Bu gün dünyada Beynəlxalq Kitab və Müəllif Hüquqları Günü kimi qeyd olunur. Eləcə də 22 apreldə tanınmış İran əsilli İsveç musiqiçisi Araş, rus aktyoru Lev Prıqunov və alman fiziki Maks Plank anadan olublar.

Beynəlxalq Kitab və Müəllif Hüquqları Günü

book

23 aprel hər il Beynəlxalq Kitab və Müəllif Hüquqları Günü kimi qeyd olunur (World Book and Copyright Day).
YUNESKO-nun Baş Konfransı 28-ci sessiyasında (25 oktyabr – 16 noyabr 1995-ci il) yekdilliklə Qətnaməni qəbul edərək, 23 aprel tarixinin Beynəlxalq Kitab və Müəllif Hüquqları Günü olduğunu elan edib. İlk dəfə Beynəlxalq Kitab və Müəllif Hüquqları Günü 1996-cı ildə qeyd olunub.
Bu gün üçün 23 aprel tarixi təsadüfən seçilməyib – həmin gündə Vladimir Nabokov, Moris Dryuon, Xaldour Laksness və Manuel Mexia Valyexo kimi tanınmış yazıçılar anadan olub. Bu gün 1616-cı ildə dünya ədəbiyyatının dahiləri olan Migel de Servantes, Uilyam Şekspir və İnka Qarsilaso de la Veqa dünyalarını dəyişiblər.

* * *

Araş

arash

İran əsilli İsveç müğənnisi, rəqqas, bəstəkar və prodüser Araş Labaf 23 aprel 1977-ci ildə Tehranda anadan olub. Araşın ilk solo musiqi albomu "Boro Boro" 2004-cü ilin payızında işıq üzü görüb. Bu albom İsveç musiqi çartlarında və bir çox digər milli çartlarda birinci yerə qalxır.
2005-ci ilin martında Araş özünün ilk "Arash" plastinini buraxır. Araş ingilis, fars, isveç və rus dillərində də mükəmməl ifa edir. 2006-cı ildə onun əsasən remikslərdən ibarət olan "Crossfade" albomu işıq üzü görür.
2008-ci ilin noyabr ayında Araş Azərbaycana "Avroviziya – 2009" yarışmasının milli seçmə turuna özünün ingilis dilli "Always" kompozisiyasını göndərir ki, bu da ən yaxşı mahnı olaraq müsabiqə üçün seçilir. Mahnının ifası üçün AySel & Arash dueti yaradılır, onun tərkibinə gənc müğənni Aysel Teymurzadə və Araş daxil idi. Onlar müsabiqədə Norveç və İslandiyadan sonra üçüncü yerə layiq görülürlər.

* * *

priqunovLev Prıqunov



Sovet dövrünün məşhur rus teatr və kino aktyoru, rəssam Lev Prıqunov 23 aprel 1939-cu ildə Alma-Atada, Qazaxstan SSRİ-də anadan olub. O, "Bonivurun ürəyi" və "Rəsm" filmlərindəki rollarını özünün ən yaxşı rolları hesab edir.
1990-cu ildə aktiv olaraq xarici filmlərdə, daha çox "rus zalımlarını" nümayiş etdirən Amerika filmlərində çəkilməyə başlayır. İndi Lev Prıqunov daha çox hərbçi və ya dövlət məmurları rollarını ifa edir.
Professional olaraq 1972-ci ildən rəsm çəkir. 1983-cü ildən başlayaraq Moskva, Sankt-Peterburq, Londonda şəxsi sərgiləri keçirilib.

* * *

Sergey Prokofyev

prokofiev

Rus bəstəkarı, pianoçu, dirijor, ədəbiyyatçı Sergey Prokofyev 23 aprel 1891-ci ildə Sontsovka əyalətində (hazırda Donetsk vilayəti) anadan olub.
Prokofyev XX əsrin məşhur və zəngin repertuarı ilə seçilən bəstəkarları siyahısına daxildir. Bəstəkarın 130-dan çox əsərlərinin əksəriyyəti dünya musiqi mədəniyyyətinin xəzinəsinə daxildir: simfoniyaları, instrumental konsertləri, "Üç portağala sevgi", "Odlu mələk" operaları, "Petya və canavar" simfonik nağılı, "Romeo və Cülyetta" və "Daş gül haqqında nağıl" baletləri, eyniadlı filmin musiqisi əsasında "Aleksandr Nevskiy" kantatası, "Leytenant Kije", "İvan Qrozniy" kinofilmlərinə musiqilər.

* * *

267px-Max_Planck_(1858-1947)Maks Plank

Alman fizik-teoretiki, Kvant nəzəriyyəsinin banisi Maks Karl Ernst Lyudviq Plank 23 aprel 1858-ci ildə Kiledə (Almaniya) anadan olub.
Plankın elmi işləri termodinamikaya, istilik radiasiyası nəzəriyyəsinə, Kvant nəzəriyyəsinə, xüsusi nisbilik nəzəriyyəsinə, optikaya həsr olunub. Plankın ehtimal nəzəriyyəsi üzrə islahatları da böyük əhəmiyyət kəsb edir. Onun bir sıra işləri elmin tarixi, metodoloji və fəlsəfi aspektlərinə həsr olunub.



Pulsuz abunə: We & World Economics wem_rss
Bizi sosial şəbəkələrdə izləyin: wem_tw wem_ld wem_inst wem_fb