azercell_2"Azercell Telekom" MMC-nin 2018-ci il üçün elan etdiyi Yay Tələbə Təcrübə proqramının qalibləri bəlli olub. Respublikamızın ali məktəblərində müxtəlif ixtisaslar üzrə və Təhsil Nazirliyi SABAH Qruplarında təhsil alan 20 tələbə bu yay Azercell şirkətinin təcrübə proqramında iştirak etmək imkanı əldə edib. Qalib tələbələrin iştirakı ilə baş tutan "Azercell-də ilk gün" adlı tədbirdə təcrübə proqramı və şirkətin fəaliyyəti  haqqında məlumat verilib. Sentyabr ayının 1-nə qədər davam edəcək Azercell Yay Təcrübə proqramı ali məktəblərin sonuncu kurs tələbələrinə əldə etdikləri nəzəri bilikləri real iş şəraitində tətbiq etmək, telekommunikasiya sahəsində müəyyən təcrübə əldə etmək, maraqlı və məsuliyyətli layihələrdə iştirak etmək və gələcək karyeralarını qurmaq imkanı yaradır. Məlumat üçün bildirək ki, təcrübə proqramının ilk seçim mərhələsi təqdim olunan müraciət formalarının dəyərləndirilməsindən ibarətdir. Növbəti mərhələyə dəvət almış tələbələr və məzunlar isə müxtəlif testlər, çalışmalar və müsahibələr vasitəsilə seçiliblər. Dəyərləndirmələr zamanı tələbələr və məzunlar akademik fəaliyyətləri, ixtisas üzrə nəzəri bilikləri və maraqları sayəsində dəyərləndirilib. Son seçim turu isə Azercell nümayəndələri ilə üz-üzə keçirilən müsahibələrdən ibarət olub.azercell_4 azercell_6



Qeyd edək ki, 2008-ci ildən indiyə qədər keçirilən bu proqram çərçivəsində 16 nəfər SABAH qrupu tələbələri olmaqla 156 tələbə Azercell-in Tələbə Təcrübə Proqramı çərçivəsində təcrübə keçib, onlardan 20-si isə şirkətdə işlə təmin olunub. Onu da bildirək ki, Azercell Telekom yüksək akademik nəticələrə nail olan ali məktəb tələbələrinə xüsusi diqqət və dəstək göstərmək,  güclü potensiala malik tələbələrə təhsil aldıqları ixtisas üzrə mütəxəssis kimi yetişməkdə kömək etmək məqsədilə Qış Təcrübə, Təqaüd və Bölgə Proqramlarını həyata keçirir.azercell_5

azercell_3



Daha ətraflı məlumat üçün news@mcs.az ünvanına müraciət edə bilərsiniz         

Azərbaycanın mobil rabitə sektorunun lideri və qeyri-neft sektorunun ən böyük vergi ödəyicisi və sərmayəçisi Azercell Telekom MMC 1996-cı ildə təsis edilmişdir. azercell_1Azərbaycanın mobil rabitə sektorunda 48% bazar payına malik olan Azercell-in şəbəkəsi ölkə ərazisinin 80% (işğal altında olan 20% ərazi istisna olmaqla), əhalinin isə 99,8% əhatə edir. Hazırda 4,5 milyon abunəçi Azercell-in xidmətlərindən istifadə edir. Ölkəyə bir sıra yenilikləri ilk dəfə olaraq məhz Azercell gətirib: GSM texnologiyası, öncədən ödəmə sistemi, mobil internet xidmətləri, metropoliten ərazisində şəbəkənin qurulması, 24/7 Telefon Mərkəzi, həftənin 7 günü fasiləsiz ön ofis xidmətləri, M2M xidmətləri, 1 nöqtədə 3 xidmət göstərən Azercell Ekspres ofisləri, mobil müştəri xidmətləri, onlayn müştəri xidmətləri və sosial media üzərindən müştəri xidmətləri, mobil elektron imza xidməti "Asan İmza" və s. 2012-ci ildə Azercell ölkədə ilk dəfə 4G xidmətini təqdim etmişdir. Radio siqnalların şəbəkə keyfiyyətini ölçən və simsiz rabitənin əhatə dairəsi üzrə ixtisaslaşan beynəlxalq sistemlər tərəfindən aparılmış araşdırmaların nəticələrinə əsasən, Azercell şəbəkəsi Azərbaycanın mobil operatorları arasında ən yüksək göstəricilər nümayiş etdirmişdir. Azercell ölkədə və MDB məkanında beynəlxalq "İnvestors İn People" İnsana Sərmayə Qızıl Sertifikatına layiq görülən yeganə şirkətdir.