Tarixdə bu gün məşhur neftçi və iqtisadçı Nikolay Baybakov, azərbaycanlı hərbçilər Qacar Seyfulla Mirzə və İbrahim ağa Usubov, məşhur rus satiriki Mixail Jvaneskiyin doğum günləri kimi yadda qalıb.
Eləcə də 6 martda alman kimyaçısı Xoffman aspirini icad edib, ispan futbol klubu Real (Madrid)-ın əsası qoyulub və boks üzrə dünya çempionu Kassius Kley adını dəyişərək Məhəmməd Əli edib.


Nikolay Baybakov


baibakovnk


Əfsanəvi dövlət xadimi, keçmiş SSRİ-nin neft və qaz sənayesinin qurucularından, SSRİ Nazirlər Kabinetinin və SSRİ Dövlət Plan Komitəsi sədrlərinin müavini olub.
Nikolay Baybakov 6 mart 1911-ci ildə Bakının Sabunçu qəsəbəsində doğulub. 1932-ci ildə Azərbaycan Neft İnstitutunun "Neft yataqları üzrə dağ mühəndisi" ixtisasını bitirib. 1932-ci ilin yanvarından Bakının neft yataqlarında mühəndis kimi çalışıb. Burada o, su anbarında yüksək təzyiq altında sementi çəkməyin yeni üsulunu təklif edir və bu üsul sonradan "Baybakov üsulu" adını alır.
Nikolay Baybakov SSRİ neft və qaz sahələrinin inkişafına böyük töhfələr verivb. Onu neftin əldə olunması və emalında istifadə olunan müasir və effektiv üsulların yaranması sahəsində nəhəng mütəxəssis hesab edirlər. Onun iştirakı ilə Qərbi Sibir, Orta Asiya, Komi Respublikası, Orenburq vilayəti və digər regionlarda unikal yataqların yeni tədqiqat üsulları, eləcə də qazın uzaq məsafəyə nəql olunması əsaslandırılıb. Nikolay Baybakov 200-ə qədər elmi işlərin və nəşrlərin müəllifidir. O, 31 mart 2008-ci ildə 97 yaşında dünyasını dəyişib.


* * *


Qacar Seyfulla Mirzə


СейфуллаMK2


Rusiya və Azərbaycanın hərbi lideri, polkovnik Qacar Seyfulla Mirzə 6 mart 1864-cü ildə Tiflisdə anadan olub. İran şahzadəsi Bəhmən Mirzənin oğludur. Ümumi təhsilini valideynlərinin evində və Qafqaz təlim bölməsində alıb. 19 fevral 1917-ci ildə Qeorqiy silahına layiq görülüb.
15 noyabr 1918-ci ildə Azərbaycan Demokratik Respublikası ordusunun Baş Qərargahının intendant xidmətinin rəisi vəzifəsinə təyin edilib. 1920-ci ildə ADR Hərbi Nazirliyinin sifariş üçün heyət zabiti olub.


* * *


İbrahim ağa Usubov


180px-Усубов


Rusiya və Azərbaycanın hərbi sərkərdəsi, general-mayor İbrahim ağa Usubov 6 mart 1872-ci ildə Yuxarı Salahlı kəndində (Qazax rayonu) anadan olub. I Dünya müharibəsində göstərdiyi şücaətə görə İbrahim ağa Usubov müharibə bitdikdən sonra Xarkovda yerləşdirilmiş 122-ci Tambov süvari alayının tərkibində hərbi xidmətə başlayıb.
İbrahim ağa Usubov Nəriman Nərimanov, Əliheydər Qarayev, Mixail Frunze və digər məşhur dövlət xadimləri ilə yaxın münasibətlərdə olub. 1 avqust 1915-ci ildə döyüşlərdə göstərdiyi şücaətə görə polkovnik rütbəsinə layiq görülüb.
1918-ci ilin mayında İbrahim ağa Usubov Azərbaycan Milli Ordusuna xidmətə dəvət olunub. O, Əliağa Şıxlinski, Səməd bəy Mehmandarov, Əbdülhəmid bəy Qaytabaşi, Cavad bəy Şıxlinski və digər bu kimi məşhur hərbi xadimlərlə Demokratik Azərbaycanın Milli Ordusunu təsis edib.
Azərbaycanın bolşeviklər tərəfindən zəbtindən sonra sonuncular, 16 iyun 1920-ci ildə gecə vaxtı İbrahim ağa Usubovu və daha 12 azərbaycan generalını və zabitlərini Nargin adasına apararaq orada güllələyiblər.


