Beynəlxalq araşdırmalara əsasənAzercell Telekom-un LTE şəbəkəsi ən yüksək keyfiyyət nümayiş etdirir.

Azərbaycana yeni bağlantı erasını vəd edən və bu məqsədlə dünyanın yeni texnoloji nailiyyətlərini ölkədə ilk olaraq tətbiq edən Azercell Telekom 2019-cu il ərzində ölkə üzrə yüksəksürətli mobil internetin əhatəsini 364% genişləndirdi. Hazırda ölkənin 60-a yaxın bölgəsi Azercell-in LTE şəbəkəsinin əhatə dairəsindədir və bu rəqəm gündən-günə yüksəlməkdə davam edəcək. Lider operator LTE şəbəkəsini gücləndirərək və genişləndirərək son bir ildə əhali əhatəsində 118%, coğrafi ərazi əhatə dairəsinisə 364% yüksəlişə nail olub. Həmçinin, bir il ərzində LTE şəbəkəsi üzərindən data istifadəsində 256% yüksəliş qeyd olunub. Son birildə Azercell-in1129 yeni LTE stansıyası quraşdırılıb. Azercell şəbəkəsində 4G/LTE traffiki ümumi data trafikin 46%-ni təşkil edir ki, bu da ötən ilin muvafiq dövrü ilə müqayisədə 26% artım deməkdir.

Avropanın Systemics şirkəti tərəfindən ölkə üzrə aparılan müstəqil bençmark testi nəticəsində Azərbaycanın bütün regionları üzrə Azercell sirkətinin daha ustün 4G/LTE xidməti göstərdiyi təsdiq olunub.

“Azercell özünün 4G şəbəkəsini 100% genişləndirməklə paytaxt və regionlarda bütün əhali üçün sürətli mobil data istifadəsini əlçatımlı və rahat etməyi hədəfləyir. İstifadəçilərimizi ən sürətli mobil internetə alışdıraraq və şəbəkəmizi ən müasir səviyyəyə gətirərək biz artıq növbəti texnoloji mərhələyə keçidin hazır olduğunu bəyan edə bilərik. Bu yaxınlarda Azercell-in ilk olaraq test rejimində təqdim etdiyi 5G şəbəkəsi bizim rəqəmsallaşma və gələcəyin bağlantılı cəmiyyəti üçün apardığımız təşəbbüslərin məntiqi nəticəsidir.”-deyə Azercell Telekom-un Şəbəkə Texnologiyaları Departamentinin direktoru Marat Həmidov bildirib.

Qeyd edək ki, bu ilin noyabr ayının 12-də ölkədə ilk olaraq 5G şəbəkəsini test rejimində təqdim edən Azercell Telekom ən yeni nəsl mobil rabitə texnologiyası üzrə araşdırmaları davam etdirərək gələcəkdə bu şəbəkənin tam olaraq təşkilini həyata keçirməyi planlaşdırır.

Daha ətraflı məlumat üçün news@mcs.az ünvanına müraciət edə bilərsiniz

Azərbaycanın mobil rabitə sənayesinin lideri və qeyri-neft sektorunun ən böyük vergi ödəyicisi və sərmayəçisi “Azercell Telekom” MMC 1996-cı ildə təsis edilmişdir. Hazırda 4,9 milyon abunəçi Azercell-i seçir. Bazar payı 49%; ölkə ərazisi üzrə əhatə dairəsi: 99.2% (işğal altında olan ərazilər istisna olmaqla); ölkə əhalisi üzrə əhatə dairəsi: 99,8% təşkil edir.Ölkəyə bir sıra yenilikləri ilk dəfə olaraq məhz Azercell gətirib: GSM texnologiyası, öncədən ödəmə sistemi, mobil internet xidmətləri, 24/7 Telefon Mərkəzi (*1111), 7/7 Ön Masa xidmətləri, Azercell Ekspres ofisləri, M2M, 4G texnologiyası, mobil və onlayn müştəri xidmətləri, sosial media üzərindən müştəri xidmətləri, mobil elektron imza xidməti “Asan İmza” və s. Azercell-in sürətlə böyüyən 4G şəbəkəsi Bakı və Abşeron da daxil olmaqla, ölkənin 60-a yaxın bölgəsini əhatə edir. Radio siqnalların şəbəkə keyfiyyətini ölçən və simsiz rabitənin əhatə dairəsi üzrə ixtisaslaşan beynəlxalq sistemlər tərəfindən aparılmış araşdırmaların nəticələrinə əsasən, Azercell-in 4G şəbəkəsi Azərbaycanın mobil operatorları arasında ən yüksək göstəricilər nümayiş etdirmişdir. Azercell ölkədə və MDB məkanında beynəlxalq “İnvestors İn People” İnsana Sərmayə Qızıl Sertifikatına layiq görülən yeganə şirkətdir.