Tarixdə bu gün Nyu-Yorkda "Metropolitan Museum of Art" adlı ABŞ-ın ən böyük incəsənət muzeyinin açılışı, Azərbaycan əsilli aparıcısı və jurnalist İradə Zeynalovanın və Azərbaycanın paralimpiya cüdoçusu Afaq Sultanovanın doğum günləri kimi yadda qalıb.
"Metropolitan Museum of Art"
Nyu-Yorkdakı muzey-metropoliten (Metropolitan Museum of Art) dünyada ən iri incəsənət muzeylərindən biridir. Nyu-Yorkun görkəmli yerlərindən sayılmaqla, şəhərin qiymətli mirvarisi hesab olunur. Muzeyin daimi kolleksiyası 2 milyon qorunma vahidindən ibarətdir. Hər il metropoliteni 5 milyona yaxın insan ziyarət edir.
Muzey-metropolitenin yaranmasının təşəbbüskarı Amerikalı ictimai xadim və rəssamları olub. Əvvəlcə muzeyin nə binası, nə kolleksiyası, nə də vəsaiti olmayıb. İlk rəsmlər muzeyin təşkilati işləri üçün təsis olunmuş Qəyyumlar Şurasının rəhbərliyi ilə korporasiyanın vəsaiti hesabına alınıb.
1887-ci ildə muzeyə dəmiryolu nəqliyyatı üzrə maqnat Henri Markanda tərəfindən 37 Avropa rəsmi hədiyyə olunub. Bunlardan bir çoxu hələ də kolleksiyada mühüm əsərlərdən hesab olunur. 1913-cü ildə kolleksioner Benjamin Oltmanın mirası muzeyə verilrib. Elə həmin il bankir C.P.Morqanın oğlu muzey-metropolitenə bankirin böyük kolleksiyasının təxminən yarısını hədiyyə edib.
* * *
İradə Zeynalova
Tanınmış Rusiya jurnalisti, müxbir, aparıcı İradə Zeynalova 20 fevral 1972-ci ildə Moskvada anadan olub.
Xüsusi jurnlaistika təhsilinin olmamasına baxmayaraq, İradə Zeynalova müasir telejurnalistikada öz sözünü deyə bilən biri olmağı bacardı. O, televiziyaya 1997-ci ildə teleaparıcı, eyni zamanda rəfiqəsi olan Olqa Kokorekinanın dəvəti ilə gəlir və RTR kanalında "Vesti" proqramının redaktoru və ingilis dilindən tərcüməçi işləməyə başlayır.
2007-ci ildə Rusiyanın "Birinci kanal" ında (ORT) büro rəhbəri vəzifəsini alaraq Böyük Britaniyanın paytaxtına köçür. 2009-cu ildə yenidən Moskvaya qayıdır və 2011-ci ildə "Birinci kanal"ın Təl-Əvivdə büro rəhbəri olaraq oranı bir daha tərk edir.
2012-ci ilin sentyabrında Rusiyaya qayıdan İradə Zeynalova "Vremya" verilişinin bazar buraxılışının aparıcısı Pyotr Tolstovu əvəz etdi və bu proqramda 2016-cı ilin iyulun 16-a qədər çalışdı. Oktyabrdan jurnalist "Birinci kanal"ı tərk etdi və NTV kanalında özünün müəllifi olduğu analitik-informasiya proqramının aparıcısı efirə çıxdı.
***
Afaq Sultanova

Azərbaycan cüdoçusu, Paralimpiya çempionu Afaq Sultanova 20 fevral 1987-ci ildə Bakıda anadan olub.
57 kq. çəki kateqoriyasında və B3 korluq kateqoriyasında çıxış edən cüdoçumuz 2010-cu il Dünya Çempionu və 2011-ci il bütün dünya oyunlarının qalibidir. 2012-ci il Londonda Yay Paralimpiya oyunlarında Azərbaycanı dünyanın hazırkı çempionu kimi təmsil edərək qızıl medal qazanıb. Bununla da o, paralimpiadada qızıl medal qazanmış ilk azərbaycanlı qadın olub.
Hazırda Afaq Sultanova sağlıq qüsurları olan uşaqlar arasında idman və paralimpiya oyunlarını təbliğ edir, onların faydalanmasına kömək edir. Azərbaycan Prezidentinin 14 sentyabr 2012-ci il fərmanı ilə Afaq Sultanova "Şöhrət" ordeni ilə təltif olunub və olimpiya təqaüdü ilə mükafatlandırılıb.
2015-ci ilin noyabrında Sultanova Portuqaliyanın Odivelaş şəhərində keçirilən Avropa çempionatında bürünc medal qazanır. Elə həmin il Seulda Dünya oyunlarında da bürünc medala sahib olur.
Pulsuz abunə: We & World Economics

Bizi sosial şəbəkələrdə izləyin:



