Tarixin bu günü - 30 apreldə "Riyaziyyatın kralı" adlandırılan alman alimi Karl Qauss və Çexiya yazıçısı, satirik Yaroslav Haşek anadan olublar.

Yaroslav Haşek

220px-Hasek_jaroslav1920

Çexiya satirik-yazıçısı, anarxist, dramaturq, felyetonçu, jurnalist, Qızıl Ordunun müvəkkili Yaroslav Haşek 30 aprel 1883-cü ildə Praqada anadan olub.
Təxminən 1500 müxtəlif hekayələrin, felyetonların və digər əsərlərin müəllifidir, onların arasında "Cəsur əsgər Şveykin macəraları" adlı bitməmiş romanı dünya şöhrəti qazanıb. Yaroslav Haşekin satiralarının mövzusu Avstriya bürokratiyası, katolik kilsəsi, seçkiqabağı fırıldaqlar, edam məktəbinin tənqidi, yalançı xeyriyyə, şərhsiz hərbi səylər idi.
Hələ sağ ikən Haşek çoxunu özü yazdığı lətifələr sırasının qəhrəmanına çevrilib. 1959-cu ildə Lipnits şəhərində Haşek muzeyi açılıb.

* * *

Karl Qauss

[caption id="attachment_4568" align="alignnone" width="183"]http://to-name.ru/ http://to-name.ru/[/caption]

Riyaziyyatçı, mexanik, geodezist və fizik Karl Fridrix Qauss 30 aprel 1777-ci ildə Braunşveyqdə, indiki Almaniyada anadan olub.
O, bütün zaman və xalqların ən görkəmli riyaziyyatçısı, "Riyaziyyatın kralı" hesab olunub. Hələ 3 yaşı olanda, özünün çox ağılllı olduğunu göstərən saymağı, yazmağı, oxumağı bacaran Qauss hətta atasına işində kömək edib. Kasıb su borusu ustasının oğlu sonralar nəinki kollecdə təhsil alır, hətta 19 yaşı olanda o zamanın ən yaxşı Avropa riyaziyyatçısı hesab olunurdu.
Qaussun hesab nəzəriyyəsi (kvadrat qalıqları), differensial həndəsə (səthi daxili həndəsə), riyazi fizika (Qauss prinsipi), elektrik, maqnit və geodeziya nəzəriyyəsi və astronomiyanın bir çox bölmələri cəbrin inkişafina (cəbrin əsas nəzəriyyəsinin sübutu) böyük töhfə verib.

Pulsuz abunə: We & World Economics wem_rss
Bizi sosial şəbəkələrdə izləyin: wem_tw wem_ld wem_inst wem_fb