Hər il Azərbaycanda 28 mart tarixi Milli təhlükəsizlik orqanları işçilərinin peşə bayramı günü kimi qeyd olunur. Bu gün anadan olanlar: məşhur teatr və kino aktyoru İnnokentiy Smoktunovskiy, rus yazıçısı Maksim Qorki, renesans dövrünün görkəmli rəssamı Rafael, tanınmış yazıçı və tərcüməçi Şərif Əziz.


Azərbaycan milli təhlükəsizlik orqanları işçilərinin peşə bayramı günü


MNB


Bu gün Azərbaycanda milli təhlükəsizlik orqanları işçilərinin peşə bayramı günü kimi qeyd olunur. Bu bayram 23 mart 1997-ci ildə Prezident Heydər Əliyevin sərəncamı ilə təsis olunub. Bu günün bayram kimi qeyd olunması təsadüfi seçilməyib və tarixi hadisə ilə bağlıdır. Məhz bu gün, 28 mart 1919-cu ildə Azərbaycan Demokratik Respublikasının ilk xüsusi xidmət orqanının – kəşfiyyat və əks kəşfiyyat şöbəsi yaradılıb.
Öz peşə bayramlarında Azərbaycan milli təhlükəsizlik orqanları işçiləri dövlət başçısından və bu sahədə çalışan yüksək rütbəli şəxslərindən təbriklər alır, aralarında seçilənlər isə dövlət mükafatları və sertifikatlarla təltif olunurlar.
Ümumilli lider Heydər Əliyev özü də təhlükəsizlik orqanlarında 25 il xidmət edib və bu strukturda çalışan ilk azərbaycanlı general olub.


* * *


İnnokentiy Smoktunovskiy


innokentiy


Teatr və kino aktyoru İnnokentiy Smoktunovskiy (əsl soyadı Smoktunoviç) 28 mart 1925-ci ildə Tomsk vilayətinin Tatyanovka kəndində anadan olub.
Smoktunovskinin kinoda əvəzolunmaz işlərindən birini Qriqoriy Kozinsevin eyni adlı filmində Hamlet obrazı hesab etmək olar. Xaricdə bu əsər xüsusi şöhrət qazanıb, dörd il ərzində film 20-dən çox müxtəlif mükafat alıb.
Bununla bərabər Smoktunovskinin Hamletlə bərabər, kinoda vizit kartı, həm də Eldar Ryazanovun "Avtomobildən qorun" lirik komediyasında Yuriy Detoçkin roludur.
İnnokentiy Smoktunovskinin hər zaman tanınan səsi, həmçinin bir çox sənədli film və oyun filmlərində kadr arxasında səslənir. O, "Rampın işıqları" və "Nyu-Yorkda kral" filmlərində Çaplini təqlid edib, aktyor və oxucu kimi radio və televiziyada çox çalışıb. Onun teatr repertuarına "Bizim həyəcanın qışı", "Albalı bağı", "Sezar və Kleopatra" və digər televiziya tamaşalarında oynadığı rollar da əlavə olunub.


* * *


Maksim Qorki


Maxim Gorkiy02


Məşhur rus yazıçı və dramaturqu, inqilabi mövzularda əsərlərin müəllifi, sosial realizmin banisi, ədəbiyyat sahəsində Nobel mükafatı laureatı.
Maksim Qorki (əsl adı Aleksey Peşkov) 28 mart 1868-ci ildə Nijniy Novqorodda anadan olub. Qorkinin ilk çap olunmuş hekayəsi "Makar Çudra" 1892-ci ildə işıq üzü görüb. Sonra, 1898-ci ildə iki cilddə çap olunmuş "Oçerklər və hekayələr" əsəri yazıçıya məşhurluq gətirib.
Qorkinin tanınmış əsərləri sırasında: "Qoca İzargil" hekayəsi, "Filiştlilər" və "Dibində" pyesləri, "Uşaqlıq" və "İnsanlarda" povestləri, yazıçının bitirə bilmədiyi "Klim Samqinin həyatı" romanı, həmçinin bir çox silsilə hekayələri misal göstərmək olar.
Qorki uşaqlar üçün də nağıllar yazıb. Onlardan "İvanuşka-duraçok haqqında nağıl", "Sərçəcik", "Samovar", "İtaliya haqqında nağıllar" və sairlərini misal göstərmək olar. Maksim Qorki özünün ağır uşaqlıq illərini xatırlayaraq, uşaqlara xüsusi diqqət yetirir, kasıb ailənin uşaqları üçün bayramlar təşkil edir, uşaq jurnalı dərc edirdi.


* * *


Rafael


rafael+


İntibah dövrünün görkəmli rəssamlarından biri Rafael Santi 28 mart 1483-cü ildə İtaliyanın Urbino şəhərində anadan olub. Onun ilk imzalanmış və tarix qoyulmuş rəsmi 21 yaşı olanda çəkilib, bu, Müqəddəs Məryəmin nişanı əsəri idi.
Qısa ömründə (37 yaş) o, böyük qurbangahların rəsmini, görkəmli papaların portretlərini çəkib, köhnə və yeni zavetləri təsvir edib, Afina məktəbi də daxil olmaqla, Vatikan palatasında silsilə divar şəkilləri şəkib.
Rafaelin rəsmləri daha çox onun madonnaları sayəsində məşhurlaşıb. O, Müqəddəs Ananın təsvir olunduğu çoxlu şəkillər çəkib. "Sikstin Madonnası", "Konastabil Madonnası", "Kiçik Madonna" əsərləri Rafaelin ən məşhur rəsmlərindən hesab olunur.
Onun sonuncu, ölümündən əvvəl çəkdiyi "Allaha itaət" əsəridir (Vatikan muzeyində). Görkəmli rəssam bu rəsmin ancaq yuxarı hissəsini çəkməyi çatdıra bilib, qalan hissələrini tələbələri onun ölümündən sonra tamamlayıblar.


* * *


Şərif Əziz


Азиз_Шариф


Görkəmli azərbaycan sovet ədəbiyyatşünası, tərcüməçi Şərif Əziz 28 mart 1895-ci ildə Naxçıvanda anadan olub. O, milli ədəbiyyatda memuar janrının formalaşması və inkişafında əvəzolunmaz rol oynayıb.
Şərif Əziz 70-80-ci illərdə Azərbaycan dilində bir sıra kitablar buraxdırıb, onlardan "Keçmiş günlərdən. Atam və mən" kitabı müəllifin sənədli xatirələrinə əsaslanır.
Sovet illərində intensiv olaraq Azərbaycan ədəbiyyatını rus dilinə (M.F.Axundov, N.Vəzirov, C.Məmmədqulluzadə, C.Cabbarlı və digərlərinin əsərlərini), rus ədəbiyyatının bəzi nümunələrini isə Azərbaycan dilinə (N.B.Qoqolun "Evlilik", A.N.Ostrovskinin "Balzaminovun evliliyi", M.Qorkinin "Ana" və "Düşmənlər", A.A.Fadeyevin "Raqrom") tərcümə edib.



Pulsuz abunə: We & World Economics wem_rss
Bizi sosial şəbəkələrdə izləyin: wem_tw wem_ld wem_inst wem_fb