Növbəti ildə Azercell 4G əhatə dairəsinin genişləndirilməsi işlərini davam etdirəcək

Yola saldığımız 2018-ci il “Azercell Telekom” MMC üçün uğur və nailiyyətlərlə yadda qalan bir il oldu. Bu il ərzində şirkət tərəfindən şəbəkənin gücləndirilməsi və əhatə dairəsinin genişləndirilməsi, ölkənin bütün bölgələrində abunəçilərin yüksək sürətli internetlə təmin olunması məqsədilə ardıcıl işlər görülüb, respublikanın bir çox bölgələrində yeni 4G stansiyaları quraşdırılıb. Nəticədə ölkə boyunca LTE istifadəçilərinin sayı artaraq, 1 milyonu keçib. Bu, Azercell-in təqdim etdiyi keyfiyyət və xidmət səviyyəsini nümayiş etdirən mühüm göstəricidir.

2018-ci ilin ikinci yarısında dünya bazarında aparıcı mobil rabitə avadanlığı istehsalçıları olan Ericsson və Nokia şirkətləri ilə Azercell şəbəkəsinin əhatə dairəsinin genişləndirilməsi, tutumunun və keyfiyyətinin artırılması üzrə mühüm müqavilələr bağlanılıb. Müqavilə çərçivəsində il ərzində Azərbaycanın daha 30 bölgəsində Azercell-in 4G şəbəkəsi qurulub. Hazırda Bakı və Abşeron yarımadası ilə yanaşı 42 bölgədə Azercell-lilər 4G şəbəkəsindən rahat istifadə edə bilirlər. Bütün bunlar Azercell abunəçilərinə sürətli internet xidmətinin üstünlüklərindən yararlanmaq imkanı verir.

Beləliklə, ölkədə 4G xidmətini ilk dəfə abunəçilərinə təqdim edən və Azərbaycanın bütün bölgələrini yüksək sürətli mobil internetlə təmin etməyi hədəfləyən Azercell-in 2018- ci ildə 4G əhatə dairəsi 2 dəfə genişlənib, mobil internetdən istifadə həcmi isə 50% artıb.

Azercell radio şəbəkəsində genişləndirmə ilə yanaşı, bir sıra keyfiyyət göstəricilərini yaxşılaşdırmaq yönündə optimallaşdırma tədbirlərini də həyata keçirib. Bu tədbirlər şəbəkə kəsintilərinin qarşısının alınması, həmçinin internet sürətinin artırılmasına yönəldilib.

Geridə qalan ildə Azercell ölkə daxilində abunəçilərini yüksək sürətli internetlə təmin etməklə yanaşı Rominqdə İnternet Paketləri layihəsini də istifadəyə verib. Bununla da şirkət istifadəçilərin səfər və səyahətlər zamanı üzləşə biləcəyi yüksək internet xərcləri ilə bağlı xoşağəlməz halların qarşısını alıb. Belə ki, səyahət zamanı Azercell abunəçiləri 50 ölkədə, 67 operator şəbəkəsində 1 GB və 400 MB həcmində təklif olunan Rominq İnternet paketlərilə sürətli internetdən faydalana bilərlər.

Ölkənin mobil kommunikasiya sektorunun lideri olan “Azercell Telekom” MMC 2019-cu ildə də abunəçilərinin yüksək keyfiyyətli xidmətlər və texnoloji yeniliklərlə təmin olunması istiqamətində fəaliyyətini davam etdirəcək.

Daha ətraflı məlumat üçün news@mcs.az ünvanına müraciət edə bilərsiniz

Azərbaycanın mobil rabitə sektorunun lideri və qeyri-neft sektorunun ən böyük vergi ödəyicisi və sərmayəçisi Azercell Telekom MMC 1996-cı ildə təsis edilmişdir. Azərbaycanın mobil rabitə sektorunda 48% bazar payına malik olan Azercell-in şəbəkəsi ölkə ərazisinin 80% (işğal altında olan 20% ərazi istisna olmaqla), əhalinin isə 99,8% əhatə edir. Hazırda 4,5 milyon abunəçi Azercell-in xidmətlərindən istifadə edir. Ölkəyə bir sıra yenilikləri ilk dəfə olaraq məhz Azercell gətirib: GSM texnologiyası, öncədən ödəmə sistemi, mobil internet xidmətləri, metropoliten ərazisində şəbəkənin qurulması, 24/7 Telefon Mərkəzi, həftənin 7 günü fasiləsiz ön ofis xidmətləri, M2M xidmətləri, 1 nöqtədə 3 xidmət göstərən Azercell Ekspres ofisləri, mobil müştəri xidmətləri, onlayn müştəri xidmətləri və sosial media üzərindən müştəri xidmətləri, mobil elektron imza xidməti “Asan İmza” və s. 2012-ci ildə Azercell ölkədə ilk dəfə 4G xidmətini təqdim etmişdir. Radio siqnalların şəbəkə keyfiyyətini ölçən və simsiz rabitənin əhatə dairəsi üzrə ixtisaslaşan beynəlxalq sistemlər tərəfindən aparılmış araşdırmaların nəticələrinə əsasən, Azercell şəbəkəsi Azərbaycanın mobil operatorları arasında ən yüksək göstəricilər nümayiş etdirmişdir. Azercell ölkədə və MDB məkanında beynəlxalq “İnvestors İn People” İnsana Sərmayə Qızıl Sertifikatına layiq görülən yeganə şirkətdir.