Bu gün 1 iyul tarixində monumentalist-heykəltəraş Vera Muxina, "EstéeLauder" korporasiyasının əsasını qoyan Este Lauder və populyar Amerika aktrisası və fotomodel Pamela Anderson anadan olub.

Vera Muxina

vera_muhina_skulptor

Əfsanəvi qadın heykəltaraş, sovet monumental incəsənətində parlaq iz qoymuş Vera Muxina 1 iyul 1889-cu il Riqada anadan olub. 1937-ci ildə Parisdə keçirilən Beynəlxalq sərgidə nümayiş olunan "İşçi və kolxozçu" adlı möhtəşəm monument Muxinaya dünyaca məşhurluq gətirərək onun "vizit kartına" çevrilir. 1939-cu ildə o, ENEA-nın şimal girişinin yaxınlığında quraşdırılır, 1947-ci ildə isə "Mosfilm" kinostudiyasının embleminə çevrilir.
Muxinanın 1943-cü ildə Belarus vağzalı yaxınlığında quraşdırılan Maksim Qorkiy abidəsi və Moskva konservatoriyası binasının yaxınlığındakı Pyotr Çaykovskinin abidəsi moskvalılara çox tanışdır.
1930-cu illərin sonunda Vera Muxina Moskva çayı körpüsü üçün heykəllər ("İnternasional himni", "İnqilab alovları", "Dəniz", "Torpaq", "Məhsuldarlıq", "Çörək") üzərində işləyirdi ki, onların çoxu ustanın ölümündən sonra sona çatdırıldı.
1950-1952-ci illərdə onun "Elm" heykəli yaradılıb və MDU binasının qarşısında quraşdırılıb.

* * *

Este Lauder

estee_lauder

Amerikalı iş qadını, "EstéeLauder" korporasiyasının təsisçisi və idarə heyətinin ilk sədri Jozefina Ester Mentser (Este Lauder) 1 iyul 1908-ci ildə Nyu-Yorkda anadan olub. O, kosmetika sənayesində ən parlaq ulduzlarından sayılıb. Belə ki, Este Lauder özünü tanıtmaqla yanaşı, şirkətini yaradır, bununla da yüksək cəmiyyət üçün məhsul bazarında etalon olur. Öz gələcək əri Jozef Lauder ilə Este Viskonsi ştatında istirahət zamanı rastlaşır. 3 fevral 1946-cı ildə onlar Nyu-Yorkda özlərinin ilk mağazalarını açırlar. Keçmiş restoran binasını kiçik fabrikə çevirərək, gecələr Este həyat yoldaşı ilə kremlər istehsal edir, gündüzlər isə satırdılar.
1948-ci ildə EstéeLauder markası Saks Fifth Avenue Nyu York univermağında satışa çıxarıldı. Almamışdan öncə istifadə etmək imkanını qadınlara ilk olaraq Este təklif etdi (ondan əvvəl mağazalarda testerlər olmurdu). O, qadınlara müxtəlif kiçik hədiyyələr verməyə, öz ticarət nöqtələrində makiyaj dərsləri təşkil etməyə başladı.
Krem və makiyajların möhtəşəm uğurundan sonra Missis Lauder, özünü parfüm sahəsində də sınamağı qərara aldı. Onun 1953-cü ildə yaratdığı ətri dünya sensasiyasına çevrildi. Youth-Dew ətrinin ardınca bu günə qədər sevilən ətirlər qalereyası gəldi.

* * *

Pamela Anderson

pamela_anderson

Kanada əsilli amerikalı aktrisa və fotomodel Pamela Deniz Anderson 1 iyul 1967-ci ildə Kanadanın Ledismit şəhərciyində anadan olub. 1989-cu ildə Anderson ilk dəfə olaraq Playboy jurnalının üz qabığına çəkilir və daha sonra şirkətlə əməkdaşlığını davam etdirir - Playboy TV jurnalı və telekanalı üçün lüt olaraq çəkilir.
1992-ci ildən "Malibu xilasediciləri" serialında çəkilməyə başlayır və bundan sonra ABŞ-ın seks-simvollarından birinə çevrilir. Aktrisaya çoxdan gözlənilən ilk uğur 1996-cı ildə gəlir. O zaman Pamela Andersona "Məni körpə çağırma" kino filmində baş rollardan birini etibar edirlər. Az sonra "VİP" serialının çəkilişləri başlayır. Daha sonra isə "Çox qorxulu film", "Havay toyu", "Kitab mağazasında sarışın qız" filmlərində ikinci dərəcəli rollar ifa edir. Pamela Anderson tammetrajlı film ulduzlarının siyahısına heç cür daxil ola bilmir.
Anderson uzun illərdir vegeterianlığı təbliğ edir, heyvan hüquqlarının müdafiəçisi kimi çıxış edir və bir çox xeyriyyə kampaniyalarının aktiv iştirakçılarından hesab edilir.

Pulsuz abunə: We & World Economics wem_rss
Bizi sosial şəbəkələrdə izləyin: wem_tw wem_ld wem_inst wem_fb