2018-ci il noyabrın 1-də Azərbaycan Mədəniyyət Nazirliyinin Muzey Mərkəzində Azerbaijan Fashion Week - ölkənin rəsmi moda Həftəsinin 8-ci mövsümünün ilk günü keçirildi.

Azerbaijan Fashion Week təşkilatçıları, Azərbaycan Mədəniyyət Nazirliyinin Muzey Mərkəzi və şəxsən onun direktoru Liana Vəzirova ilə birgə əməkdaşlıqda, incəsənət fəzasında moda sintezinə qərar verdilər. Azerbaijan Fashion Week-in 8-ci mövsümü çərçivəsində, ziyarətçilər üçün Muzeyin ehtiyat rəflərində və şəxsi kolleksiyalarda olan, bir çoxu, heç vaxt geniş tamaşaçıya təqdim edilməmiş işlərdən yığılmış xüsusi ekspozisiya hazırlanmışdır. Bu ekspozisiya çərçivəsində təqdim edilmiş bütün işlərdə dəb və stilin elementləri öz təcəssümünü tapmışdır. Muzey Mərkəzi azərbaycan rəssamlarının, həmçinin "Kukla" Art-Qalereyasının sahibi Lalə Kazımovanın və Muzey Mərkəzinin direktoru Liana Vəzirovanın kolleksiyasından olan, müəllif kuklalarının geniş sərgisini hazırlamışdır. Ekspozisiya çərçivəsində aşağıdakı müəlliflərin işləri təqdim olunmuşdur: Pərviz Hüseynov və İrina Gundorina (Azərbaycan), Qalina Dmitruk (Belarus), Mari Şimizu (Yaponiya), Gulya Alekseeva (Rusiya), Anastasiya Yanovskaya (Rusiya), Nataliya Grant (Rusiya). Ekspozisiyada, həmçinin Sara Manafova, İrina Eldarova, Nazim Yunusov, Elşən Sərxanoğlu, MirAslan Zeyn, Vüqar Əli, Emin Əsgərov, Fərhad Yalquzaq, Ücal Haqverdiyev, Rəhim Haşımov, Leyla Altunay, Elşən Qaraca, Turan Muxtarzadə, Tamilla Həsənova, Ceyhun Dosıyev, Vasif Hüseynov, Leyla Şirəli, Jalə Həsənova, Ayla Ağayeva, Şamirə Ağayeva, Lalə Şükürova, Gülnarə Əliyeva, Arzu Maxmudova, Nərmin Quluzadə və s. Azərbaycan rəssamlarının işləri təqdim olunmuşdur.

Azerbaijan Fashion Week-in 8-ci mövsümünün birinci günü Azərbaycan markası olan Kaftan-ın nümayişiylə açıldı. Başlanğıcda podiuma parlaq və dolğun rəngli qısa don geyinmiş modellər çıxdı. Sonra Kaftan atelyesinin sənətkarları tamamilə fərqli fasonlarda geyim yaratmaq bacarıqlarını bütünlüklə nümayiş etdilər, amma bütün bu fərqliliklər arasındakı ortaq xətt - əksər hallarda gümüşü, bəzən də qızıl suyuna salınmış rəngli parlaq dekor elementləri idi. Və hərçənd ki, AFW-nin səkkizinci mövsümü çərçivəsində markalar yaz-yay kolleksiyalarını nümayiş edirlər, şübhəsiz ki, bu şou zamanı nümayiş olunan geyimlər daha tez alınacaq və geyiniləcək - məsələn, qarşıdan gələn yeni il bayramına, məhz bu qədər, onlar təmtəraqlı və bayram abu-havasına uyğun görsənir.

Azerbaijan Fashion Week tarixində ilk dəfə, Azərbaycan markası olan Çəkməçi birinci gün çərçivəsində kişi və qadın ayaqqabılarının nümayişini təşkil etdi. Brend həm klassik, həm də casual stillərdə olan ayaqqabıları nümayiş etdi. Top stilist Fuad Hacıyevin, "The Best Model of the World 2007" titulunun sahibi Rüstəm Cəbrayılovun və "Avroviziya 2011" müsabiqəsinin qalibi Eldar Qasımovun iştirakı nümayişin bəzəyi oldu.

Həm düzxətli, həm də daha sərbəst biçimli monoton şalvarlı kostyumlar Azərbaycan markası Meeamee-nin nümayişinin baş qəhrəmanları oldu. Nümayişdə asimmetriya, yüksək bel və xəzlə işləmə kimi elementlərə də tez-tez rast gəlmək olardı. Nəticədə, Azərbaycan üçün çox zəngin və qeyri-adi bir kolleksiya alındı ki, bu da, stilistika və seçilmiş rəng çalarlarına görə, postsovet məkanında ən dəbli adlandırılan, bizim yaxın qonşularımıza daha çox yaxındır. Demək ki, Azərbaycan stili haqqında yaranmış stereotipləri qirmaq vaxtı gəlib çatmışdır!

Orta Asiyada bizim sevdiyimiz etnik olan nə varsa, ilk günün son nümayişində Tacikistan markası olan SK Collection tərəfindən artıqlamasıyla göstərildi. Dizayner Xurşed Sattorov öz yaradıcılığı ilə Həftənin qonaqlarını günəşli Düşənbə şəhərinə səyahətə apardı. Təbii parçalardan istifadə – emal edilmiş yun, ipək və kətan, həmçinin bu region üçün ənənəvi ikat parça, milli printlər, zəngin naxışlı tikişlər, şərq zərgərlik bəzəkləriylə vurğulanmış stil – bütün bunlar nümayişi ən parlaq nümayişlərdən birinə çevirdi.

Nümayişlər bitdikdən sonra, iştirakçılar və Həftənin qonaqları fransız mətbəxi təqdim edən L'Avenue restoranına, afterparty-ya getdilər, orada Teymur və Cahangir Suleymanbəylinin canlı ifası müşayiəti altında lüks və sakit şərayitdə nəfis kokteyl və qəlyanaltılardan həzz alırdılar.

Bu gün, 2 noyabrda, Azerbaijan Fashion Week öz işinə davam edəcək. Nümayişlərin ikinci günü çərçivəsində öz dəbli yaradıcılığını tamaşaçılara növbəti markalar təqdim edəcək: A.Sain, Elian Couture, Le Veine, Noora, Ayshan Habibova və Aya Bapani.

Əlavə məlumat və akkreditasiya üçün: press@afw.az