19 mart 1994-cü ildə 20 Yanvar metrostansiyasında terror hadisəsi baş veriib. Hadisə nəticəsində 14 nəfər həlak olub. Eləcə də bu gün tanınmış rus müğənnisi Valeriy Leontyev, xalq mahnılarının ifaçısı Nadejda Babkina, məşhur Hollivud aktyoru Bryus Uillis, fransiz fiziki Frederik Jolio-Kyuri anadan olublar.


Bakı metrosunda terror hadisəsi


terakt


20 Yanvar metrostansiyasında 19 mart 1994-cü ildə saat 13:00-da partlayış baş verib. Saat mexanizminə uyğun quraşdırılmış əldədüzəlmə bomba qatar stansiyaya çatanda baş vaqonda partlayıb.
Terror aktı nəticəsində 14 nəfər həlak olub, 49 nəfər isə yaralanıb. Dünyasını dəyişənlər arasında məşhur azərbaycan bəstəkarı və caz musiqiçisi, xalq artisti Rafiq Babayev də olub. İstintaqın təyin etdiyinə görə, terroru həyata keçirən Oqtay Qurbanov özü də terror vaxtı həlak olub. Partlayışdan metro stansiyasının tavanının bir hissəsi çökmüşdü.
Cinayəti törətməkdə şübhəli bilinən "Sadval" Ləzgi Milli hərəkatının nümayəndələri həbs olunublar. İstintaqa görə, terror hadisəsinin təşkilatçıları və onu həyata keçirənlər Ermənistan xüsusi xidməti ilə əlaqədə olaraq bu ölkənin ərazisində hazırlıq keçiblər. Terror hadisəsi faktına əsasən, 11 nəfər məsuliyyətə cəlb olunub, onlardan ikisi ən yüksək cəzaya, 9-u isə müxtəlif müddətə həbs olunublar.


* * *


Valeriy Leontyev


valeriy-leontiev-e1447184377507


Rus estrada müğənnisi Valeriy Leontyev 19 mart 1949-cu ildə ASSRİ-nin (hazırda Komi Respublikası) Ust-Usa Komi kəndində veterinar-maralçı ailəsində anadan olub. Gənc yaşlarında kərpic zavodunda fəhlə, poçtalyon, elektrik, dərzi, modelyer işləyən Leontyev professional səhnə fəaliyyətinə Sıktıvkar filarmoniyasında başlayıb. O, "Arzulayanlar" və "Exo" ansambllarında solist kimi fəaliyyət göstərib.
Yaradıcılıq illərində Valeriy Leontyev 30-a yaxın müəllif plastinləri və kompakt disklər buraxıb. Müğənninin repertuarında – Raymond Paulsun, Aleksandra Paxmutovanın, David Tuxmatovun, Vladimir Şainskinin mahnıları yer alıb.
Leontyev bir neçə bədii filmdə də çəkilib. O, "Yad bayramda", "Qızlar, ərə getməyin", "Necə ulduz olmaq olar?", "İstəyərəm sevərəm", "Karnaval gecəsi-2", "Zoluşka" filmlərində ikinci plan rolu, Gennadiy Qlaqolevin "Ekstrasens" filmində isə baş rolu ifa edib.
1998-ci ildə "Ulduzlar Meydanı"nda Valeriy Leontyev adıyla bağlı plitə qoyulub.


