Bu gün Azərbaycanın xalq artisti Firəngiz Şərifovanın 93 yaşı tamam olur.

Firəngiz Şərifova

siaphoto_394829

Azərbaycan Dövlət Gənc Tamaşaçılar teatrının aktrisası, xalq artisti Firəngiz Şərifova 6 fevral 1924-cü ildə Bakı şəhərində, milli tearın korifeyləri Abbas Mirzə Şərifzadə və Mərziyə Davudovanın ailəsində doğulub. Hələ 6 yaşından səhnəyə çıxan Firəngiz Şərifova xoreoqrafiya məktəbində təhsil alıb. Daha sonra Üzeyir Hacıbəyovun məsləhəti ilə Azərbaycan Dövlət Konservatoriyasının (indiki Bakı Musiqi Akademiyası) vokal sənəti fakültəsinə daxil olur, oranı bitirdikdən sonra isə Azərbaycan Dövlət Musiqili Komediya teatrında işə başlayır. Sonrakı fəaliyyətini Azərbaycan Dövlət Gənc Tamaşaçılar teatrında davam etdirən Firəngiz Şərifova öz yaradıcılıq fəaliyyəti ərzində parlaq teatr obrazları yaradıb. Aktrisa "Sən nə üçün yaşayırsan?", "Ağ dəvə", "Mahmud və Məryəm" tamaşalarında yaddaqalan obrazlar yaradıb.
Firəngiz Şərifova "Bir ailə üçün bağ evi" (İqor Kvaşa və Serqey Yurskiy ilə birlikdə), "Bayquş uçub gəldi", "Gümüş göl əfsanəsi", "Yayda yarpaq tökümü", "Əsas müsahibə", "Uzun ömrün akkordları", "Cəza günü" və sair filmlərdə çəkilib. O, həm də bir çox filmlərin dublyajında iştirak edib.
Adı ölkə mədəniyyəti tarixinə yazılan Firəngiz Şərifovanın nəvəsi də bu sahəyə töhfə vermiş sayılır. Onun nəvəsi müğənni və aktyor Eldar Qasımov "Avroviziya-2011" mahnı yarışmasının qalibi olub.

Pulsuz abunə: We & World Economics wem_rss
Bizi sosial şəbəkələrdə izləyin: wem_tw wem_ld wem_inst wem_fb