BMT-nin təşəbbüsü ilə Dünya Birliyi hər il 20 martı Beynəlxalq Xoşbəxtlik Günü kimi qeyd edir. Həmçinin bu gün opera müğənni Hüseynqulu Sarabski, şair-dramaturq Cəfər Cabbarlı, geoloq və okeanoloq, bard və şair Aleksandr Qorodniskiy, heykəltaraş Kamal Ələkbərov və teatr rejissoru Ənvər Behbudov kimi görkəmli şəxsiyyətlər anadan olub.


Beynəlxalq Xoşbəxtlik Günü


happiness


"Başqalarına yardım etmək və yaxşı işlər görmək xoşbəxtlik gətirir. Digərlərinin xoşbəxtliyinə nail olaraq, biz özümüzünkünü tapırıq" - Platon.
Baş Assambleyanın 12 iyul 2012-ci il qətnaməsinə əsasən, 20 mart Beynəlxalq Xoşbəxtlik Günü elan olunub. Təsisçilərin fikrincə, bu bayram xoşbəxtliyin insanlığın əsas məqsədi olduğunu nümayiş etdirməyə yönəlib. Bununla əlaqədar olaraq təsisçilər bütün ölkələri hər bir insanın məişət vəziyyətinin yaxşılaşdırılmasına can atmağa çağırır.
Bu gün mahiyyəti həyatınızın ən xoşbəxt anlarını yada salmaq, müsbət əhvala köklənmək, pis fikirlərdən uzaq olmaq, gülümsəməkdir. Bu gündə öz əzizlərinizi və doğmalarınızı qucaqlayın və deyin axı biz məhz onların sayəsində xoşbəxtik.


* * *


Hüseynqulu Sarabski


Huseyngulu_Sarabski


20 mart 1879-cu ildə Bakıda Azərbaycan opera müğənnisi (tenor), bəstəkar, dramaturq, teatr aktyoru, quruluşçu rejissor, musiqiçi (tar) Hüseynqulu Sarabski (Rzayev) anadan olub.
Sarabskinin ilk səhnə təcrübəsi 1902-ci ildə Nəriman Nərimanovun "Şamdan bəy" pyesində Rəsul rolu olub. Bəstəkar Üzeyir Hacıbəyov onun "Hicazi-ərəbi" muğamını möhtəşəm ifasını qeyd edib, daha sonra 1908-ci ildə onu özünün "Leyli və Məcnun" operasının premyerasında baş rolu ifa etməyə dəvət edib. Sarabskinin uğurlu ifası sonrakı 30 ildə Məcnun rolunu 400 dəfəyə yaxın ifa etməsi ilə nəticələndi.
1923-1926-cı illərdə Şamaxıda teatr truppasının, Ağdamda dram teatrının əsasını qoyan Sarabski 1940-1942-ci illərdə Azərbaycan Dövlət Konservatoriyasında opera və muğamı tədris edib. Sara Qədimova və Şövkət Ələkbərova kimi tanınmış müğənnilər onun şagirdləri olublar.
Hüseynqulu Sarabski 1945-ci ildə xərçəng xəstəliyindən vəfat edir. Ölümündən öncə artıq yataqdaykən o, opera müğənnisi Həqiqət Rzayeva ilə (onlar 15 il eyni səhnədə çıxış ediblər) görüşməyi arzulayır və görüşərkən ondan "Leyli və Məcnun" ariyasını oxumağı xahiş edir. Onun ifasından sonra o, vəsiyyət edir ki, onu bu ariyanın sədaları altında dəfn etsinlər və onu məhz Rzayeva ifa etsin.


* * *


Cəfər Cabbarlı


250px-Jafar_Jabbarly_2


Azərbaycanlı dramaturq, şair və ssenarist Cəfər Cabbarlı 20 mart 1899-cu ildə Xızı şəhərində anadan olub. C.Cabbarlı Azərbaycanda müasir dramaturgiyanın banisi hesab olunur. 1915-ci ildən bəri lirik və satirik şerlər, hekayələr, dram əsərləri yazmağa başlayıb.
O, 20-dən artıq pyesin eləcə də şerlərin, oçerklərin, hekayələrin və məqalələrin müəllifidir. Onun ən böyük töhfəsi Uilyam Şekspirin "Hamlet" əsərinin tərcüməsi və onun 1925-26-cı elə azərbaycan dilində Azərbaycan Dövlət Dram Teatrında səhnələşdirilməsidir.
Cəfər Cabbarlı R.M. Qlieranın "Şahsənəm" libretto operasının və bir çox kino ssenarilərinin müəllifidir. O, Azərbaycanın kino ssenaristləri məktəbinin təsisçisi hesab olunur. Onun "Sevil" və "Almaz" pyesi əsasında filmlər çəkilib, bu filmlərin əsas mövzusu qadın hüquqları uğrunda mübarizə və ənənəvi gender bərabərliyidir.
Cəfər Cabbarlı U.Şeksprin, F.Şillerin, P.Bomarşenin, L.Tolstoyun, M.Qorkinin və bir çox digər rus və Avropa klassiklərinin əsərlərini azərbaycan dilinə tərcümə edib.


