Kibertəhlükəsizlik və internetdən təhlükəsiz istifadə mövzusunun mühüm əhəmiyyət kəsb etdiyini nəzərə alan “Azercell Telekom” MMC bu istiqamətdə təlimlərin keçirilməsini davam etdirir

Ölkəmizin müxtəlif bölgələrində "İnternet təhlükəsizliyi və rəqəmsal vətəndaşlıq" təlimlərini təşkil edən şirkət bu dəfə Quba şəhəri, H.Əliyev adına 1 N-li tam orta təshil məktəbində6-9-cu sinif şagirdlərini, eləcə dəonların müəllim və valideynlərini bir araya gətirib. 13-17 may tarixlərini əhatə edən təlimlərdə iştirakçılara internetdə olan təhlükələr haqqında nəzəri və praktiki məlumatlar, məktəbdənkənar təhdidlərin tanınması, onlarla mübarizə yolları haqqında məsləhətlər verilib. “Azərbaycan Müəllim İnkişafı Mərkəzi” tərəfindən keçirilən və 137 nəfərin iştirakı ilə baş tutan təlimlərdə sosial şəbəkələrdən səmərəli istifadə ilə bağlı tövsiyələri, uşaqlar üçün yaradılmış resursların siyahılarını, uşaqlara, eləcə də böyüklərə internetdən təhlükəsiz istifadənin əsaslarını təlqin edən materiallar təqdim olunub. Bundan əlavə,təlimlərdə internetdəki təhlükəli oyunlar, ekstremizm çağırışları,insanların şəxsi və maliyyə məlumatlarınınoğurlanması kimi hallarla mübarizə yollarından bəhs edilib, internet təhlükəsizliyi, təhlükəsiz ev mühiti, şagirdlərin üzləşə biləcəyi çətinliklər haqqında ətraflı məlumat verilib.

Qeyd edək ki, virtual dünyada uşaqların təhlükəsizliyinin təmin edilməsi mövzusuna həssaslıqla yanaşan Azercell “Universal Müdafiə”, “Android üçün müdafiə” və “Valideyn nəzarəti” xidmətlərinin də yer aldığı “Azercell Plus Təhlükəsizlik” proqramını istifadəyə verib. Bu proqram uşağın sosial şəbəkələrdə paylaşımlarını, dostlar siyahısındakı dəyişiklikləri izləməyə, onun qoşulduğu qruplardan xəbərdar olmağa, həmçinin yerini müəyyənləşdirməyə və onun üçün təhlükəsiz ərazi yaratmağa imkan verir.

Daha ətraflı məlumat üçün news@mcs.az ünvanına müraciət edə bilərsiniz

Azərbaycanın mobil rabitə sektorunun lideri və qeyri-neft sektorunun ən böyük vergi ödəyicisi və sərmayəçisi Azercell Telekom MMC 1996-cı ildə təsis edilmişdir. Azərbaycanın mobil rabitə sektorunda 49% bazar payına malik olan Azercell-in şəbəkəsi ölkə ərazisinin 99.1% (işğal altında olan ərazilər istisna olmaqla), əhalinin isə 99,8% əhatə edir. Hazırda 4,5 milyon abunəçi Azercell-in xidmətlərindən istifadə edir. Ölkəyə bir sıra yenilikləri ilk dəfə olaraq məhz Azercell gətirib: GSM texnologiyası, öncədən ödəmə sistemi, mobil internet xidmətləri, metropoliten ərazisində şəbəkənin qurulması, 24/7 Telefon Mərkəzi (*1111), həftənin 7 günü fasiləsiz ön ofis xidmətləri, M2M xidmətləri, 1 nöqtədə 3 xidmət göstərən Azercell Ekspres ofisləri, mobil müştəri xidmətləri, onlayn müştəri xidmətləri və sosial media üzərindən müştəri xidmətləri, mobil elektron imza xidməti “Asan İmza” və s. 2012-ci ildə Azercell ölkədə ilk dəfə 4G xidmətini təqdim etmişdir. Radio siqnalların şəbəkə keyfiyyətini ölçən və simsiz rabitənin əhatə dairəsi üzrə ixtisaslaşan beynəlxalq sistemlər tərəfindən aparılmış araşdırmaların nəticələrinə əsasən, Azercell şəbəkəsi Azərbaycanın mobil operatorları arasında ən yüksək göstəricilər nümayiş etdirmişdir. Azercell ölkədə və MDB məkanında beynəlxalq “İnvestors İn People” İnsana Sərmayə Qızıl Sertifikatına layiq görülən yeganə şirkətdir.