* * *


Mixail Jvaneskiy


JVANESKIY


"Optimist inanır ki, biz dünyaların ən yaxşısında yaşayırıq. Pessimist qorxur ki, bu həqiqətən belədir…"
Rus yazıçı-satiriki və şəxsi ədəbi əsərlərinin ifaçısı Mixail Jvaneskiy 6 mart 1934-cü ildə Odessada anadan olub.
Mixail Jvaneskiy "Başa düşmürəm, insanlarla nə baş verir?", "Həyat dolu gün", "Ancaq xoş", "İdman və istedadlı", "Məndə hər şey yaxşıdır", "Sözlər, sözlər", "Qəribə oğlan", "Şəhərlər", "Qocaları necə müalicə edirlər", "Sözün gücü", "Texnika əsrində", "Müzakirə", "Sizin sağlığınız", "İçmək ziyandır" kimi məşhur miniatürlərin müəllifidir.
2002-ci ildən indiyə qədər Rusiya 1 kanalında orijinal format olan "Ölkə üzrə növbətçi" aylıq verilişinin daimi aparıcısıdır.


* * *


Kassius Kley adını Məhəmməd Əliyə dəyişdi


muxammedali2


Amerika boksçusu Kassius Kley İslam dinini qəbul edərək 6 mart 1964-cü ildə elan edir ki, bundan sonra onun adı Məhəmməd Əlidir. Bu ad altında o, tarixə bütün zamanların və xalqların ən möhtəşəm idmançısı kimi daxil olub.
Məhəmməd Əli islamı qəbul edən ilk amerikalı məşhur olub. O, Amerikada və bütün dünyada milyonlarla müsəlman üçün nümunə olmaqla bərabər, bir çox afroamerikalı müsəlmanları islamı qəbul etməyə ilhamlandırıb.
O, Məscid-əl-Fatir - Çikaqoda sıfırdan tikilən ilk məscidə ianə etməklə İslam institutlarının maliyyələşməsinə möhtəşəm töhfələr verib. Əli bir zamanlar demişdi ki, əsl müdrik insanlar, müdrik olmaq istəmirlər, amma Allaha yaxın olmaq xatirinə bir-birinə yardım etmək istəyirlər.


* * *


Kimyaçı Xoffman aspirini patentləşdirdi


aspoirin


10 avqust 1897-ci ildə alman kimyaçısı Feliks Xoffman ilk dəfə asetilsalisil turşusunun tibbdə mümkün istifadə formalarının nümunələrini hazırlayıb. Bununla da Xoffman revmatizmdən əziyyət çəkən atası üçün dərman axtararkən, asetilsalisil turşusunun müalicəvi xüsusiyyətlərini açmış olur. 6 mart 1899-cu ildə Xoffman aspirini patentləşdirir. Əvvəlcə aspirinin ancaq atəş salıcı effekti məlum idi, daha sonra onun ağrıkəsici və iltihabəleyhinə xüsusiyyətləri də müəyyənləşdirildi.
İlk illərdə aspirin toz şəklində satılırdı. 1904-cü ildən isə tablet formasında satılmağa başladı.


* * *


Real (Madrid) futbol klubu qurulub


RealMadrid


"Real" Madrid futbol klubu tək Avropada yox, bütün dünyada məşhur klublardan biri olub, Yer kürəsinin ən uzaq nöqtələrində belə azarkeşlərə sahibdirlər. O, İspaniyanın rekord sayda çempion titullarına və digər klubların heç birində olmayan üstünlüklərə malikdir. Məhz "Real" klubu bu gün ən çox titulu olan klub hesab olunur.
"Kral" klubun rəsmi ad günü 6 mart 1902-ci il hesab olunur. Məhz həmin gün Pedros və Xulian Palasion qardaşları, bu gün bütün dünyada məşhur olan futbol klubunu qurdular. Yaranmasından 18 il sonra İspaniya kralı Alfons 18 Madrid komandasına "Real" adını verdi ki, onlar bu günə qədər həmin adla çıxış edirlər.


Pulsuz abunə: We & World Economics wem_rss
Bizi sosial şəbəkələrdə izləyin: wem_tw wem_ld wem_inst wem_fb