winterpark_2Son zamanlar öz maraqlı tədbirləri ilə gündəmə gələn Winter Park Otelindən daha bir sərfəli təklif!

Hamımıza bəllidir ki, hər bir iş adamı üçün nahar vaxtını səmərəli, doyumcul və rahat keçirmək çox önəmlidir. Məhz bütün bunları nəzərə alaraq Winter Park Otelinin 15-ci mərtəbəsində yerləşən, öz qonaqlarını şəhərə və dənizə açılan möhtəşəm bir mənzərə ilə heyran edən The 15th restoranı həftəiçi hər gün saat 12:30-15:00 radələrində sizlərə 14 manata çox sərfəli, rəngarəng və limitsiz isveç masası üslubunda biznes lanç təqdim edir.

Buna tam əminik ki, menyu hər birinizin ürəyincə olacaq: 5 çeşiddə isti əsas xörəklər, 2 növdə şorba, zəngin isti və soyuq qəlyanaltı guşəsi, 3 növdə suşi, bir-birindən dadlı şirniyyatlar, rəngarəng meyvə şirələri, çay və kofe.

 Siz həmçinin, restoranın təqdim etdiyi yeni menyuları da sifariş edə bilərsiniz. Otelin sakinlərinə isə menyularda xüsusi endirimlər təklif olunur.

winterpark_1

Rezervasiya və ətraflı məlumat üçün: +994 50 251 7020

Winter Park Oteli 2017-ci ilin mart ayında qapılarını qonaqlarının üzünə açmışdır və 1 illik fəaliyyəti dövründə şəhərin ən qabaqcıl otelləri siyahısında yer alır.

Otelin The 15th Restoranı hər gün səhər saat 07:00-dan axşam sonuncu qonağa qədər fəaliyyət göstərir. Hər axşam Restoran canlı DJ performansı, Cümə və Şənbə günləri isə canlı ifa təqdim edir.

Winter Park Otel və The 15th restoranı yolunuzu gözləyir!