Bu gün dünyada "Beynəlxalq Qütb ayısı günü" kimi ekologiya bayramı qeyd olunur. Eləcə də Hollivudun parlaq aktrisası Elizabet Teylor və eston müğənnisi Anne Veskinin doğum günü kimi yaddaqalandır.


Elizabet Teylor


800x742_0xd42ee42a_18699512031425038953


Onu dünyanın ən gözəl qadını adlandırırdılar. Haqqında qəzetlər yazır, televiziya xəbərlərinin buraxılışları ona həsr olunurdu. Filmoqrafiyasında 65 parlaq kino rolları var, şəxsi həyatı isə sevgi melodraması üçün əsas ola bilərdi. Bundan başqa, o, milyonlarla qonorar alan ilk Hollivud aktrisası olub.
Elizabet Rouzmon Teylor 27 fevral 1932-ci ildə Londonda Amerika aktyorlarının ailəsində dünyaya gəlib. Kinoda 1942-ci ildə çəkilməyə başlayır, iki il sonra "Milli məxmər" adlı klassik filmdəki gənc atlı obrazı kimi tamaşaçıların xatirəsinə həkk olunur. 1949-cu ildə "Qəsdçi" filmində dostu Robert Teylor ilə ilk böyük rolunu oynayır.
Əvvəlcə tənqidçilər gənc gözəlin aktyor qabiliyyətinə şübhə ilə yanaşırdılar, lakin Teylorun "Günəşin altında yer" dramında Montqomeri Klift ilə iştirakı, onları öz fikirlərini dəyişməyə məcbur etdi. 1956-cı ildə Ceyms Din ilə "Nəhəng" mədəni lentində çəkilən Teylorun şöhrətə doğru növbəti addımı, Tennesi Uilyamsın "Odlu damda pişik" və "Qəfildən keçən yay" pyeslərindəki rollar oldu.
1961-ci ildə Teylor o zamanlar eşidilməmiş bir məbləğə - milyon dollara eyniadlı tarixi filmdə Kleopatra rolunu ifa etmək təklifi aldı. O zaman aktrisa şöhrətin zirvəsində idi və şəxsi kolleksiyasında artıq 1 qızıl Oskar heykəlciyi ("Batterfild- 8" filminə görə) var idi. Lakin bunlara baxmayaraq, yunan kraliçası haqqında film dünya kassalarında özünü doğrultmadı.
Teylorun iştiraki ilə filmlər daha gec-gec özünü ödəməyə başlamışdı və 45 yaşında aktrisa faktiki olaraq kino karyerasını başa vurub, teatra keçməyə məcbur oldu.
90-cı illərdə ekranlara onun iştirakı ilə ancaq bir film çıxdı. 2001-ci ildə nə zamansa populyar olan ingilis-amerikan aktrisası özünün sonuncu filmində - "Amerikansayağı gözəllik" komediyasında çəkildi.
23 mart 2011-ci ildə "Hollivud kraliçası" ürək çatışmazlığından vəfat etdi.


* * *


Anne Veski


medium_07990174599bfbb684c77a91d7b49af4


Eston müğənnisi Anne Veski 27 fevral 1956-cı ildə Estoniyanın Rapla şəhərciyində anadan olub. Onun repertuarında çoxlu hitlər var - "Pozadi krutoy povorot", "Vozmi menya s soboy", "Belıy buket na fone morya", "Milıy, qoryaço lyubimıy", "Radovatsa jizni", "Samba s Maradonoy", "Ostrov lyubvi", "Prodlis, sçastye!", "Po vole voln", "Mejsezonye", "Ulıbka na vsex", "Sleduyu za toboy"…
Xüsusilə onun üçün M.Taniç, L.Rubalskaya, İ.Saruxanov, A.Majukov, V.Reznikov, V.Şainskiy, P.Aedoniskiy, V.Mateskiy, İ.Kornelyuk və digər bu kimi müəlliflər mahnı yazmışlar.
1981-ci ildə Anne Veski haqqında "Snejnıye napevı" adlı musiqili film çəkildi və bu film onun uğurunun kulminasiya nöqtəsi olmaqla, bir çox sayda televiziyada nümayiş olundu.


* * *


Beynəlxalq Qütb ayısı Günü


21083123


Ekologiya ilə bağlı bayramlar arasında heyvanlara həsr olunmuşlar xüsusi yer tutur. Belə günlər insanları digər canlıların müəyyən növlərini qorumağa, insanlıq nümayiş etdirməyə, ümumiyyətlə insan həyatında "bizim kiçik qardaşlarımızın" əhəmiyyətini dərk etməyə səsləyir.
Hər il Yer planeti 27 fevral tarixini Beynəlxalq Qütb ayısı Günü kimi qeyd edir. Bu gün PBI (Potal Bears International) cəmiyyətinin təşəbbüsü ilə qütb ayılarının qorunması məqsədilə yaradılıb. Həmin gün qütb ayıları haqqında məlumat yaymaq və cəmiyyətin diqqətini onların qorunması probleminə yönəltmək qanunauyğunluq halını alıb.
Qütb ayısı hələ qədim vaxtlardan Arktika torpaqlarında yaşayan xalqların ovuna çevrilib. Bir çox hallarda ayılar insanın izi belə olmayan yerlərdə yaşayırlar. Lakin elə regionlar var ki, orada bu iki canlılar bir-biriləri ilə qonşuluq etmək məcburiyyətindədirlər. Əgər qütb ayısı acdırsa, ələlxüsus uzun zaman acdırsa, o halda bu yırtıcının qurbanı olmaq ehtimalı böyükdür. Bu vəziyyət insanın ayını nəyəsə qonaq etməsi zamanı və ya onu ovlamaq istəyən zaman da baş verə bilər. Digər hallarda isə ağ ayını düşmən görməyə ehtiyac yoxdur.


Pulsuz abunə: We & World Economics wem_rss
Bizi sosial şəbəkələrdə izləyin: wem_tw wem_ld wem_inst wem_fb