Şirkətin müştəri xidmətləri mərkəzlərində xüsusi qayğıya ehtiyacı olan vətəndaşlara növbəsiz xidmət göstərilir

Cəmiyyətimizdə fiziki məhdudiyyətli insanların inteqrasiyasına və sosial reablitasiyasına dəstək olmaq məqsədilə çoxsaylı sosial layihələr reallaşdırmış Azercell Telekom bu sahədə daha bir xeyirxah və innovativ təşəbbüslə çıxış edir. Belə ki, Azercell-in Müştəri Xidmətləri mərkəzlərində əlillər üçün Q-matik aparatında xüsusi növbədənkənar düymə yerləşdirib. Şirkətin B.Bagırova 2 və Tağıyev 26A ünvanında yerləşən Müştəri Xidmətləri mərkəzlərinə müraciət edən xüsusi qayğıya ehtiyacı olan bütün əlil abunəçilər artıq bu imkandan yararlana bilirlər.Məlumat üçün deyək ki, B.Bagırova, 2 ünvanında yerləşən ofisdə bu yenilik artıq aprel ayından, Tağıyev 26A ünvanında yerləşən ofisdə isə iyun ayından tətbiq olunur və indiyə qədər 100-dən artıq fiziki məhdudiyyətli abunəçiyə xidmət göstərilib. Şirkət ilin sonuna qədər digər Müştəri Xidmətləri ofislərində də bu xidməti istifadəyə verəcək.

Qeyd edək ki, hazırda dünya əhalisinin təxminən 15 faizini fiziki məhdudiyyətli insanlar təşkil edir. Azərbaycanda isə 6 min nəfərə yaxın əlil, o cümlədən 72 min sağlamlıq imkanları məhdud uşaq qeydə alınıb. Azercell əlil uşaqların reabilitasiya yolu ilə cəmiyyətə inteqrasiya olunmasına yardım göstərmək məqsədilə 2014-cü ildən Uşaq Paralimpiya Komitəsinə dəstək verir. Eyni zamanda Mobil Göz və Mobil Dİş Klinikaları vasitəsilə hər ay onlarla əlil vətəndaşlarımız pulsuz müayinə və müalicə edilir. Azercell-in 2013-cü ildə Böyük Vətən, Əfqanistan və Qarabağ müharibəsi iştirakçıları üçün yaratdığı Veteran tarifi isə 40 minə qədər abunəçiyə güzəştli rabitə xidmətindən yararlanmağa imkan verir.

Ölkənin lider mobil operatoru Azercell Telekom öz social məsuliyyət strategiyasında insan həyatının keyfiyyətinin artırılması, texnnologiyalar vastəsilə insan həyatının asanlaşdırılması prinsiplərini əsas tutaraq bu sahədə təşəbbüs və layihələrini davam etdirəcək.

Daha ətraflı məlumat üçün news@mcs.az ünvanına müraciət edə bilərsiniz

Azərbaycanın mobil rabitə sektorunun lideri və qeyri-neft sektorunun ən böyük vergi ödəyicisi və sərmayəçisi Azercell Telekom MMC 1996-cı ildə təsis edilmişdir. Azərbaycanın mobil rabitə sektorunda 48% bazar payına malik olan Azercell-in şəbəkəsi ölkə ərazisinin 80% (işğal altında olan 20% ərazi istisna olmaqla), əhalinin isə 99,8% əhatə edir. Hazırda 4,5 milyon abunəçi Azercell-in xidmətlərindən istifadə edir. Ölkəyə bir sıra yenilikləri ilk dəfə olaraq məhz Azercell gətirib: GSM texnologiyası, öncədən ödəmə sistemi, mobil internet xidmətləri, metropoliten ərazisində şəbəkənin qurulması, 24/7 Telefon Mərkəzi, həftənin 7 günü fasiləsiz ön ofis xidmətləri, M2M xidmətləri, 1 nöqtədə 3 xidmət göstərən Azercell Ekspres ofisləri, mobil müştəri xidmətləri, onlayn müştəri xidmətləri və sosial media üzərindən müştəri xidmətləri, mobil elektron imza xidməti “Asan İmza” və s. 2012-ci ildə Azercell ölkədə ilk dəfə 4G xidmətini təqdim etmişdir. Radio siqnalların şəbəkə keyfiyyətini ölçən və simsiz rabitənin əhatə dairəsi üzrə ixtisaslaşan beynəlxalq sistemlər tərəfindən aparılmış araşdırmaların nəticələrinə əsasən, Azercell şəbəkəsi Azərbaycanın mobil operatorları arasında ən yüksək göstəricilər nümayiş etdirmişdir. Azercell ölkədə və MDB məkanında beynəlxalq “İnvestors İn People” İnsana Sərmayə Qızıl Sertifikatına layiq görülən yeganə şirkətdir.