Bu gün – fevral ayının 15-nin Beynəlxalq Uşaq Xərçəng Xəstəlikləri ilə Mübarizə Günü kimi qeyd olunması uşaq xərçəngi probleminə diqqəti artırmaq məqsədi daşıyır.
Bundan başqa, bu gün böyük italyan alimi Qalileo Qaliley, tanınmış Azərbaycan alimi və pedaqoqu Arif Paşayev, Böyük Vətən Müharibəsi qəhrəmanı Məhərrəm Dadaşov və Sosialist Əməyi qəhrəmanı Surəyya Kərimova anadan olublar.


Beynəlxalq Uşaq Xərçəng Xəstəlikləri ilə Mübarizə Günü

Rebenok-onkobolnoj-400x267

Bu xəstəliyə tutulan balacalar qısa ömürlərini qorxu, ağrı, ümidsizlik içərisində keçirir. Lakin onlar xoşbəxtliyi, sevinmək bacarığını, yaşamağa can atmağı, mübarizəni bir çoxlarından daha yaxşı bilirlər.
Beynəlxalq Uşaq Xərçəng Xəstəlikləri ilə Mübarizə Günü bu xəstəlikdən əziyyət çəkən uşaqların valideynlərinin və Dünya Konfederasiya Təşkilatının təşəbbüsü ilə hər il fevralın 15-də dünyanın 40-dan artıq ölkəsində keçirilir.
Bu ümumdünya aksiyasının məqsədi cəmiyyətin diqqətini xərçəng xəstəliyinə tutulmuş uşaqların problemərinə yönəltmək və onların müalicəsinə maliyyə vəsaiti toplamaqdır. İlk dəfə Beynəlxalq Uşaq Xərçəng Xəstəlikləri ilə Mübarizə günü 15 yanvar 2002-ci ildə keçirilib. Sonrada bu tarixi 15 fevrala keçirmək qərara alınıb.
Tibbi statistik göstəricilər amansızdır: hər il dünyada 200 min uşaq xərçəngə yoluxur, təxminən 100 min isə bu dəhşətli xəstəlikdən dünyasını dəyişir, bu təxminən gündə 250 uşaq və ya saatda 10 uşaq deməkdir. Ölüm səviyyəsinin bu qədər yüksək olmasının səbəbi 90% hallarda müasir müalicə üsullarından istifadə imkanlarının məhdud olmasıdır.
Uşaqlarda xərçəng xəstəliyindən şəfa tapmağın uğuru erkən diaqnostika, müasir müalicə üsullarından istifadə, yaxınların, qohumların sevgi və qayğısıdır. Həkimlər arasında belə bir fikir var ki, valideynlərinin sağalacağına inandıqları uşaq mütləq sağalacaq. Məhz belə dəstək xəstə uşağa arzusuna doğru inamla addımlamağa yardım edir: bir gün o, küçəyə çıxacaq, günəşə gülümsəyəcək, maskasını çıxaracaq və deyəcək: "Mən sağlamam!"

* * *

Qalileo Qaliley

Galileo_Galilei_2

Qalileo Qaliley dövrünün elmi inkişafına əhəmiyyətli dərəcədə təsir göstərmiş italyan fiziki, mexaniki, astronomu, filosofu və riyaziyyatçısıdır. O, ilk dəfə səma cisimlərini izləmək üçün teleskop hazırlayıb və bir sıra astronomik kəşflər edib.
Məşhur italyan alimi 15 fevral 1564-cü ildə Piza şəhərində anadan olub. 11 yaşına qədər elə həmin şəhərdə oxuyub. Daha sonra o, Florensiyaya köçərək, təhsilini Benediktin monastrında davam etdirib. Bundan sonra Qaliley Pizan Universitetinə daxil olur, orada 3 il ərzində tibb, həndəsə, fəlsəfə və riyaziyyatı öyrənir. Astonomiyaya olan həvəsi Qalileyi kainatın quruluşunun heliosentrik modelinin həqiqiliyini sübut etməyə qədər inkişaf etdirir. Daha sonra o, teleskopu hazırlayır, dı. Bununla alim şöhrət qazandı. Daha sonra o, Florensiyaya köçür və Toska sarayında məsləhətçi olur. Qalileyin buradakı kiçik bioqrafiyası da təcrübələrlə zəngindir. Kinematika, materialların müqaviməti Qalileyin son əməyi olan "Söhbət və iki yeni elmin riyazi sübutları" əsərində təsvir olunub. Sirkul, hidrostatik tərəzilər, termometr, mikroskop və bir çox ixtiralar Qalileyin adı ilə bağlıdır.

* * *

Arif Paşayev

Arif_Pashayev_albom_150512

Bu gün görkəmli alim və pedaqoq, elm xadimi Arif Paşayevin doğum günüdür. O, 15 fevral 1934-cü ildə Bakıda, XX əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrindən olan Mir Cəlal Paşayevin ailəsində anadan olub. Onun hələ uşaqlıqdan ədəbiyyata, fəlsəfəyə, humanitar elmlərə marağı olsa da, ixtisas seçimi fərqli olub.
Azərbycan Milli Elmlər Akademiyasının (AMEA) akademiki, Dövlət mükafatı laureatı, fizika-riyaziyyat üzrə eləmlər doktoru, professor, Beynəlxalq Nəqliyyat Akademiyasının, Beynəlxalq Mühəndis Akademiyasının, Beynəlxalq Ekoenerji Akademiyasının, Beynəlxalq Elmlər Akademiyasının, Beynəlxaq İnformasiya Akademiyasının, Beynəlxalq Kosmonavtika Akademiyasının akademikidir.
400-dən artıq elmi məqalənin, 30 kitab və monoqrafiyanın müəllifi, öz işlərinə görə 30 müəlliflik şəhadətnaməsi və sənaye nümunələri almış ixtiraçıdır.
Arif Paşayev uzun illər AMEA-nın Fizika Universitetində çalışıb. 1996-cı ildən isə "Azərbaycan Hava Yolları" Dövlət Konserninin Milli Aviasiya Akademiyasının rektorudur.
Arif Paşayev Azərbaycan Dövlət Mükafatına, fizika sahəsindəki nailiyyətlərinə görə "SSRİ ixtiraçısı" medalını alıb, həmçinin akademik Y.Məmmədəliyev adına medala və İngilis Beynəlxalq Bioqrafiya Mərkəzinin qızıl medalına layiq görülüb. "VEKTOR" Beynəlxalq Elm Mərkəzinin Mükafat Komissiyasının qərarı ilə o, "Azərbaycanın məşhur alimləri" beynəlxalq layihəsinin qalibi olub, "XXI əsrin məşhur alimi" beynəlxalq diplomu ilə təltif olunub.
15 fevral 2004-cü ildə akademik Arif Paşayev Azərbaycanda elm və təhsilin inkişafındakı üstün xidmətlərinə görə "Şöhrət" ordeni ilə, on il sonra 15 fevral 2014-cü ildə isə Azərbaycan Prezidentinin fərmanı ilə "İstiqlal" ordeni ilə təltif olunub.



Pulsuz abunə: We & World Economics wem_rss
Bizi sosial şəbəkələrdə izləyin: wem_tw wem_ld wem_inst wem_fb