Bu gün - 24 mart tarixində alim Robert Kox vərəm xəstəliyini törədən bakteriyanı (vərəm çöpünü) aşkarladığını elan edib, ilk amerikan maşını 1000$-a satılıb, görkəmli Azərbaycan şairi Məmməd Səid Ordubadi, Azərbaycan Milli Məclisinin deputatı Qənirə Paşayeva və məşhur estrada müğənnisi Klavdiya Şuljenko anadan olublar.


Məmməd Səid Ordubadi


ordubadi


Azərbaycan yazıçısı, əməkdar incəsənət xadimi Məmməd Səid Ordubadi 24 mart 1872-ci ildə Ordubadda anadan olub. Ordubadi Azərbaycan ədəbiyyatında tarixi roman janrının əsasını qoyanlardan hesab olunur.
Yazıçının tarixə göstərdiyi böyük maraq onun "Sirli Bakı", "Dumanlı Təbriz", "Döyüşən şəhər" romanlarında öz əksini tapıb.
Ordubadi ilk yazdğı əsərlərində antierməni və panislam mövqelərindən çıxış edib ("Qanlı Sanalar", "Andaluziyanın son günləri"). Onun "Laqeydlik", "Vətən və azadlıq" kimi ilk şeir toplularında onu poeziyasının azadlığa çağırış, cəhaləti və fanatizmi tənqid kimi xüsusiyyətləri əks olunub. "İki oğlanın Avropaya səyahəti", "Bədbəxt milyonçu" romanlarında maarifləndirici fikirlər söylənilib, İran feodallarının despot rejimi tənqid olunub. Hadisələrinin orta əsrlərdə Azərbaycanda cərəyan etdiyi "Qılınc və qələm" romanı Nizamiyə
həsr olunub. O, bir sıra dram əsərləri, libretto opera və operettalar yazıb, A.S.Puşkinin, M.Y.Lermontovun və digərlərinin əsərlərini Azərbaycan dilinə tərcümə edib.


* * *


Qənirə Paşayeva


ganira-pashaeva


Azərbaycan Respublikası Milli Məclisinin deputatı, görkəmli ictimai və siyasi xadim, jurnalist, şairə Qənirə Paşayeva 24 mart 1975-ci ildə Azərbaycan SSRİ Tovuz rayonunun Düz Qırıqlı kəndində anadan olub.
Tibbi və hüquqi olmaqla, iki ali təhsili var. Rus və ingilis dillərini bilir.
Qənirə Paşayeva Milli Məclisin bir neçə çağırışının deputatıdır. 2006-cı ildən etibarən AŞPA-nın Azərbaycan nümayəndə heyətinin aktiv üzvüdür. Avropa Şurasının "Avropa Demokratları Qrupu"na daxildir. Qənirə Paşayeva "Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu" İctimai
Birliyinin sədridir. 2010-cu ildə Bakıda "Xəzər" Universitetində Qənirə Paşayevanın Mustafa Kamal Atatürk haqqında "Dünyanın itirdiyi böyük insan" adlı kitabının təqdimatı keçirilib. 2011-ci ildə "Park
Bulvar" Bakı mərkəzində Qənirə Paşayevanın "Onun sevgi məktubları" adlı kitabının təqdimatı və satışı keçirilib, 2011-ci ilin dekabrında bu kitab satış üzrə lider olub.
Qənirə Paşayeva aktiv ictimai və siyasi fəaliyyətini davam etdirir. 2011-ci ildə Azərbaycan-Gürcüstan dostluğunun möhkəmlənməsinə bəxş etdiyi töhfələrə görə Gürcüstanın Şərəf ordeni ilə təltif olunub. Qənirə Paşayeva Azərbaycan və Türkiyənin bir çox müəssisələrinin təsis etdiyi
mükafatların laureatıdır.


* * *


Klavdiya Şuljenko


klavdiya


Sovet estrada müğənnisi, aktrisa Klavdiya Şuljenko 24 mart 1906-cı ildə Xarkovda anadan olub. O, 1920-ci illərin sonlarında xalq mahnıları ifa etməyə başlayıb. 1923-cü ildə "Ölüm" tamaşasında "Səmadakı ulduzlar" romansını ifa etməklə müğənni kimi debüt edib. 1928-ci ildə
Leninqrad şəhərində Mariinski teatrının səhnəsində Çap gününə həsr olunmuş konsertdə Klavdiyanın müğənni kimi ilk çıxışı, 1929-cu ilin yanvarında isə Moskva musiqi zalında konserti olub.
"Mavi dəsmal", "Gəl, siqaret çəkək", "Dostlar, əsgərlər" və digər mahnılar onun ifasında populyarlıq qazanıb.
1950-ci illərdə müğənni Sovet estradasının artıq qəbul edilmiş kumiri hesab olunurdu. Onun "Qolubka" plastini bütün ölkə üzrə iki milyonluq rekord sayda satılmışdı. O zamandan bəri, o, müxtəlif formatlı 25 plastin buraxdırıb.
1980-ci ildə Şuljenko "Portret" adlı sonuncu plastinini yazdırır.


* * *


Robert Kox


kox


24 mart 1882-ci ildə alman alimi Robert Kox Berlində vərəm xəstəliyini törədən bakteriyanı (vərəm çöpünü) aşkar etdiyini bəyan edib. Bir ildən sonra o, xolera xəstəliyini də törədən bakteriyanı tapır. 1905-ci ildə isə ona fiziologiya və tibb üzrə "Vərəm sahəsində islahatlar və
tapıntılar"a görə Nobel mükafatı verilir.
Vərəmə səbəb olan bakteriyanın kəşfi sayəsində Kox ömrü boyu ən yüksək nailiyyət əldə etmiş olur. Çünki o zamanlar ölümə səbəb olan əsas xəstəliklərdən biri vərəm idi.
Sonra Robert Kox öz məqalələrində "Bu və ya digər mikroorqanizmin müəyyən xəstəliklər doğurduğunun sübütlarını əldə etməyin" prinsiplərini işləyib hazırlayır.


* * *


ABŞ-da 1000$-a ilk avtomobil satılıb


3_3635_pic_24мартаАВТОуинтон


24 mart 1898-ci ildə Amerikada ilk avtomobilin satılmas ilə yadda qalıb. Winton Motor Carriage Company şirkətinin istehsal etdiyi "Winton" modelini 1000$-a dağ mühəndisi Robert Ellison əldə edib.
Ellison "Scientific American" jurnalında dəri üzlüklü və qaz işıqları ilə təchiz olunmuş "atsız" nəqliyyat vasitəsinin reklamını görür. Həmin vaxt alış prosesində ancaq 4 belə avtomobil olur.
Maraqlısı odur ki, Ellison vəfat etdikdən sonra Winton Motor Carriage Company şirkəti həmin maşını öz muzeyinə qoymaq üçün geri alır.



Pulsuz abunə: We & World Economics wem_rss
Bizi sosial şəbəkələrdə izləyin: wem_tw wem_ld wem_inst wem_fb