqiliyinə uzaqdan nəzarət edəcək. Xarici alıcının gözündə bu, kifayət qədər şübhəli şirkət olur.
Tikinti şirkətləri və daşınmaz əmlak alıcıları üçün bazarı hazır məhsul tərəfə "itələyərək" bazarın yarıdan çox təklif payına sahib olan "yarı bitmiş məhsul" ardan uzaqlaşmaq daha sərfəlidir.


FNK_8229


Bizim əmlak bazarına maraq göstərən əcnəbilər arasında daha çox hansı ölkənin vətəndaşları üstünlük təşkil edir?
İran körfəzi ölkələrinin vətəndaşları tərəfindən paytaxt Bakıya daha çox maraq olduğunu müşahidə edirik. İnanırıq ki, bizim daşınmaz əmlak bazarı ilk növbədə məhz onlar üçün maraqlı ola bilər. Məsələn, Birləşmiş Ərəb Əmirliyindən elə bir ailə başçısı təsəvvür edə bilərik ki, yay aylarında öz ailəsini davamlı istirahətlə təmin etmək istəyir. Bu halda onun üçün əsas şərtlərdən biri onları tez-tez ziyarət etmək üçün onlara maksimum yaxın olmaq, Dubay və Abu-Dabi ilə müqayisə olunacaq gözəl infrakstruktur keyfiyyətinə malik olmaq, Birləmiş Ərəb Əmirliyindəkindən daha yumşaq yay iqliminə sahib olmaqdır. Bu baxımdan Bakı maraqlı muzeyləri və gözər memarlığı, yaxşı restoranları, mağazaları, otelləri və sahilləri ilə regionda ən optimal təyinat nöqtələrindən biri hesab olunur. Şəhərin sakinlərinin və paytaxt qonaqlarının təhlükəsizlik səviyyəsi, ələlxüsus bütün regiondakı vəziyyəti nəzərə alanda nümunəvi şəhər hesab olunur. Bütün bu deyilənlər digər mövsümlərə də aiddir. Belə ki, bizim dağ-xizək istirahər guşələrimiz Azərbaycana daha çox turist cəlb edir.


İcarə bazarında baş verənlər barədə nə demək olar?
Azərbaycanda uzun müddətdir xarici vətəndaşlar yaşayır, bu da evlərin və mənzillərin icarəsinə tələbatı artırır. Qısamüddətli icarə üçün də stabil tələbat yarandı. Airbnb kimi əmlak saytları mənzil sahiblərinə bu prosesi tez reallaşdırmağa və öz əmlakını xarici turistlərin diqqətini cəlb etməyə imkan verir. Belə bir fikir var ki, evlərin və mənzillərin qısamüddətli icarə büdcəsi otellərdə yaşamağa imkanı çatmayan xarici qonaqların seçimidir. Amma bu həmişə belə deyil. Otel nə qədər rahatlıqla təmin etsə də, uşaqlı böyük ailəyə öz funksional mətbəxi olan geniş mənzildə birlikdə yaşamaq daha rahatdır, nəinki müxtəlif otel nömrələrində. Əgər hansısa turist üçün Bakıya səfər adət halını alarsa, əmlak alışını onların növbəti ağılllı və məntiqli addımı hesab etmək olar.


Bu gün iş fəaliyyətinin daha çox hissəsi internetə keçir. Bu baxımdan daşınmaz əmlak bazarında vəziyyət nə yerdədir?
İnternet-resursların inkişafı bazar təkliflərində səmti müəyyən etməyi daha rahat edir. Əgər əvvəllər xarici alıcılar onların qeyri-maarifləndiyindən istifadə edərək, onlara bazar qiymətindən yuxarı təkliflər verildiyini istisna etmirdilərsə, bu gün satış və icarə barədə bir çox təkliflər veb-portallarda və tikinti şirkətləri və agentliklərin internet səhifələrində yerləşdirilir. Bu halda məlumatın həqiqiliyini yoxlamaq daha asan olur.
Biz təkliflərini öz saytlarında və internet-portallarında yerləşdirən və öz müştərilərini bunun əhəmiyyətini izah edən ilk şirkətlərdən biriyik. Biz izah edirdik ki, keyfiyyətli şəkillər və əmlakın tam təsviri satış və icarə prosesini sürətləndirəcək. Biz bunu edərkən anlayırdıq ki, əmlakın axtarışı ilk mərhələdə insanları onlayn rejimə keçirəcək və insanlar onları qane edən və etməyən obyektləri nəzərdən keçirərkən vaxtlarına qənaət etmiş olacaqlar.
Bu, bizim işimizdə də yardımçı olur. Əvvəldən bizim saytda təqdim etdiyimiz əmlakı seçən alıcı öz şərtlərini dəqiq deyir, bununla da hər iki tərəf vaxt itkisinə yol vermir.



Pulsuz abunə: We & World Economics wem_rss
Bizi sosial şəbəkələrdə izləyin: wem_tw wem_ld wem_inst wem_fb