Ölkənin mobil kommunikasiya bazarının lideri Azercell Telekom tərəfindən ölkəmizdə gənclər üçün sahibkarlıq mühitinin inkişafına dəstək məqsədilə yaradılan Barama İnnovasiya və Sahibkarlıq Mərkəzi daha bir yerli startapın fəaliyyətinə təkan vermis oldu.

Onbranch startapının təqdim etdiyi yeni layihəyə əsasən Azercell şirkətinin “GəncOl!" loyallıq proqramı Onbranch mobil tətbiqinə inteqrasiya ediləcək. Beləliklə, "GəncOl!" abunəçiləri Onbranch tətbiqini yükləməklə yaxınlıqda olan endirimlər və aksiyalar barədə dərhal məlumat ala biləcəklər. Bununla yanaşı, abunəçilər üzv olduqları "GəncOl!" platforması ilə daha sıx və faydalı təması məhz Onbranch üzərindən qura biləcəklər. Startapın texniki imkanları vasitəsilə loyallıq sisteminin daha çevik, effektiv və əlçatan olması nəzərdə tutulur. Mobil tətbiq vasitəsilə loyallıq proqramına qoşulmaq və sərfəli endirimlərdən yararlanmaq üçün “GəncOl!” tarifinin abunəçiləri https://onbranch.com/gencol linkinə daxil ola bilərlər.

Xatırladaq ki, Onbranch "Baku Business Factory"-nin dəstəklədiyi layihələrdən biridir və Azercell Telekom-un Barama İnnovasiya və Sahibkarlıq Mərkəzinin təşkilatçılığı və PAŞA Bank, Patent və Əmtəə Nişanları Mərkəzi, İsveçrənin Azərbaycandakı səfirliyi, eləcədə ADA Universitetinin dəstəyi ilə keçirilən "Seedstars World" müsabiqəsinin qalibi elan olunaraq Azərbaycanın ən yaxşı startapı seçilib.

Azərbaycan biznes mühitində innovasiyaları artırılması, rəqəmsal və sahibkarlıq ekosistemini inkişafı istiqamətində fəaliyyət göstərən Barama mərkəzinin məqsədi bundan sonra da startapların öz bizneslərini qurmasına, innovativ xidmət göstərməsinə və yeni müştəriləri əldə etməsinə dəstək olmaqdır.

Dahaətraflıməlumatüçünnews@mcs.azünvanınamüraciətedəbilərsiniz

Azərbaycanınmobilrabitəsektorununliderivəqeyri-neftsektorununənböyükvergiödəyicisivə sərmayəçisi Azercell Telekom MMC 1996-cı ildətəsisedilmişdir. Azərbaycanınmobilrabitəsektorunda 48% bazar payınamalikolan Azercell-in şəbəkəsiölkəərazisinin 80% (işğalaltındaolan 20% əraziistisnaolmaqla), əhalininisə 99,8% əhatəedir. Hazırda 4,5 milyonabunəçi Azercell-in xidmətlərindənistifadəedir. Ölkəyəbirsırayenilikləri ilk dəfəolaraqməhz Azercell gətirib: GSM texnologiyası, öncədənödəməsistemi, mobil internet xidmətləri, metropolitenərazisindəşəbəkəninqurulması, 24/7 TelefonMərkəzi, həftənin 7 günüfasiləsizönofisxidmətləri, M2M xidmətləri, 1 nöqtədə 3 xidmətgöstərən Azercell Ekspresofisləri, mobilmüştərixidmətləri, onlaynmüştərixidmətlərivəsosial media üzərindənmüştərixidmətləri, mobilelektronimzaxidməti “Asanİmza” və s. 2012-ci ildə Azercell ölkədə ilk dəfə 4G xidmətinitəqdimetmişdir. Radio siqnallarınşəbəkəkeyfiyyətiniölçənvəsimsizrabitəninəhatədairəsiüzrəixtisaslaşanbeynəlxalqsistemlərtərəfindənaparılmışaraşdırmalarınnəticələrinəəsasən, Azercell şəbəkəsiAzərbaycanınmobiloperatorlarıarasındaənyüksəkgöstəricilərnümayişetdirmişdir. Azercell ölkədəvə MDB məkanındabeynəlxalq “İnvestors İn People” İnsanaSərmayəQızılSertifikatınalayiqgörülənyeganəşirkətdir.