Bu gün, 7 iyulda, öz ad günlərini məşhur italyan müğənni və bəstəkarı Toto Kutunyo, qalmaqallı rusiya müğənnisi Janna Aquzarova və britaniya musiqiçisi, The Beatles qrupunun baraban çalanı Rinqo Starr qeyd edirlər.

Toto Kutunyo

toto-kutuno

Məşhur italyan müğənnisi və bəstəkarı Salvatore (Toto) Kutunyo 7 iyul 1943-cü ildə Fozdinovo adlı toskan şəhərində (İtaliya) anadan olmuşdur.
"L’italiano" mahnısı ilə populyarlıq qazanıb. Zaqrebdə keçirilən "Avroviziya-1990" mahnı müsabiqəsinin qalibi olub.
Adriano Çelentano, Djo Dassen, Dalida, Ricchi e Poveri kimi ifaçılarla əməkdaşlığı ilə məşhurdur. Məsələn, Djo Dassenin mətnlərinin daimi müəllifləri Klod Lemel və Pyer Delanoe Toto Kutunyonun musiqilərinə fransızca mətnlər yazırlar. Beləcə məşhur "Et si tu n’existais pas", "Salut" və 1975-ci ilin yayının pop-hiti "L’Été indien" kompozisiyaları yaranır.
1998-2000-ci illərdə Kutunyo həm də İtaliya televiziyasında aparıcı kimi çalışıb və müxtəlif kinofilmlərə musiqilər yazıb. Bu gün müğənni öz yaradıcı karyerasını davam etdirir – o dünya üzrə qastrol səfərlərinə çıxır, müxtəlif konsertlərdə iştirak edir və yeni mahnılar yazır. Müğənninin diskoqrafiyasında cəmi 20 albom var.

https://youtu.be/zRDVQT_MT-o

* * *

Janna Aquzarova

aguzarova_44

Qalmaqallı və ekstravaqant rusiya müğənnisi, "Bravo" qrupunun keçmiş vokalisti janna Aquzarova 7 iyul 1962-ci ildə, bəzi mənbələrə görə Tümen vilayətinin Turtac qəsəbəsində anadan olmuşdur.
1983-cü ildə "Bravo" qrupuna (o zaman hələ "Postskriptum" adını daşıyırdılar) qoşuldu. 1986-cı ildən "Bravo" qrupunun, xüsusilə də Aquzarova kimi güclü vokalistin populyarlığı artmağa başladı. Aquzarovanın "Bravo" qrupunun tərkibində olduğu zaman ən məşhur mahnıları arasında – "Sarı çəkmələr", "İnanıram mən", "Gözəl ölkə", "Köhnə otel", "Pişiklər" var. Aquzarovanın "Gözəl ölkə" mahnısı "Assa" filminin saundtrekində səslənir.
1988-ci ildə Aquzarova qrupu tərk edir və solo karyeraya başlayır. Son illərdə Janna rəsmə həvəs göstərir, həvəskar rəssam abstraksionizm stilində rəsmlər çəkir.

https://youtu.be/UYKxPr8Vmxg

* * *

Rinqo Starr

ringo-starr

Britaniyalı musiqiçi, mahnıların müəllifi, aktyor Rinqo Starr (əsl adı Riçard Starki) 7 iyul 1940-cı ildə Liverpulda (Böyük Britaniya) anadan olmuşdur. The Beatles qrupunun baraban çalanı kimi tanınır.
Əfsanəvi "liverpul dördlüyü" dağılandan sonra 1970-ci ildə Rinqo Starr solo karyeraya başladı, "Sentimental Journey" и "Beacoups of Blues" albomlarını çıxartdı. Birinci albom 30-40-cı illərin standartlarının onun tərəfindən təkrar oxunmalarından ibarət idi, ikincisi isə kantri üslubunu qoruyub saxlamışdı.
Beləliklə, Rinqonun ilk hitləri alboma daxil olmayan "It Don't Come Easy" və "Back Of Boogaloo" mahnıları oldu. Daha çox uğur "Ringo" albomunun payına düşdü, onun çıxarılmasında The Beatles qrupunun dugər üç iştirakçısı da çıxış edirdi.
28 avqust 2012-ci ildə Celebritynetworth.com saytı vasitəsilə Rinqo Starr dünyada ən varlı barabançalan hesab olundu. Onun var-dövləti 300 milyon dollar dəyərində qiymətləndirilir. 2015-ci ildə rok-n-rollun Şöhrət zalına daxil edilib.
Hazırda Starr öz "All Starr Band" qrupu ilə çıxışlarını davam etdirir.

https://youtu.be/bvEexTomE1I

Pulsuz abunə: We & World Economics wem_rss
Bizi sosial şəbəkələrdə izləyin: wem_tw wem_ld wem_inst wem_fb