* * *


Aleksandr Qorodniskiy


Gorodnicki042025


Aleksandr Qorodniskiy məşhur geoloq və okeanoloq olmaqla yanaşı, həm də yazıçı və şairdir. Onu ən yaxşı müəllif mahnılarının əfsanəsi hesab edirlər.
20 mart 1933-cü ildə Leninqrad şəhərində anadan olan Aleksandr Qorodniskinin mahnıları ilə neçə-neçə nəsillər böyüyüb. Bir çox mahnılar hələ də adsız və xalq mahnısı hesab olunur. Onlara "Qar", "Rulonlarda", "Fransız səfirinin qadını", "Kanada üzərində", "Təmiz gölməçələr", "Qütb pilotlarının mahnısı" və s mahnıları misal gətirmək olar.
Aleksandrın şer və mahnıları ingilis, bolqar, ivrit, ispan, alman, polşa, fransız, çexiya və digər dünya dillərinə tərcümə olunub.
Onu Azərbaycanda da tanıyır və sevirlər. Aleksandr Qorodniskiy bir neçə dəfə Bakıya səfər edib, "Bakı haqqında mahnı" adlı məşhur mahnı yazıb.


* * *


Kamal Ələkbərov


Камал_Алекперов


Azərbaycan heykəltəraşı Kamal Ələkbərov 20 mart 1928-ci ildə Karyaqino (indiki Füzuli) şəhərində anadan olub.
"Neftçi", XII əsrin memarı Əcəmi Naxçıvaninin portreti, "Qız", "Partizan M.Seyidov", "Qadın" heykəltəraşlıq portretləri, eləcə də "Yüksəklik fatehləri" və "Balıqçı mahnısı" kompozisiyaları onun məşhur əl işlərindən nümunələrdir.
Ələkbərov Füzuli şəhərində Sosialist əməyi qəhrəmanı Bəsti Bağırova, Mərəzə şəhərində Şamama Həsənova və XX əsrin əvvəllərinin pedaqoqu Aleksey Çernyayevski, Cəfər Cabbarlı və xalq yazıçısı İlyas Əfəndiyev, xalq artistləri Mirzəağa Əliyev, İsmayıl Dağıstanlı, Arif Məlikov, xalq rəssamı Lətif Kərimovun heykəl-portretlərini hazırlayıb.
"Azərbaycanfilm" kino studiyasının binasının qarşısında quraşdırılmış Azərbaycan şairi və dramaturqu Cəfər Cabbarlının heykəli Kamal Ələkbərova aiddir, heykəlin sütununda onun əsərlərinin qəhrəmanlarının obrazlarının barelyefləri həkk olunub.


* * *


Ənvər Behbudov
Azərbaycan teatr rejissoru, estrada və opera müğənnisi, xalq artisti Rəşid Behbudovun böyük qardaşıdır.
20 mart 1912-ci ildə Şuşa şəhərində anadan olub. Ənvər Behbudov aktyorluqdan başlayaraq ömrünün yarım əsrdən çox zamanını teatra verib. Rejissor qismində "Qırmızı məşəl" Novosibirsk teatrında çalışıb, V.İ. Kaçalov adına Kazan rus dram teatrına və Rostovda M.Qorkov adına Dram teatrına rəhbərlik edib.
1965-ci ildə Ənvər Behbudov RSFSR Xalq artisti adına layiq görülərək, bu adı qazanan ilk azərbaycanlı olub.
1966-cı ildən Ənvər Behbudov Azərbaycan Opera və Balet teatrının baş rejissoru olub. Bu teatrın səhnəsində 1968-ci ildə Behbudov tərəfindən məşhurAzərbaycan bəstəkarı Üzeyir Hacıbəyovun "Koroğlu" operası səhnəyə qoyulub.
1969-cu ildən Ənvər Behbudov Azərbaycan Rus Dram Teatrının baş rejissoru, 1975-1994-cü illərdə Moskva incəsənət institutunda dərs deyib.



Pulsuz abunə: We & World Economics wem_rss
Bizi sosial şəbəkələrdə izləyin: wem_tw wem_ld wem_inst wem_fb