Bu gün bir çox tanınmışın doğulduğu gün kimi əlamətdardır. Görkəmli azərbaycan filosofu və riyaziyyatçısı Nəsirəddin Tusi, "Ferrari" yarış avtomobillərinin yaradıcısı Enso Ferrari, şair, meyxana usatsı Əliağa Vahid, elektrik mənbəyinin ixtiraçısı Alessandro Volta və bir neçə mədəniyyət və incəsənət nümayəndəsi 18 fevralda anadan olub.


Nəsirəddin Tusi


Al-Tusi_Nasir


XIII əsrin tanınmış Azərbaycan riyaziyyatçısı, mühəndis və astronomu Nəsirəddin Tusi öz həyatını təbiət, cəmiyyət və insan biliklərinə yiyələnməyə həsr edib.
O, 18 fevral 1201-ci ildə Cənubi Azərbaycanın Tus (Xorasan) şəhərində anadan olub. Təhsilinə elə orada başlayaraq, Quranı, hədisləri, şiə təriqəti ilə bağlı ayələri, məntiqi, fəlsəfəni, riyaziyyatı, tibbi və astronomiyanı öyrənib.
Nəsrəddin Tusinin 150 traktatı və məktubları məlumdur ki, onlardan 25-i fars, qalanları ərəb dillində yazılıb. Mənbələrdə Tusinin yunan dilində də bildiyi qeyd olunub.
Nəsirəddin Tusinin dünya elminə verdiyi ən böyük töhfə 1259-cu ildə Cənubi Azərbaycanın Marağa şəhərində yaratdığı Rəsədxana olur.
Bu görkəmli şəxsiyyətin adına hazırda Bakıda küçə, tibb müəssisəsi var. Şamaxı astrofizika rəsədxanası da Tusi adınadır. 1935-ci ildə Beynəlxalq Astronomiya İttifaqı Ayın görünən tərəfindəki kraterə Nəsrəddin Tusinin adını verib. 1989-cu ildən isə Tehrandakı Texnoloji Universitet Xoca Nəsrəddin Tusinin adını daşıyır.


* * *


Enso Ferrari


ferrari_123


İtalyan sahibkarı və sürücüsü, "Ferrari" maşınqayırma şirkətinin və eyniadlı avtoyarış komandasının təsisçisi Enso Ferrari 18 fevral 1898-ci ildə İtaliyanın Moden şəhərində anadan oub. 1919-cu ildən bəri o, avtoyarışlarda (ilk əvvəl Parma-Berceto) iştirak etməyə başlayır. Daha sonra "Alfa-Romeo"-nun test-pilotu olur və burada 20 ilə yaxın çalışaraq sürücüdən "Alfa Racing" idman şöbəsinin direktoru vəzifəsinə qədər yüksəlir. Vəzifə qələbə və sürət həvəskarı Ferrarinin fəaliyyətini məhdudlaşdırmır. 1929-cu ildə Ferrarinin tərcümeyi-halına daha bir uğuru lavə olunur. O, "Scuderia Ferrari" adlı şəxsi cəmiyyətini təsis edir. Ona qədər Ferrari öz maşınlarının konstruksiyasını qururdu, o, öz komandasının yarış qələbələrini xəyal edirdi və bu xəyallar özünü çox gözlətmədi. Yarışçı Tasio Nuvolari ən yaxşılardan biri oldu. İlk dəfə Enso Ferrarinin komandası Formula-1 yarışlarında 1950-ci ildə iştirak etdi. Növbəti ildə artıq komanda qələbə qazandı (bu qələbəni komandaya Xoss Froylan Qonzales gətirdi)
Yarışlarla ilhamlanan Ferrari ancaq yarış avtomobilləri hazırlayırdı, və artıq bununla dünya şöhrəti qazanmışdı. İlk avtomobil 1946-cı ildə yarandı. Bu, "Ferrari 125" modeli idi.


