Bu günün – 9 fevralın tarixi çox zəngindir. Azərbaycan SSRİ-nin tərkibində Naxçıvan MSSR yaradılıb. Bundan başqa, 9 fevral tanınmış şəxsiyyətlərin anadan olduğu gün kimi də yaddaqalandır. Tanınmış özbək şairi Əlişir Nəvai, "konstruktorların şahı" Vilhelm Maybax, əfsanəvi jurnalist Valentin Zorin, azərbaycanlı heykəltəraş Mirələsgər Mirqasımov, azərbaycanlı rejissor Ramiz Əskərov və aktyor Ələsgər Məmmədoğlu 9 fevralda anadan olublar.

Naxçıvan MSSR

trx242

Azərbaycanın Naxçıvan Muxtar Respublikası Qafqazın cənubunda yerləşir. Türkiyə ilə və Araz çayı vasitəsilə İranla sərhəddir. Paytaxtı Naxçıvandır.
Naxçıvan Muxtar Sovet Sosialist Respublikası Azərbaycan SSRİ-nin tərkibində 9 fevral 1924-cü ildə yaradılıb. Bundan 1 il əvvəl, 1923-cü ilin fevralında Azərbaycan SSRİ-nin himayəsi altında Naxçıvan Muxtar vilayəti yaradılıb və 1924-cü ilin fevralında Naxçıvan MSSR-ə çevrilib.
Ancaq 66 il keçdikdən sonra, 19 yanvar 1990-cı ildə Naxçıvan MSSR-nin Ali Sovetinin təcili sessiyası Naxçıvan MSSR-nin SSRİ-nin tərkibindən çıxması və müstəqil olması haqqında qərar qəbul edib.
Elə həmin il 17 noyabrda Naxçıvan MSSR-nin Ali Soveti "Naxçıvan MSSR" adını Azərbaycan Respublikasının tərkibində "Naxçıvan Muxtar Respublikası" adına dəyişir.

* * *

Valentin Zorin

zorin

Əfsanəvi jurnalist, siyasi icmalçı, yazıçı Valentin Zorin 9 fevral 1925-ci ildə Moskvada fəhlə ailəsində anadan olub. Müxtəlif dövrün tamaşaçıları onu "Beynəlxalq panorama", "Dünyada bu gün", "Doqquzuncu studiya" verilişləri, Amerikadan çəkilmiş reportajlar və teleoçerklərlə xatırlayır. Valentin Zorinin həyat fəaliyyətinin böyük hissəsi soyuq müharibə illərinə təsadüf etdiyi üçün o, özünü əsgər adlandırırdı. 25 ildən çox bir müddətdə Valentin Zorin adı böyük siyasətlə bağlı idi. O, ölkə rəhbərlərindən və dünyanın nəhəng siyasi xadimlərindən müsahibə almağa müvəffəq olmuşdu.
Onların arasında Con Kennedi, Şarl de Qoll, İndira Qandi, Nakasone, Marqaret Tetçer, Helmut Kol, D.Eyzenhauer, R.Nikson, C.Ford, L.Cekson, C.Karter, R.Reyqan, C.Buş, B.Klinton, Peres de Kuelyar, Kennedi qardaşları, Q.Kissincer, N.Xruşov, L.Brejnev, Y.Andropov, M.Qorbaçov var idi.
Valentin Zorin "Amerikanın tacsız kralları", "Yetmişinci illərin Amerikası", "Maskasız lordlar", "Cənab milyardlar", "Ziddiyyətli Amerika" kitablarının müəllifi olub.

* * *

Mirələsgər Mirqasımov

mireli

Azərbaycanlı heykəltaraşı Mirələsgər Mirqasımov 9 fevral 1924-cü ildə Bakıda anadan olub. O, sənəti üzrə tam ali təhsil almış ilk azərbaycanlı heykəltəraşdır.
Bakıda Cəfər Cabbarlının, Sumqayıtda Nəriman Nərimanov, Naxçıvanda Cəlil Məmmədquluzadənin heykəllərinin müəllifidir. Mirqasımovun "Neftçinin portreti", "Qızın portreti", "Göyərçinlə qız" kimi işləri Bakıda Azərbaycan Milli İncəsənət muzeyində nümayiş olunur.
Heykəltaraşın fəaliyyəti haqqında Azərbaycan xalq rəssamı Toğrul Nərimanbəyov yazırdı: " yüksək romantizm, dünyaya poetik baxış, sönməz optimizm, insan gözəlliyinə, onun daxili ruh aləminin zənginliyinə heyranlıq Mirələsgər Mirqasımovun yaradıcılığına xas xüsusiyyətlərdir".
Mirqasımovun yaratdığı obrazlarda mübarizə mövzusu üstünlük təşkil edir. Bu mövzu "Bəhramın qəzəbli bəbir ilə döyüşü", köləlik zəncirlərini qıran "Afrikalı və hava fatehi İkar uçuşda" kimi işlərində öz əksini tapıb. Şirin, morjun, atın ceyranı parçalaması təsviri rəssamın animalistik heykəllər janrı üçün nümunədir.
1994-cü ildə Mirəli Mirqasımov insult xəstəliyi keçirdiyi üçün ona işləmək çətin idi. Heykəltəraşın gözləri zəifləyir, nitqi çətinləşir, əlləri sözünə baxmırdı. Buna baxmayaraq, Mirqasımov yaratmağa davam edirdi. Heykəltaraş 9 noyabr 2003-cü ildə dünyasını dəyişib.

* * *

Ələsgər Məmmədoğlu

Ələsgər_Məmmədoğlu

O, daha çox komik janr aktyoru kimi tanınırdı. Onu "Azərbaycanın Fernandeli" adlandırırdılar. Ələsgər Məmmədoğlu 9 fevral 1946-cı ildə anadan olub. 1977-ci ildə M.Əliyev adına İncəsənət İnstitutunu bitirdikdən sonra, Azərbaycan Dövlət Milli Dram Teatrının truppasına qəbul olunur. 1982-ci ildə Sumqayıt Dövlət Dram Teatrına, 6 ay sonra isə - Təhsil Teatrına keçir. 1987-ci ildə yenidən Azərbaycan Dövlət Milli Dram Teatrına qayıdır.
Ələsgər Məmmədoğlu tamaşaçılara, şair ("Evləri köndələn yar"), milis ("Yaşıl eynəkli adam"), qulluqçu ("Mehmanxana sahibəsi"), Dəmir qaya ("Topal Teymur"), satıcı ("Qatarda"), Gümrah ("Alov") obrazları ilə tanışdır. O, "Ömrun səhifələri" (Ələsgər), "Xoşbəxtlik qayğıları" (Əlovsət), "Bəyin oğurlanması" (Ələsgər), "Tehran -43" (Qulum Rza) və digər bədii filmlərdə çəkilib.



Pulsuz abunə: We & World Economics wem_rss
Bizi sosial şəbəkələrdə izləyin: wem_tw wem_ld wem_inst wem_fb