Kitab və mütaliənin cəmiyyətimizdə təbliği, mütaliəyə münasibətin yaradıcı formalarının inkişafı və dəstəklənməsi, kino sahəsində istedadlı və yaradıcı gənclərin (rejissor, operator, rəssam, aktyor, qrimçi və s.) üzə çıxarılması, buktreylerlərin incəsənət və biznesdə bir istiqamət kimi inkişafı məqsədlərini daşıyan IVBuktreyler Festivalının qala gecəsi keçirilib.

Hər zaman yenilikçi təşəbbüsləri dəstəkləyənAzercell şirkəti festivalın əsas tərəfdaşı qismində çıxış edib. Festivalıntəşkilati dəstəkçiləri Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Beynəlxalq Muğam Mərkəzi, C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyası, təsisçisi və direktoru isə kinoaktyor Ruslan Sabirlidir.Qeyd edək ki, qalib buktreylerlər tanınmış incəsənət xadimlərinin daxil olduğu münsiflər heyəti tərəfindən dəyərləndirilmə əsasında seçilib.

Tədbirdə çıxış edən “Azercell Telekom” MMC-nin Korporativ Ünsiyyət şöbəsinin rəhbəri Nigar Şıxlinskaya rəqəmsallaşan dünyada kitabın ömrünün uzadılması, intellektual mədəniyyətin təbliği, mütaliənin, kitaba sevginin aşılanması kimi mühüm məqamların şirkət üçün böyük əhəmiyyət kəsb etdiyini vurğulayıb, bu tip təşəbbüslərin dəstəklənməsinin zəruri olmasını qeyd edib.

Qeyd edək ki, Elxan Elatlının “On dördüncü adam” romanına Sadiq Fərzəlibəylinin çəkdiyi buktreyler Azercell şirkəti tərəfindən “Ən Yaxşı Mobil Buktreyler” nominasiyası üzrə qalib seçilib və 1.000 AZN ilə mükafatlandırılıb. Qalib seçilən buktreyler və mükafatlar barədə ətraflı məlumatı https://www.booktrailer.az/ rəsmi internet səhifəsindən əldə etmək mümkündür.

Vurğulamaq istərdik ki, Azercell mütaliə mədəniyyətinin inkişafına, ədəbi irsimizin təbliğinə öz töhfəsini vermək üçün 2015-ci ildə Bookmate xidmətini abunəçilərin istifadəsinə təqdim edib. 850000-dən artıq kitabı özündə cəmləyən bu zəngin kitabxana mütaliəsevərlər arasında böyük rəğbətlə qarşılanıb. 2018-ci ildə isə Azercell tərəfindən Bookmate tətbiqi çərçivəsində kitabları səsli formatda dinləmək imkanı verən Audio kitab xidməti istifadəyə verilib.İlkin olaraq, klassik ədəbiyyat incilərimizin doğma dilimizdə səsləndirilərək, yer aldığı bu xidmətə gələcəkdə müsair ədəbiyyat nümunələrimiz də əlavə olunacaq.

Daha ətraflı məlumat üçün news@mcs.az ünvanına müraciət edə bilərsiniz

Azərbaycanın mobil rabitə sektorunun lideri və qeyri-neft sektorunun ən böyük vergi ödəyicisi və sərmayəçisi Azercell Telekom MMC 1996-cı ildə təsis edilmişdir. Azərbaycanın mobil rabitə sektorunda 48% bazar payına malik olan Azercell-in şəbəkəsi ölkə ərazisinin 80% (işğal altında olan 20% ərazi istisna olmaqla), əhalinin isə 99,8% əhatə edir. Hazırda 4,5 milyon abunəçi Azercell-in xidmətlərindən istifadə edir. Ölkəyə bir sıra yenilikləri ilk dəfə olaraq məhz Azercell gətirib: GSM texnologiyası, öncədən ödəmə sistemi, mobil internet xidmətləri, metropoliten ərazisində şəbəkənin qurulması, 24/7 Telefon Mərkəzi, həftənin 7 günü fasiləsiz ön ofis xidmətləri, M2M xidmətləri, 1 nöqtədə 3 xidmət göstərən Azercell Ekspres ofisləri, mobil müştəri xidmətləri, onlayn müştəri xidmətləri və sosial media üzərindən müştəri xidmətləri, mobil elektron imza xidməti “Asan İmza” və s. 2012-ci ildə Azercell ölkədə ilk dəfə 4G xidmətini təqdim etmişdir. Radio siqnalların şəbəkə keyfiyyətini ölçən və simsiz rabitənin əhatə dairəsi üzrə ixtisaslaşan beynəlxalq sistemlər tərəfindən aparılmış araşdırmaların nəticələrinə əsasən, Azercell şəbəkəsi Azərbaycanın mobil operatorları arasında ən yüksək göstəricilər nümayiş etdirmişdir. Azercell ölkədə və MDB məkanında beynəlxalq “İnvestors İn People” İnsana Sərmayə Qızıl Sertifikatına layiq görülən yeganə şirkətdir.