Tarixin bu günü Beynəlxalq Valyuta Fondunun fəaliyyətə başlaması, Rusiya alimi Dmitriy Mendeleyevin elementlərin dövri cədvəlinin yaradılması üzərində işini tamamlaması və Böyük Britaniyada avtomobillərdə təhlükəsizlik kəmərindən istifadənin qanuniləşdirilməsi ilə yadda qalıb. Eləcə də 1 mart tarixində Azərbaycanın dövlət xadimi Elmira Qafarova anadan olub.


Elmira Qafarova


qafarova


Azərbaycanın dövlət xadimi və diplomatı Elmira Qafarova 1 mart 1934-cü ildə Bakıda anadan olub. 1987-1989-cu illərdə Azərbaycan SSRİ Nazirlər Kabinetinin sədr müavini vəzifəsində çalışıb, 1987-ci ildən 1991-ci ilə qədər Azərbaycan SSRİ Ali Şurasının sədri olub. 1989-cu ildə Rəyasət Heyətinin sədri, bir ildən sonra isə Azərbaycan Ali Şurasının sədri seçilib.
Ali Şuranın sədri olduğu illərdə onun təşəbbüsü ilə Moskvada, Dağlıq Qarabağda erməni əsgərlərindən götürülmüş iki mindən artıq silahdan ibarət sərgi təşkil olunub. Bu tədbir kəskin narazılıqlara və Qafarovaya qarşı SSRİ Müdafiə Nazirliyi, SSRİ Daxili İşlər Nazirliyi və MTN tərəfindən təhdidlərə səbəb olub.
30 dekabr 1989-cu ildə E.Qafarova Kirovabad şəhərinə (1934-cu ildə Serqey Kirovun şərəfinə adlandırılmış) onun tarixi adının – Gəncənin qaytarılmasına, 13 mart 1990-cı ildə Novruz bayramının Azərbaycanda qeyri-iş günləri elan olunmasına nail olur. 30 avqust 1991-ci ildə "Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpa olunması" haqqında bəyannamənin qəbul olunmasını və 2 mart 1992-ci ildə Azərbaycanın BMT-yə qəbul olunmasını da Qafarovanın adı ilə əlaqələndirirlər. 1992-ci ilin martında Qafarova sağlamlığı səbəbindən təqaüdə çıxır.
Elmira Qafarova 1 avqust 1993-cü ildə dünyasını dəyişib.


* * *


Mendeleyevin cədvəli


tablica-mendeleeva


Rəvayətə görə, böyük rus alimi Dmitriy Mendeleyev məşhur cədvəli yuxuda görüb. Alim sanki real olan yuxunun təsiri ilə oyanır və o dəqiqə xatirindəkiləri unutmadan vərəqə köçürmək üçün masa arxasına keçir. Bu rəvayət hələ Mendeleyevin sağlığında yaranmışdı və alimin özü bu hekayətə istehza ilə yanaşırdı. O, öz cədvəli haqqında deyirdi: "Mən onun üzərində iyirmi il düşünmüşəm, siz isə fikirləşirsiniz ki, oturdum və… hazırdı".
Həqiqətən də Mendeleyev cədvəlinin real tarixçəsi – uzun illərin elmi əməyidir. Kimyəvi elementlərin sisteminin analizi üzərində alim hələ 1854-cü ildə, Odessanın gimnaziyalarından birində 20 yaşlı təcrübəsiz müəllim olanda işləməyə başlamışdı.
"Atom çəkisinə və kimyəvi oxşarlığa əsaslanmış elementlərin sisteminin təcrübəsi" adlı əlyazma üzərində işi Mendeleyev 1 mart 1869-cu ildə bitirdi. Məhz onda alim təkcə kimyanın yox, faktiki olaraq, bütün təbiətin funtamental qanunlarından birini formalaşdırdı.
Mendeleyev tərəfindən kimyəvi elementlərin dövrü cədvəlinin yaradılması elmin inkişafına böyük töhfə verdi. Onun sayəsində kimyəvi elementlər haqqında müasir anlayış formalaşdı.


* * *


BVF quruldu


İMF


Beynəlxalq Valyuta Fondu (BVF) – 184 dövlət tərəfindən təsis olunmuş, Birləşmiş Millətlər Təşkilatının xüsusi agentliyidir.
BVF 22 iyul 1944-cü ildə Bretton-Vudsda BMT-nin valyuta-maliyyə məsələləri ilə bağlı konfransında hazırlanmış razılığın 28 dövlət tərəfindən imzalanmasından sonra 27 dekabr 1945-ci ildə yaradılıb.
Fond öz fəaliyyətini 1 mart 1947-ci ildə başlayıb. Elə həmin ildə Fransa ilk kreditini alır. Hazırda BVF 188 dövləti birləşdirir, onun strukturlarında isə 133 ölkədən 2500 insan çalışır.
BVF-nun qərargahı ABŞ-da Vaşinqton şəhərində yerləşir.
BVF-nun inkişaf etməkdə olan ölkələrə qarşı tövsiyə və siyasəti, bir neçə dəfə böhrana uğrayıb, hansı ki, bu tövsiyə və şərtlərin həll olunması son nəticədə stabilliyə, müstəqilliyə, ölkənin milli iqtisadiyyatının inkişafına yox, onu beynəlxalq maliyyə axınlarına bağlamağa yönəlir.


* * *


Təhlükəsizlik kəmərindən istifadə necə qanuniləşdirildi?


50_2


XIX əsrin əvvəllərində ingilis ixtiraçısı Corc Keyli təhlükəsizlik kəmərlərindən istifadə etməyi təklif edir. 1885-ci ildə ABŞ-da bu cihaz üçün ilk patent verilir.
1920-ci illərin əvvəllərində sürətli yarış iştirakçıları təhlükəsizlik kəmərlərindən istifadə etməyə başladılar. Lakin, o zamanlar mövcud olan təhlükəsizlik kəmərləri gündəlik istifadə üçün narahat olduqlarından onlar o avtomobillərdə geniş yayılmadı.
1950-ci illərin sonunda Volvo İsveç avtomobil şirkətinin təhlükəsizlik üzrə mühəndisi Nils Bolin üçnöqtəli təhlükəsizlik kəmərini hazırladı. Yeni kəməri Volvo 1959-cu ildə təqdim etdi.
1957-ci ildə İsveç təhlükəsizlik kəmərindən istifadəni qanuniləşdirən ilk dövlət oldu. 1961-ci ildə Amerikanın Viskonsin ştatı da isveçlərin ardınca getdi, 1 aprel 1970-ci ildən isə Fransa hakimiyyəti avtomobil istehsalçılarını yeni avtomobillərin qabaq oturacaqlarına təhlükəsizlik kəməri qoymağa məcbur etdilər.
Böyük Britaniya parlamenti 1 mart 1976-cı ildə yeni yol hərəkəti qaydalarını təsdiq etdi və bu qaydalara əsasən təhlükəsizlik kəmərindən istifadə mütləq sayılmağa başladı.


Pulsuz abunə: We & World Economics wem_rss
Bizi sosial şəbəkələrdə izləyin: wem_tw wem_ld wem_inst wem_fb