Bu gün, 10 iyul tarixində, tanınmış fizik Nikola Tesla, məşhur rus kino və televiziya aktyorları İlya Oleynikov və Yuriy Stoyanov anadan olmuşlar.

Nikola Tesla



Dahi fizik, mühəndis, elektrotexnika və radiotexnika sahəsində ixtiraçı Nikola Tesla 10 iyul 1856-cı ildə hazırda Xorvatiyanın ərazisi olan, Avstriya İmperiyasının Smilyanı kəndində anadan olmuşdur.
Tesla, XIX əsrin sonu – XX əsrin əvvəllərində maqnetizm və elektrik enerjisinin xüsusiyyətlərinin öyrənilməsində öz elmi-inqilabi töhfələri sayəsində məşhurdur. Teslanın patentləri və nəzəri işləri, dəyişkən elektrikdə, sənaye inqilabının ikinci mərhələsini sona çatdırmağa imkan verən çoxfazalı sistem və elektromühərriklərdə bir çox müasir qurğuların ixtirası və inkişafı üçün təkan oldu.
Nikola Tesla efir fizikasının tərəfdarı kimi məşhurdur: onun, efirin varlığının materiyanın xüsusi forması kimi göstərmək məqsədi güdən bir çox təcrübə və testləri var.
N.Teslanın adı ilə maqnit axınının sıxlığının ölçü vahidi (maqnit induksiyası) adlandırılmışdır. Alimin bir çox mükafatları arasında – E.Kresson, C.Skott, T.Edison medalları var.
Müasirlər-bioqraflar Teslanı "XX əsri ixtira edən insan" və müasir elektrikin "müqəddəs minnətçi"si hesab edirlər.

* * *

İlya Oleynikov



Sovet və rus kino, televiziya və estrada aktyoru, aparıcı, bəstəkar İlya Oleynikov (əsl soyadı Klyaver) 10 iyul 1947-ci ildə Kişinyovda anadan olmuşdur. Rusiyanın xalq artistidir.
Oleynikovun yaradıcı bioqrafiyası hələ tələbəlik illərində başlamışdır. O, Moskonsertin səhnəsində qazanc əldə edirdi. Gənc artistin ifasında monoloqlar və yumoristik eskizlər dəyişməz uğur qazanmışdı.
70-ci illərin ortalarında İlya tez-tez öz köhnə dostu Roman Kazakov ilə birlikdə çıxış etməyə başladı. Kazakov və Oleynikovun şah nömrələri "Sual, əlbəttə, maraqlıdır" monoloqu oldu.
Elə bu dövrdə Oleynikov müxtəlif komik kino rollarında özünü sınamağa başlayır. Onun "Stepanıçın tay səfəri", "İnterteyment kolxoz" və digər filmləri bu gün də məşhurdur.
1986-cı ildə Roman Kazakov dünyasını dəyişdi və Oleynikov özünə yeni səhnə yoldaşı axtarmaq məcburiyyətində qaldı. 1993-cü ildə Yuriy Stoyanov ilə birlikdə özlərinin "Qorodok" layihəsini başladılar. Verilişin 19 illik mövcudluğu ərzində 284 şou seriya çəkilmişdir.
"Qorodok" verilişi 11 noyabr 2012-ci ildə İlya Stoyanovun dünyasını dəyişməsi ilə efiri dayandırdı.

* * *

Yuriy Stoyanov



Sovet və rus teatr və kino artisti Yuriy Stoyanov 10 iyul 1957-ci ildə Ukraynanın Odessa vilayətinin Borodino qəsəbəsində anadan olmuşdur. "Qorodok" proqramının müəllifi, quruluşçu rejissoru və rollarının ifaçısı idi (İlya Oleynikov ilə birlikdə).
1978-ci ildə A.V. Lunaçarski adına Moskva Dövlət Teatr İncəsənəti Universitetini bitirdikdən sonra, 1995-ci ilə qədər Tovstonoqov adına Böyük Dram Teatrında artist kimi çalışmışdır.
1993-cü ildən 2012-ci ilə qədər İlya Oleynikov ilə birlikdə "Qorodok" verilişini aparmışdır. 2013-cü ildən 2015-ci ilə qədər Kultura kanalında "Bolşaya semya" proqramının, eləcə də Rossiya-1 kanalında "Jivoy zvuk" verilişinin aparıcısı olmuşdur.
Aktyorun kinomatoqraf bioqrafiyasında gözəgörünən yüksəliş "Landış serebristıy" səhnəsi oldu. Digər uğurlu işi Nikita Mixalkov tərəfindən çəkilmiş "12" filmi oldu. 2016-cı ildə Stoyanovun "Məni ata çağıra bilərsiniz" adlı yeni filmi çıxdı. Bu komediyadır, burada Stoyanov uşaq bağçasında tərbiyəçi rolunu oynayır, istintaq nəticəsində cinayətkar olduğu aydın olur.