Bu gün - 3 iyul 1994-cü ildə Bakı metrosunda 13 nəfərin həyatına son qoyan ikinci terror hadisəsi baş verib.
Bu gün anadan olanlar arasında: ictimai xadim, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva, azərbaycanlı kinorejissor, İctimai Televiziyanın sədri Cəmil Quliyev və populyar Amerika aktyoru, ssenarist və prodüser Tom Kruz anadan olublar.


Bakı metrosunda ikinci terror

Cfi9Cr_Sf9M-1-650x433

19 mart 1994-cü il Bakı metropoliteninin "20 Yanvar" stansiyasında vaqonda baş vermiş terror nəticəsində 14 nəfər həlak olub və 49 nəfər yaralanıb. Bundan iki ay yarım sonra, 3 iyul tarixində Bakı metrosunda daha bir terror baş verib.
Partlayış "28 May" və "Gənclik" metrostansiyaları arasında vaqonda baş verib, nəticədə 13 nəfər həlak olub, 42 nəfər yaralanıb.
Bu cinayəti ermənilərə əsir düşdükdən sonra Ermənistanın xüsusi xidmət orqanları tərəfindən hazırlanmış və terror törətmək məqsədi ilə ölkəmizə yönəldilmiş Azərbaycan vətəndaşı Azər Aslanovun törətdiyi məlum oldu.
Məhkəmə terrorçunu ömürlük həbs cəzasına məhkum edib. Tədqiqat göstərib ki, terror aktının instruktorları Ermənistan xüsusi xidmət orqanlarının əməkdaşları polkovnik Karen Baqdasaryan və Seyran Sarkisyan olublar.

* * *

Leyla Əliyeva

leyla-aliyeva

Azərbaycan Prezidenti İlham Əliyevin övladı, ictimai xadimi, "Bakı" jurnalının baş redaktoru, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva 3 iyul 1984-cü ildə Moskva şəhərində anadan olub.
Leyla Əliyeva həmçinin Ətraf mühitin mühafizəsi üzrə beynəlxalq dialoqun təşəbbüslərinin (İDEA) təsisçisidir. 10 may 2007-ci ildən Əliyeva Moskvada Heydər Əliyev Fonduna rəhbərlik edir.
8 may 2008-ci ildən "Xocalıya ədalət" kampaniyasına başlayıb. Elə həmin ilin may ayından İslam Konfransı Təşkilatının Gənclər Forumunun baş koordinatoru olub. 18 aprel 2009-cu ildən - Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatının sədridir.
Rəssamlıq fəaliyyəti ilə məşğul olur, filmlərə rejissorluq edir, şerlər yazır. Babası Heydər Əliyevə həsr etdiyi "Elegiya" şeri beşinci siniflər üçün məktəbin Ədəbiyyat dərsliyinə salınıb.
2016-ci ildə "Звязда" nəşriyyat evində (Belarusiya, Minsk) Leyla Əliyevanın "Ліст" adlı şerlər toplusu işıq üzü görüb.

* * *

Cəmil Quliyev

cemil_quliyev_000

Azərbaycan kinorejissoru, Azərbaycanın əməkdar incəsənət xadimi Cəmil Quliyev 3 iyul 1963-cü ildə Bakıda anadan olub.
Azərbaycanın Dövlət Film Fondunun direktoru, Azərbaycanın "Mədəniyyət" kanalının baş direktoru (2011-2013-cü illər), Azərbaycanın İctimai Televiziyasının rəhbəridir (2013-cü ildən).
1984-cü ildən "Azərbaycanfilm" kinostudiyasında quruluşçu rejissor kimi çalışıb.
Bir neçə bədii və sənədli filmlər çəkib. "Mozalan" satirik jurnalının müəllifidir. Rejissorun filmləri bir çox xarici festivallarda iştirak edib. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin dosenti, professordur. 2012-ci ildən Azərbaycan kinomatoqrafçılar İttifaqının icraçı katibi seçilib.
Onun rejissor işləri aşağıdakıları özündə cəmləyir: "Marş", "Balıq günü", "Bayramda yağış", "Çox darıxdırıcı əhvalat", "Sonuncu məhəbbət".

* * *

Tom Kruz

tom-kruz

Amerikalı aktyor, kinorejissor, produser, ssenarist Tom Kruz 3 iyul 1962-ci ildə Sirakyusda, Nyu-York ştatında anadan olub. Üç dəfə "Qızıl Qlobus" mükafatının sahibi və üç dəfə də "Oskar" mükafatının namizədi olub. Aktyor fəaliyyətinə 1981-ci ildə "Sonsuz sevgi" filmində kiçik rol ilə başlayıb. Özünün ilk baş rolunu, ona şöhrət gətirmiş "Riskli biznes" blokbasterində ifa edib.
"Yerinə yetilməz tapşırıq", "Dünyaların müharibəsi", "Vampir ilə müsahibə", "Yağış adamı" filmlərinin ulduzudur. Bundan başqa, Kruzun, "Cerri Maquaeyr", "Vanil səma", "Xüsusi rəy", "Tərəfdaş", "Valkiriya əməliyyatı" kimi filmlərdə də bir çox maraqlı rolları olub.
Onun aktyor ustalığının ən yüksək zirvəsi mükafatlara layiq görülən "Maqnoliya" dramındakı roludur.

Бесплатная подписка на интернет-версию журнала We & World Economics wem_rss
Следите за нашими обновлениями в социальных сетях: wem_tw wem_ld wem_inst wem_fb