* * *


Con Travolta


John Travolta ©Firooz Zahedi/jbgphoto.com/IML

Amerika aktyoru, rəqqası və müğənnisi Cozef Travolta 18 fevral 1954-cü ildə, ABŞ-ın Nyu-Cersi ştatında anadan olub. "Şənbə günlərinin həyəcanı", "Briolin" və "Kriminal qiraət" filmlərindəki baş rolları ilə məşhurlaşan Travoltanın70-ci illərin sonu 80-ci illərin əvvəllərində demək olar ki, hər il yeni filmləri nümayiş olunurdu. Cazibədar, eyni zamanda gözəl rəqs qabiliyyəti olan bu cavan oğlanın yaratdığı obrazlar getdikcə daha çox sevilməyə başlayır.
Kventin Tarantino ilə görüş Cona 1990-cı illərin ən parlaq ulduzlarından biri olmağa imkan verir. "Kriminal qiraət"də qanqster Vinsent Veqi roluna görə o, bir daha "Oskar" mükafatına layiq görülür. Komiks və narkotik həvəskarı Veqanın Mia Uolles (Uma Turmanın iştirakında) ilə oynadığı tvist rəqsi XX əsrin son onilliyinin ən məşhur rəqs kino nömrəsi oldu.
Hazırda Con Hollivudun ən yüksək gəlirli aktyorlarından biri hesab olunur, o, uşaqlıq arzularını həyata keçirərək pilot vəsiqəsi, 3 reaktiv təyyarə və "Boinq-707"ə sahibdir.


* * *


Nəriman Həsənzadə


Nariman_Hasanzadeh_280311


Azərbaycan şairi və dramaturqu Nəriman Həsənzadə 18 fevral 1931-ci ildə Qazax rayonunun (hazırda Ağstafa rayonunun) Poylu qəsəbəsində anadan olub.
Onun ilk ədəbiyyat nümunələri keçən əsrin 50-ci illərində işıq üzü görüb. Bu müddət ərzində 30-dan çox kitabı çap olunub, pyesləri əsasında isə dünyanın aparıcı teatrlarında səhnə qurulub.
Həsənzadə "Dostlar məni gözləyir", "Qəlbim şer istəyir", "Mənim gecəm, mənim gündüzüm", "Zümrüd quşu", "Sən bağışladın" kimi poetik topluların müəllifidir.
Nəriman Həsənzadənin əsərləri keçmiş SSRİ-nin bir çox xalqlarının dilinə tərcümə olunub, özü isə Aleksandr Puşkinin, Taras Şevçenkonun, Nikolay Nekrasovun, İvan Frankonun, Lesi Ukrainkanın və başqalarının əsərlərini Azərbaycan dilinə tərcümə edib.


* * *


Əliağa Vahid


Eliaga vahid


Azərbaycan şairi, meyxana ustası Əliağa Vahid 18 fevral 1895-ci ildə Bakının Masazır qəsəbəsində anadan olub.
Erkən yaşlarında fəhlə işləyib atasına yardım edən Əliağa Vahid ilk təhsilini mədrəsədə alıb, lakin oranı bitirməmiş "Məcməus-şüarə" ədəbi məclisinə daxil olur və burada Muniri, Azər İmaməliyev və o zamanın digər populyar şairləri ilə tanış olur.
1924-1925-ci illərdə Sergey Yesenin fasilələrlə Bakıda, Mərdəkan qəsəbəsində yaşayıb. Bu iki böyük şairin sonradan möhkəm dostluğa çevriləcək tanışlığı 1924-cü ildə baş tutub.
Füzulinin ədəbi yaradıcılığının davamçısı olan Əliağa Vahid sovet ədəbiyyatında qəzəl janrının ən parlaq nümayəndəsi kimi xatırlanır.
Əliağa Vahid Nizami, Füzuli, Xaqani və digər Azərbaycan poeziyası klassiklərinin əsərlərini Azərbaycan dilinə çevirməklə məşğul olub. O, həmçinin meyxana janrının əsasını qoyan bədhiyyə ustası hesab olunur.


Pulsuz abunə: We & World Economics wem_rss
Bizi sosial şəbəkələrdə izləyin: wem_tw wem_ld wem_inst wem_fb