pasha_bankÖlkənin aparıcı korporativ bankı PAŞA Bank "Azərbaycanda Visa plastik kartları ilə nağdsız əməliyyat sayı üzrə ən sürətli artım tempinə nail olduğuna görə" "Visa International" beynəlxalq ödəniş sistemi tərəfindən sertifikatla təltif edilmişdir.

Sertifikat "Visa International"-ın Azərbaycan, Belarus və Moldova ölkələri üzrə rəhbəri İqor Kovalev tərəfindən təqdim edilmişdir. 2012-ci ildən etibarən Bank bu beynəlxalq ödəniş sisteminin Prinsipial Üzvüdür.

Xatırladaq ki, PAŞA Bank həmçinin 2017-ci ilin yekunlarına görə yerli bazarda "Nağdsız ödənişlər üzrə Lider Bank" adına da layiq görülmüşdür. Bu mükafat illik əsasda Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən Azərbaycan Banklar Assosiasiyası ilə tərəfdaşlıqda bank seqmentinin bütün iştirakçıları arasında keçirilən müsabiqə çərçivəsində verilmişdir.

PAŞA Bank 

Əmir Məmmədov

Korporativ Kommunikasiyalar Departamenti

Telefon: 012 496 5000

Elektron poçt ünvanı: amir.mammadov@pashabank.az

 Bank haqqında:

PAŞA Bank Azərbaycanın aparıcı korporativ bankı olaraq ölkə tərəfindən həyata keçirilən iqtisadiyyatın şaxələndirilməsi səylərinə uyğun olaraq Azərbaycanın qeyri-neft sektorunun genişləndirilməsi üçün bu sahədə fəaliyyət göstərən korporativ müştərilərinə xidmət göstərməkdən ibarət strateji məqsədlə 2007-ci ildə təsis olunmuşdur. Baş ofis və 6 Biznes-mərkəzləri ilə təmsil olunan PAŞA Bankda 600-dən çox əməkdaş çalışır.

2011, 2012 və 2013-cü illərdə PAŞA Bank beynəlxalq maliyyə jurnalı EMEA Finance tərəfindən "Azərbaycanın Ən Yaxşı İnvestisiya Bankı" mükafatına layiq görülmüşdür. 2014-cü ildə Bank World Finance Magazine tərəfindən "Azərbaycanın ən yaxşı kommersiya bankı", "Azərbaycanın ən yaxşı bank qrupu", "Azərbaycanın ən yaxşı fərdi bankı" mükafatları ilə təltif edilmişdir. 2016-ci ildə Bank "World Finance" jurnalı tərəfindən "Ən Yaxşı Bank Qrupu" və "Ən yaxşı Kommersiya Bankı", Global Finance jurnalı tərəfindən isə "Azərbaycanın ən yaxşı bankı" mükafatı ilə təltif olunmuşdur. 2017-ci ildə isə PAŞA Bank Global Finance tərəfindən "Azərbaycanın ən yaxşı bankı" adına, EMEA Finance tərəfindən "Azərbaycanın ən yaxşı bankı" mükafatına, "Mərkəzi və Şərqi Avropa və MDB ölkələri üzrə Korporativ sosial cavabdehlik" mükafatına və "Azərbaycanın ən yaxşı investisiya Bankı" mükafatlarına, Euromoney tərəfindən "Azərbaycanın ən yaxşı bankı" adına layiq görülmüşdür.

PAŞA Bank Azərbaycanın iri investisiya Holdinqi olan və sığorta, inşaat, inşaat materiallarının istehsalı, turizm və eləcə də biznesin digər sahələrində geniş təmsil olunan PAŞA Şirkətlər Qrupunun bir hissəsidir. Azərbaycanın pərakəndə bankçılıq bazarının iri banklarından biri olan Kapital Bank da PAŞA Şirkətlər Qrupuna aiddir.

www.pashabank.az