Bu gün, 5 iyulda Kukla Teatrının məşhur aktyor və rejissoru Sergey Obrazsov anadan olmuşdur, Britaniyalı sahibkar Tomas Kuk isə dünyada ilk dəfə qrup şəklində səyahət təşkil etmişdir.

Sergey Obrazsov

obrazcov

Rusiyanın Kukla Teatrının məşhur aktyor və rejissoru, teatr xadimi Sergey Obrazsov 5 iyul 1901-ci ildə Moskva şəhərində anadan olmuşdur.
1920-ci ildə ilk dəfə teatr kuklaları ilə çıxış etməyə başladı. 1930-cu illərin ortalarında "kuklalarla romans" parodiya üslubunda nömrələr qoyan estrada artisti kimi məşhurluq qazandı. Bu dövrdə o, həmçinin vodvil janrında bir neçə kukla səhnələri qoymuşdur.
1931-ci ildə o, Moskvada Mərkəzi Kukla Teatrını yaratdı və ömrünün sonuna qədər ona rəhbərlik etdi. 1956-cı ildən o, həm də kinoda ssenarist və rejissor, sənədli kinomonoloq janrının yaradıcısı kimi çalışırdı. Elə həmin ildə "Soyuzmultfilm" kino studiyasında Georgiy Natanson ilə birlikdə "İlahi varlıq" adlı tammetrajlı kukla cizgi filmini yaratdılar.
1935-ci ildən pedoqoji fəaliyyətlə məşğul olub, 1973-cü ildən isə QİTİS-in professoru seçilib.
Obrazsov ekzotik gülləri kolleksiya edirdi. Onun kolleksiyası – Rusiyada ən böyük, dünyada isə ən böyüklərdən biri hesab olunur.

* * *

Tomas Kuk dünyada ilk qrup şəklində səyahət təşkil etdi

tomas-kuk

5 iyul 1841-ci ildə 33 yaşlı baptist vaiz və o zamanlar İngiltərədə sərxoşluğa qarşı aparılan qəzəbli mübarizədə aktiv döyüşçülərdən olan Toman Kuk dünyada ilk dəfə qrup şəklində turist səyahəti təşkil etdi.
Onun təkidi ilə Midland Counties Railway dəmir yolu şirkəti 570 fəhlənin Orta İngiltərənin Lesterşir qraflığındakı Leyster və Lafboro şəhərləri arasında "alkoqolsuz" mənzərəli səfərləri üçün xüsusi qatar təqdim etdi.
Daha sonra reklam məqsədilə dəmir yolları Kuka endirimlər təqdim etməyə başladı ki, bunlar məhdud maliyyə imkanları olan insanlar üçün əyləncəli səfərlər təşkil etməyə imkan verdi. Ona görə də müştərilər yüzlərlə yox, minlərlə idi. Beləcə dünya qrup şəklində turizmin əsası qoyuldu.
Tezliklə, səfərlər müntəzəm oldu, 1850-ci illərdə isə bir çox Avropa ölkələrinə marşrutlar yarandı.

Pulsuz abunə: We & World Economics wem_rss
Bizi sosial şəbəkələrdə izləyin: wem_tw wem_ld wem_inst wem_fb