azercell_2

"Social Innovation Lab" ("Sil.")  innovasiya mərkəzinin əsas təşkilatçılığı və "Azercell Telekom" MMC-nin Barama İnnovasiya və Sahibkarlıq Mərkəzinin dəstəyi ilə dünyanın ən böyük "cleantech" (təmiz texnologiya) proqramı olan "ClimateLaunchpad"-ın final mərhələsi keçirilib.  Burada 3 ölkə, 2 akademiya, 9 universitet, 3 məktəbvə 4 şəhəritəmsiledən 15 startap komandası mübarizə aparıb.

Qalib olan 3 komanda 1-2 Noyabr 2018-ci ildə Şotlandiyanın paytaxtı Edinburq şəhərində keçiriləcək beynəlxalq finalda ölkəmizi təmsil edəcək. Eyni zamanda bu il Azərbaycandan proqrama qəbul olunacaq 10 startap İsveçrədə 18 aylıq akselerator (95,000 avro investisiya ilə) proqramı və pul mükafatları uğrunda yarışacaqlar. Dünya Finalında ilk 10 yeri tutan startap layihələri kiçik ideyaların böyük bizneslərə çevrildiyi 18 aylıq "Climate-KIC Accelerator" proqramına qəbul olunacaqlar. Bu akselerator proqramında hər bir layihəyə üç mərhələdə 95,000 avro maliyyə dəstəyi verilir.

Bundan əlavəi sə, "Grand Finale"-da ilk 3 yerə çıxan komandalar pul mükafatları qazanacaqlar:

– Birinci yer: 10,000 avro,

– İkinci yer: 5,000 avro,

– Üçüncü yer: 2,500 avro.

– Hər biri 5,000 avro olmaqla 5 fərqli mövzu mükafatı (cəmi: 25,000 avro)azercell_4

– Dünya Finalında Azərbaycanı təmsil edəcək 3 startap komandasının bütün xərcləri qarşılanır.

Qeyd edək ki, 2014-cü ildən başlayaraq hər il keçirilən proqram Azərbaycanda artıq ikinci dəfə baş tutur. İştirak edən 46 ölkə arasında "ClimateLaunchpad" tarixində ən çox müraciət alan ölkə bu il 83 layihə ilə Azərbaycandır. Xatırladaq ki, ötən il 35 ölkənin iştirak etdiyi "ClimateLaunchpad" proqramında Azərbaycandan 13 startap qəbul olaraq 10 həftəlik akselerator proqramdan keçib. Ölkə finalında "ən yaxşı 3 startap" dünya finalında Azərbaycanı təmsil edərək 105 startap içərisində ən yaxşı 15 startapdan biri olmağa nail olub və hazırda Edinburq şəhərində "Greenhouse" inkubasiya proqramında layihələrini inkişaf etdirirlər. Ölkəmizdə hər kəs tərəfindən adı fəxrlə çəkilən "Rainergy" layihəsinin təsisçisi Reyhan Camalova öz layihəsi üzərində məhz "ClimateLaunchpad" proqramında iştirak etmək üçün düşünməyə başladı, proqrama seçilən uğurlu layihələrdən biri oldu və məhz "ClimateLaunchpad" proqramı çərçivəsində öz layihəsini inkişaf etdirərək ölkə finalında tamaşaçıların ən bəyənilən layihəsi mükafatını qazandı. azercell_1Proqramdan sonra "ClimateLaunchpad"–ın davam edən mentor dəstəyi vasitəsilə proqramının mentorlarından biri "Sil." həm-təsisçisi Leyla Tağızadə ilə birlikdə Qlobal Sahibkarlıq Sammitində iştirak etdi və təşəbbüsünə görə İvanka Tramp tərəfindən tərif aldı. Ən son isə Reyhan Camalova öz layihəsi ilə Forbes jurnalın 2018-ci il üçün ən gənc (Forbes Under 30) ixtiraçı və sahibkarlarından biri oldu.

Məlumat üçün bildirək ki, "ClimateLaunchpad" proqramının Azərbaycanda rəsmi təşkilatçısı "Social Innovation Lab" (Sil.)  innovasiya mərkəzidir, əsas tərəfdaşları "Azərkosmos" Açıq Səhmdar Cəmiyyəti və EY Azerbaijan (Qızıl Sponsor) qurumlarıdır. Barama İnnovasiya və Sahibkarlıq Mərkəzi proqramın bürünc sponsorudur.

Layihə çərçivəsində komandaları qida ilə "Özsut" restoranlar şəbəkəsi təmin edib. Tədbirin Media dəstəyi isə Technote Media, Edumap və Real TV-yəməxsusdur,

məkan tərəfdaşları isə Fransız-Azərbaycan Universiteti və SUP akseleratordur.azercell_3

Layihə barədə əlavə məlumatla https://climatelaunchpad.org/countries/azerbaijan/​ tanış ola bilərsiniz.



Daha ətraflı məlumat üçün [email protected] ünvanına müraciət edə bilərsiniz 

Azərbaycanın mobil rabitə sektorunun lideri və qeyri-neft sektorunun ən böyük vergi ödəyicisi və sərmayəçisi Azercell Telekom MMC 1996-cı ildə təsis edilmişdir. Azərbaycanın mobil rabitə sektorunda 48% bazar payına malik olan Azercell-in şəbəkəsi ölkə ərazisinin 80% (işğal altında olan 20% ərazi istisna olmaqla), əhalinin isə 99,8% əhatə edir. Hazırda 4,5 milyon abunəçi Azercell-in xidmətlərindən istifadə edir. Ölkəyə bir sıra yenilikləri ilk dəfə olaraq məhz Azercell gətirib: GSM texnologiyası, öncədən ödəmə sistemi, mobil internet xidmətləri, metropoliten ərazisində şəbəkənin qurulması, 24/7 Telefon Mərkəzi, həftənin 7 günü fasiləsiz ön ofis xidmətləri, M2M xidmətləri, 1 nöqtədə 3 xidmət göstərən Azercell Ekspres ofisləri, mobil müştəri xidmətləri, onlayn müştəri xidmətləri azercell_5və sosial media üzərindən müştəri xidmətləri, mobil elektron imza xidməti "Asan İmza" və s. 2012-ci ildə Azercell ölkədə ilk dəfə 4G xidmətini təqdim etmişdir. Radio siqnalların şəbəkə keyfiyyətini ölçən və simsiz rabitənin əhatə dairəsi üzrə ixtisaslaşan beynəlxalq sistemlər tərəfindən aparılmış araşdırmaların nəticələrinə əsasən, Azercell şəbəkəsi Azərbaycanın mobil operatorları arasında ən yüksək göstəricilər nümayiş etdirmişdir. Azercell ölkədə və MDB məkanında beynəlxalq "İnvestors İn People" İnsana Sərmayə Qızıl Sertifikatına layiq görülən yeganə şirkətdir.