Noyabr ayının 3-də Azərbaycan Mədəniyyət Nazirliyinin Muzey Mərkəzində, bu dəfə - "Art meets fashion" şüarı altında keçirilən Azerbaijan Fashion Week - ölkənin rəsmi moda həftəsinin 8-ci mövsümün nümayişlərinin üçüncü yekun günü keçirildi.

İlk olaraq, Qazaxıstanlı dizayner Alex Chzhen-ın, fon musiqisi kimi seçilən klassik musiqi əsərlərinin sədalarıyla vurğulanan əhval-ruhiyyəli, romantik kolleksiyası təqdim olundu. Və əgər nümayişin başlanğıcında, əsasən qara rəngli obrazlarda nostalji kədər hiss edilirdisə də, qobelen parçadan tikilmiş geyimlər bu kədəri yumuşaltdı, və sonda, sanki xoşbəxt gələcəyə ümid şüaları saçan sofit işığını əks etdirən metallik look ilə, bu hiss tamamilə dağıldı.

Gümüşün parlaq qələbəsi - daha bir Qazaxıstanlı dizayner - Tamara Lamanukaevanın kolleksiyasını məhs belə adlandırmaq olar. Gümüş yaxalı pencəklər, donlarda gümüş ulduzlar və üzərinə yüngül mis parıltısı çilənmiş, tamamilə gümüş kostyum şalvarlar... Tamara Qazaxıstan şou-biznes ulduzlarının ən sevimli dizaynerlərindən biridir, və həqiqətən, onun fikirləşdiyi hər bir geyim sanki səhnə üçün yaradılmışdır. Çiyinaltı yastıqlar ilə fənərvari qollar bir arada qadın obrazlarına kişi cüssəsi qataraq, daxili gücün aşkar təzahürünə xidmət edirdi.

Əsl qadın olmanın müxtəlif tərəflərini nümayiş edən ən zərif kolleksiya Nubi Couture Azerbaycan moda evi tərəfindən təqdim olundu. Parlaq broşlu şəffaf tül parçalardan dəri yarımkorsetlərədək, krem çalarlardan zəngin zümrüd yaşıladək, sadə, təvazökar geyimlərdən imperatora layiq təmtəraqlı bal donlarınadək. Zərif cinsin hər bir nümayəndəsi bu kolleksiyada özünə uyğun bir şey tapa bilərdi.

Azerbaijan Fashion Week-in səkkizinci mövsümünün ən gözlənilən nümayişlərindən biri, Qazaxıstanlı dizayner, Zherebtsov markasının banisi Leonid Jerebtsovun final şousu oldu. Leonid sadəcə öz dəb yaradıcılığı ilə deyil, həm də öz nümayişləri zamanı xüsusi atmosferin yaradılmasıyla da tanınır. Bu dəfə, Azərbaycan Qılıncoynatma Federasiyası ilə əməkdaşlıqda, Azerbaijan Fashion Week podiumunda ilk dəfə olaraq, rapiralarla əsl duel keçirildi, lakin bununla belə, bu, əsas məqamı - onun yeni kolleksiyasının nümayişini kölgədə qoya bilmədi. Mövzunun davamı olaraq, qılıncoynatma təchizatı elementləri – metal torlu və boyun qoruyan yaxalı maskalar modellərin üzərində də mövcud idi.

Nümayişlərin sonuncu gününün bitməsindən sonra, Həftənin iştirakçıları və qonaqları La Marea by Xurma-ya, səs-küylü afterparty-ya getdilər. Burada hamını yalnız yemək, içki və əyləncəli musiqi deyil, həm də zərb alətlərində möhtəşəm şou və işıqsaçan robotların inanılmaz rəqsləri gözləyirdi.

Azerbaijan Fashion Week-in səkkizinci mövsümü, növbəti dəfə ölkənin əsas dəb hadisəsinə çevrilib, öz işini yekunlaşdırdı. Növbəti, doqquzuncu mövsüm 2019-cu ilin mayında başlayacaq və yenidən fashion-sahəsinin bütün ən parlaq yerli və xarici nümayəndələrini bir araya gətirəcək.

Əlavə məlumat və akkreditasiya üçün press@afw.az ünvanına müraciət edə bilərsiniz.