Azercell-dən yeni Günlük Rominq İnternet paketi cəmi 3,90 AZN-a!

Azercell ölkə xaricində olan abunəçilərinin ən sərfəli rominq xidmətlərindən faydalanmaları üçün yeni Günlük Rominq İnternet paketini təklif edir. 29 mart tarixindən etibarən Azercell abunəçiləri 100 MB həcmində təqdim olunan Günlük Rominq İnternet paketindən cəmi 3,90 AZN ödəməklə yararlana bilər. Azercell-in Rominq İnternet paketləri abunəçilərə səfər və səyahətlər zamanı yarana biləcək gözlənilməz internet xərclərinin qarşısını almaqda yardımçı olur.

Qeyd edək ki, Azercell abunəçilərinə rominqdə internet xidmətindən faydalanmaq üçün daha 2 paket təklif edir: 19.90 AZN dəyərində 1GB və 9.90 AZN dəyərində 400MB həcmində internet paketləri.

Bu paketlər dünyanın ən çox ziyarət edilən 52 ölkəsində fəaliyyət göstərən 70-dən çox operatorun şəbəkəsində qüvvədədir və siyahı daim yenilənir. Əlavə olaraq, Türkiyə, Gürcüstan, ABŞ, Qətər, Belarus, Finlandiya, Özbəkistan, Yeni Zelandiya, BƏƏ və Çin kimi populyar istiqamətlərdə rominq internet paketləri bütün şəbəkələrdə etibarlı olduğundan, Azercell abunəçiləri prioritet operatoru seçmək zərurətinə ehtiyac qalmadan istənilən şəbəkədə internet xidmətindən yararlana bilər.

Azercell ilə rominqdə onlayn olmaq fürsətini qaçırmayın!

Azercell-in Rominq İnternet paketləri haqqında daha ətraflı məlumat üçün aşağıdakı keçidə daxil olun:

https://www.azercell.com/az/personal/roaming/internetroaming/

Daha ətraflı məlumat üçün news@mcs.az ünvanına müraciət edə bilərsiniz

Azərbaycanın mobil rabitə sektorunun lideri və qeyri-neft sektorunun ən böyük vergi ödəyicisi və sərmayəçisi Azercell Telekom MMC 1996-cı ildə təsis edilmişdir. Azərbaycanın mobil rabitə sektorunda 49% bazar payına malik olan Azercell-in şəbəkəsi ölkə ərazisinin 99.1% (işğal altında olan ərazilər istisna olmaqla), əhalinin isə 99,8% əhatə edir. Hazırda 4,5 milyon abunəçi Azercell-in xidmətlərindən istifadə edir. Ölkəyə bir sıra yenilikləri ilk dəfə olaraq məhz Azercell gətirib: GSM texnologiyası, öncədən ödəmə sistemi, mobil internet xidmətləri, metropoliten ərazisində şəbəkənin qurulması, 24/7 Telefon Mərkəzi, həftənin 7 günü fasiləsiz ön ofis xidmətləri, M2M xidmətləri, 1 nöqtədə 3 xidmət göstərən Azercell Ekspres ofisləri, mobil müştəri xidmətləri, onlayn müştəri xidmətləri və sosial media üzərindən müştəri xidmətləri, mobil elektron imza xidməti “Asan İmza” və s. 2012-ci ildə Azercell ölkədə ilk dəfə 4G xidmətini təqdim etmişdir. Radio siqnalların şəbəkə keyfiyyətini ölçən və simsiz rabitənin əhatə dairəsi üzrə ixtisaslaşan beynəlxalq sistemlər tərəfindən aparılmış araşdırmaların nəticələrinə əsasən, Azercell şəbəkəsi Azərbaycanın mobil operatorları arasında ən yüksək göstəricilər nümayiş etdirmişdir. Azercell ölkədə və MDB məkanında beynəlxalq “İnvestors İn People” İnsana Sərmayə Qızıl Sertifikatına layiq görülən yeganə şirkətdir.