* * *


Nadejda Babkina


nadezhda_babkina


Rus xalq və estrada müğənnisi, xalq mahnılarının tətqiqatçısı, pedaqoq Nadejda Babkina "Rus mahnısı" ansamblının və "Rus mahnısı" teatrının qurucusu və bədii rəhbəridir.
Nadejda Babkina 19 marta 1950-ci ildə Astraxan vilayətinin Çernıy Yar qəsəbəsində anadan olub.
1991-ci ildə Vitebskdə (Belarusiya) keçirilən "Slavyan bazarı" Beynəlxalq Musiqi Festivalında solist müğənni qismində uğurlu debüt edib. O vaxtdan başlayaraq solo proqramlarla çıxış edir. Müğənninin repertuarında rus romanslarından, xalq mahnılarından və onların işləmələrindən başqa, müasir müəlliflərin əsərləri də ("Kazaçka Nadya","Ağappaq", "Rəngli bulvar" və s.) var.
Babkina xalq musiqi janrının populyarlıq qazanması üçün də az iş görməyib. 1994-cü ildən başlayaraq o, öz ifasında rus kompozisiyaların yazısı olan plastinlər buraxmağa başlayıb. Onlara həm məşhur mahnılar, həm də rus xalq yaradıcılığının dərinliyində olan və hər kəsə məlum olmayan mahnılar daxildir.
2010-cu ildə Nadejda Babkina "Dəbli qiymət" populyar proqramının aparıcısı olub.


* * *


Bryus Uillis


bryusuillis


Amerikalı kinoaktyor, prodüser və alman əsilli musiqiçi Uolter Bryus Uillis 19 mart 1955-ci ildə İdar-Oberştaynda (Qərbi Almaniya) anadan olub.
Uillis Hollivudun ən yüksək ödənişli aktyorlarından biridir. "Krepkiy oreşek" silsilə filmində oynadığı polis Con Makleyn rolu, eləcə də "Ölüm ona yaraşır", "Kriminal oxu", "12 meymun", "Beşinci element", "Armagedon", "Altıncı hiss", "Qeyri-həssas", "Günahlar şəhəri", "Slevinin uğurlu rəqəmi", "Red" filmlərindəki rolları ona böyük şöhrəti gətirib.
Aktyor həm də blyüz standartları ifa edən TheAccelerators qrupunun iştirakçısı kimi də məşhurdur, eyni zamanda solo kimi də çıxış edir. O, 80-ci illərdə klassik kantri üslubunda ifa olunmuş iki albom buraxıb. 2010-cu ildən Uillisin şəxsi kəlmələri üslubunda hazırlanmış müxtəlif şüarlar "Trast" bankının reklam kampaniyasının sloqanıdır.
Bryus Uillis Arnold Rifkin ilə birlikdə 30-a yaxın film istehsal etmiş Cheyenne Enterprises kino şirkətinin təsis edib. Almaniyanın LR şirkətinin simasıdır.


* * *


Frederik Jolio-Kyüri


joliot-curie_frederic1


"İnsanların tapdıqları və fəth etdikləri təbiət qüvvələrini, onların özlərinin məhvinə yönəltmək yolverilməzdir".


Bu fikrin sahibi fransız fiziki, ictimai xadim, Nobel laureatı Frederik Jolio-Kyüri 19 mart 1900-cü ildə Parisdə anadan olub.
Öz elmi fəaliyyəti ərzində Frederik 120-ə yaxın iş çap etdirib, onların yarısından çoxu həyat yoldaşı İren ilə birlikdə işlənilib. Ər-arvadın zəhməti nüvə fizikasına, kimyaya və nüvə texnikasına həsr olunub. Süni radioartivlik hadisələrinin kəşfi üçün və ya rəsmi olaraq, "radioaktiv elementlərin yerinə yetirilmiş sintezi" üçün Jolio-Kyüri ailəsinə kimya üzrə Nobel mükafatı (1935) verilib.
İlk dəfə süni olaraq bir elementi digərinə çevirməyə imkan verən bu açılış nəinki bir çox elmi və tədqiqat işlərinin təməli olub, həm də gələcəkdə digər bir alim tərəfindən qiymətsiz dərman preparatlarını ixtira etməyə imkan verib.
Ümumiyyətlə, Frederikin fəaliyyətinin tapıntı və nəticələri digər alimlərin bir çox dünya kəşfləri üçün əsas olub.



Pulsuz abunə: We & World Economics wem_rss
Bizi sosial şəbəkələrdə izləyin: wem_tw wem_ld wem_inst wem_fb