Azərbaycanın aparıcı korporativ bankı PAŞA Bank bazara yeni hesablaşma-kassa xidmətləri paketini təqdim edir. Məhsul kiçik və orta sahibkarlar üçün nəzərdə tutulur. Tarif paketləri hesablaşma-kassa əməliyyatlarının yerli və beynəlxalq ödənişlər, nağd vəsait ilə əməliyyatlar, valyuta əməliyyatları, korporativ kartlar, akvayrinq və s. kimi əsas xidmətlərdən ibarətdir.

Bu günə PAŞA Bankın hesablaşma-kassa xidmətlərinə beş növ tarif paketi daxildir və hər birinin hazırlanmasında kiçik və orta sahibkarlıq biznesinin müxtəlif xüsusiyyətləri, eləcə də Müştərinin Bankla olan əməkdaşlıq formatı nəzərə alınmışdır. Öz biznesi üçün ən münasib tarif paketini seçməklə və aylıq əsasda müəyyən komissiya haqqını ödəməklə Müştəri hesablaşma-kassa əməliyyatları çərçivəsində bütün xərclərinə tam nəzarət edir, optimal çeşid və həcmdə xidmətlərdən bəhrələnir və eksklüziv tariflərdən istifadə etmək imkanı əldə edir.

PAŞA Bankın Kiçik və orta sahibkarlıq üzrə bankçılıq departamentinin direktoru Aleksandr Qolovkonun sözlərinə görə hazırkı bazar şəraitində biznes həm öz xərclərinin və əməliyyatlarının optimizasiyasına, həm də maliyyə vəsaitlərinin idarə edilməsinin effektivliyinin artırılmasına diqqət yetirməlidir. Bunu nəzərə alaraq, PAŞA Bank tərəfindən hazırlanmış tarif paketləri sahibkarların gündəlik ehtiyaclarının təmin edilməsi üçün gözəl alət ola bilər.

«Yuxarıda qeyd edilmiş yanaşma kiçik və orta sahibkarların xidmətlə təmin olunmasına tətbiq edilən individual həll yoludur və hər bir biznesin tələbatı nəzərə alınaraq qarşısında duran vəzifələrdən asılı olaraq hazırlanıb. Sahibkar üçün bu alətin istifadə edilməsinin əsas üstünlükləri gündəlik bank əməliyyatlarını optimallaşdırmaq, xərcləri planlaşdırmaq və idarə etmək və əsas fokusu öz biznesinin inkişafı ilə bağlı ən önəmli olan strateji aspektlər üzərində cəmləşdirməkdən ibarətdir», - deyə A. Qolovko öz fikrini tamamlamışdır.

PAŞA Bank

Əmir Məmmədov

Korporativ Kommunikasiyalar Departamenti

Telefon: 012 496 5000

Elektron poçt ünvanı: amir.mammadov@pashabank.az

Bank haqqında

PAŞA Bank Azərbaycanın aparıcı korporativ bankı olaraq ölkə tərəfindən həyata keçirilən iqtisadiyyatın şaxələndirilməsi səylərinə uyğun olaraq Azərbaycanın qeyri-neft sektorunun genişləndirilməsi üçün bu sahədə fəaliyyət göstərən korporativ müştərilərinə xidmət göstərməkdən ibarət strateji məqsədlə 2007-ci ildə təsis olunmuşdur. Baş ofis və 7 Biznes-mərkəzləri ilə təmsil olunan PAŞA Bankda 600-dən çox əməkdaş çalışır.

2011, 2012 və 2013-cü illərdə PAŞA Bank beynəlxalq maliyyə jurnalı EMEA Finance tərəfindən "Azərbaycanın Ən Yaxşı İnvestisiya Bankı" mükafatına layiq görülmüşdür. 2014-cü ildə Bank WorldFinanceMagazine tərəfindən “Azərbaycanın ən yaxşı kommersiya bankı”, “Azərbaycanın ən yaxşı bank qrupu”, “Azərbaycanın ən yaxşı fərdi bankı” mükafatları ilə təltif edilmişdir. 2016-ci ildə Bank "WorldFinance" jurnalı tərəfindən "Ən Yaxşı Bank Qrupu" və "Ən yaxşı Kommersiya Bankı", GlobalFinance jurnalı tərəfindən isə "Azərbaycanın ən yaxşı bankı" mükafatı ilə təltif olunmuşdur. 2017-ci ildə isə PAŞA Bank GlobalFinance tərəfindən “Azərbaycanın ən yaxşı bankı” adına, EMEA Finance tərəfindən “Azərbaycanın ən yaxşı bankı” mükafatına, “Mərkəzi və Şərqi Avropa və MDB ölkələri üzrə Korporativ sosial cavabdehlik” mükafatına və “Azərbaycanın ən yaxşı investisiya Bankı” mükafatlarına, Euromoney tərəfindən “Azərbaycanın ən yaxşı bankı” adına layiq görülmüşdür.

PAŞA Bank Azərbaycanın iri investisiya holdinqi olan və sığorta, inşaat, inşaat materiallarının istehsalı, turizm və eləcə də biznesin digər sahələrində geniş təmsil olunan PAŞA Şirkətlər Qrupunun bir hissəsidir.

www.pashabank.az