
"Azercell Telekom" MMC Azərbaycanda idarəetmə və dayanıqlı inkişaf sahəsində "Ən yaxşı şirkət" kimi ödülləndirildi
Uğurlu fəaliyyəti ilə yerli və beynəlxalq təşkilatların diqqətini özünə cəlb edən Azərbaycanın lider mobil operatoru "Azercell Telekom" MMC "Qlobal Liderlər Klubu" tərəfindən Azərbaycanda idarəetmə və dayanıqlı inkişaf sahəsində "Ən yaxşı şirkət", Vahid Mürsəliyev isə "İlin rəhbəri" kimi ödülləndiriliblər. "Qlobal Liderlər Klubu"-nun Barselonada keçirilən xüsusi tədbirində mükafat Azercell-in prezidenti Vahid Mürsəliyevə təqdim olunub.
"Qlobal Liderlər Klubu"nun təntənəli təltifetmə mərasimində çıxış edən "Azercell Telekom" MMC-nin prezidenti Vahid Mürsəliyev təşkilatçılara və münsiflər heyətinə yüksək mükafata və etimada görə təşəkkür edərək təşkilatların idarə olunmasında inkişaf göstəricisi olan beynəlxalq mükafatlar şirkət üçün həm qürür verici, həm də olduqca məsuliyyətli olduğunu bildirib. "Azercell Telekom öz biznesində cəmiyyətin dayanıqlı inkişafına xüsusi önəm verən şirkətdir. Bu sahədə bizim məqsədimiz telekommunikasiya və yeni həlləri vasitəsilə insan həyatını asanlaşdırmaq, onun keyfiyyətini artırmaqdır. Azercell-in fəaliyyətinə beynəlminəl səviyyədə qiymət verilməsi bizim üçün həm şirkəti, həm də Azərbaycanı beynəlxalq arenada tanıtmaq üçün daha bir imkandır" deyə şirkət prezidenti bildirib.



Daha ətraflı məlumat üçün news@mcs.az ünvanına müraciət edə bilərsiniz
Azərbaycanın mobil rabitə sektorunun lideri və qeyri-neft sektorunun ən böyük vergi ödəyicisi və sərmayəçisi Azercell Telekom MMC 1996-cı ildə təsis edilmişdir. Azərbaycanın mobil rabitə sektorunda 48% bazar payına malik olan Azercell-in şəbəkəsi ölkə ərazisinin 80% (işğal altında olan 20% ərazi istisna olmaqla), əhalinin isə 99,8% əhatə edir. Hazırda 4,5 milyon abunəçi Azercell-in xidmətlərindən istifadə edir. Ölkəyə bir sıra yenilikləri ilk dəfə olaraq məhz Azercell gətirib: GSM texnologiyası, öncədən ödəmə sistemi, mobil internet xidmətləri, metropoliten ərazisində şəbəkənin qurulması, 24/7 Telefon Mərkəzi, həftənin 7 günü fasiləsiz ön ofis xidmətləri, M2M xidmətləri, 1 nöqtədə 3 xidmət göstərən Azercell Ekspres ofisləri, mobil müştəri xidmətləri, onlayn müştəri xidmətləri və sosial media üzərindən müştəri xidmətləri, mobil elektron imza xidməti "Asan İmza" və s. 2012-ci ildə Azercell ölkədə ilk dəfə 4G xidmətini təqdim etmişdir. Radio siqnalların şəbəkə keyfiyyətini ölçən və simsiz rabitənin əhatə dairəsi üzrə ixtisaslaşan beynəlxalq sistemlər tərəfindən aparılmış araşdırmaların nəticələrinə əsasən, Azercell şəbəkəsi Azərbaycanın mobil operatorları arasında ən yüksək göstəricilər nümayiş etdirmişdir. Azercell ölkədə və MDB məkanında beynəlxalq "İnvestors İn People" İnsana Sərmayə Qızıl Sertifikatına layiq görülən yeganə şirkətdir.