
1949-cu ildə keçirilmiş Qadınların Beynəlxalq Demokratik Federasiyasının Konqresi 1 iyun tarixini Uşaqların Beynəlxalq Müdafiəsi Günü kimi qeyd etməyi qərara alır. Dünyanın əksər ölkələrində olduğu kimi, bu gün Azərbaycanda da qeyd edilir. Azərbaycan rabitə bazarının lider mobil operatoru "Azercell Telekom" MMC bu il də ənənəsinə sadiq qalaraq Uşaqların Beynəlxalq Müdafiəsi gününə həsr olunmuş silsilə tədbirlər keçirir. Belə ki, Azercell Telekom-un təşəbbüsü və Park Bulvar TM-nin tərəfdaşlığı ilə Pantomima Teatrının aktyorları tərəfindən hazırlanan səhnəciklər ilk olaraq 26 may tarixində Park Bulvarda nümayiş olunub.


"Azercell Telekom" MMC uşaq hüquqlarının qorunmasına, uşaqların sağlamlığı və təhsilinə yönəlik layihələrə öz Korporativ Sosial Məsuliyət siyasətində xüsusi önəm verir. Şirkət 2010-cü ildə yaranmasına yardım etdiyi və hər il dəstəklədiyi "Uşaq Qaynar Xətti" xidmətinin tərəfdaşı, kimsəsiz uşaqlara və xüsusi qayğıya ehtiyacı olan əhaliyə pulsuz tibbi xidmət göstərən "Mobil Diş" və "Mobil Göz" klinikalarının yaradıcısıdır.

https://web.facebook.com/azercell/videos/10155920656633303/

Azərbaycanın mobil rabitə sektorunun lideri və qeyri-neft sektorunun ən böyük vergi ödəyicisi və sərmayəçisi Azercell Telekom MMC 1996-cı ildə təsis edilmişdir. Azərbaycanın mobil rabitə sektorunda 48% bazar payına malik olan Azercell-in şəbəkəsi ölkə ərazisinin 80% (işğal altında olan 20% ərazi istisna olmaqla), əhalinin isə 99,8% əhatə edir. Hazırda 4,5 milyon abunəçi Azercell-in xidmətlərindən istifadə edir. Ölkəyə bir sıra yenilikləri ilk dəfə olaraq məhz Azercell gətirib: GSM texnologiyası, öncədən ödəmə sistemi, mobil internet xidmətləri, metropoliten ərazisində şəbəkənin qurulması, 24/7 Telefon Mərkəzi, həftənin 7 günü fasiləsiz ön ofis xidmətləri, M2M xidmətləri, 1 nöqtədə 3 xidmət göstərən Azercell Ekspres ofisləri, mobil müştəri xidmətləri, onlayn müştəri xidmətləri və sosial media üzərindən müştəri xidmətləri, mobil elektron imza xidməti "Asan İmza" və s. 2012-ci ildə Azercell ölkədə ilk dəfə 4G xidmətini təqdim etmişdir. Radio siqnalların şəbəkə keyfiyyətini ölçən və simsiz rabitənin əhatə dairəsi üzrə ixtisaslaşan beynəlxalq sistemlər tərəfindən aparılmış araşdırmaların nəticələrinə əsasən, Azercell şəbəkəsi Azərbaycanın mobil operatorları arasında ən yüksək göstəricilər nümayiş etdirmişdir. Azercell ölkədə və MDB məkanında beynəlxalq "İnvestors İn People" İnsana Sərmayə Qızıl Sertifikatına layiq görülən yeganə şirkətdir.