Lider mobil operator “Audio Kitab” layihəsində dahi şairin əsərlərini üç dildə təqdim etdi.

Fəaliyyəti boyu Azərbaycanın mədəni irsinin qorunubsaxlanmasına yönəlik təşəbbüs və layihələrə xüsusi önəm verən Azercell Telekom bu ilin əsas mədəniyyət hadisəsinə də öz rəqəmsal töhfəsini qatır.

Bildiyimiz kimi,ən görkəmli şairlərimizdən biri olan İmadəddin Nəsiminin 650 illik yubileyi şərəfinə Azərbaycan Respublikası Prezidentinin rəsmi sərəncamına əsasən 2019-cu il ölkəmizdə “Nəsimi ili” elan edilib. Dahi Nəsimini xarici oxucularada daha yaxından tanıtmaq, onun yaradıcılığını müasir mütaliə vasitələri ilə təbliğ etmək məqsədi ilə şairin qəzəlləri üç dildə səsləndirilərək “Bookmate” proqramının “Audiobook” (“Audio Kitab”) bölümünə yüklənilib. Artıq Azercell-in təqdim etdiyi “Bookmate” mobil tətbiqindən istifadə edən hər kəsdil daşıyıcıları tərəfindən səsləndirililən Nəsimi irsindən zövq ala bilər. Qey edək ki, şairin irsindən münunələr Teymur Nəcəfzadənin rəhbərlik etdiyi “Kolorit” yaradıcılıq emalatxanasının dəstəyi ilə yazıya alınaraq mobil əlavəyə yüklənib.

Azercell Telekom yeni audio-toplunun ərsəyə gəlməsi münasibətilə ”Bakı Kitab Mərkəzin”-dəxalq yazıçı Anarın, əməkdar artist Sevda Ələkbərzadə kimi görkəmli incəsənət xadimlərinin, Türkiyənin ölkəmizdəki səfiri Erkan Özoralın, Rusiyanın səfiri M.N. Boçarnikovun, Hollandiyanın səfiri Onno Kerversin, Moldovanın səfiri George Leuka kimi ölkəmizdə fəaliyyət göstərən diplomatik korpus rəhbərlərinin, eləcə də, nüfuzlu biznes strukturlarının iştirakı ilə “İki cahan” adlı xüsusi tədbir də təşkil edib. Tədbirdə Nəsiminin qəzəlləri müxtəlif dillərdə səsləndirilib, “Sığmazam” şeiri üzərinə hazırlanmış pantomima və şairin yaradıcılığına həsr olunmuş "İki cahan" videosu nümayiş etdirilib.

Məlumat üçün bildirək ki, Azercell-in güzəştli qiymətlə təqdim etdiyi “Bookmate” mobil kitabxanası minlərlə kitabı elektron cihaz üzərindən oxumaq imkanı yaradır. “Bookmate” mobil kitabxanasına aylıq cəmi 3,50 AZN ödəməklə, oxucular yalnız xarici ədəbiyyatla deyil, azərbaycanlı müəlliflərin əsərləri ilə də tanış ola bilirlər. Xidmət haqqında ətraflı məlumat və qoşulma qaydalarını www.azercell.com/bookmate səhifəsindən əldə etmək mümkündür.

Qeyd edək ki, Azercell gələcəkdə də davamlı şəkildəhəm Azərbaycan, həm də dünyanın ədəbiyyat və incəsənət nümunələriniəlçatan etmək istiqamətində yeni rəqəmsal həllər təqdim edəcək.

Daha ətraflı məlumat üçün news@mcs.az ünvanına müraciət edə bilərsiniz

Azərbaycanın mobil rabitə sənayesinin lideri və qeyri-neft sektorunun ən böyük vergi ödəyicisi və sərmayəçisi “Azercell Telekom” MMC 1996-cı ildə təsis edilmişdir. Hazırda 4,9 milyon abunəçi Azercell-i seçir. Bazar payı 49%; ölkə ərazisi üzrə əhatə dairəsi: 99.2% (işğal altında olan ərazilər istisna olmaqla); ölkə əhalisi üzrə əhatə dairəsi: 99,8% təşkil edir.Ölkəyə bir sıra yenilikləri ilk dəfə olaraq məhz Azercell gətirib: GSM texnologiyası, öncədən ödəmə sistemi, mobil internet xidmətləri, 24/7 Telefon Mərkəzi (*1111), 7/7 Ön Masa xidmətləri, Azercell Ekspres ofisləri, M2M, 4G texnologiyası, mobil və onlayn müştəri xidmətləri, sosial media üzərindən müştəri xidmətləri, mobil elektron imza xidməti “Asan İmza” və s. Azercell-in sürətlə böyüyən 4G şəbəkəsi Bakı və Abşeron da daxil olmaqla, ölkənin 60-a yaxın bölgəsini əhatə edir. Radio siqnalların şəbəkə keyfiyyətini ölçən və simsiz rabitənin əhatə dairəsi üzrə ixtisaslaşan beynəlxalq sistemlər tərəfindən aparılmış araşdırmaların nəticələrinə əsasən, Azercell-in 4G şəbəkəsi Azərbaycanın mobil operatorları arasında ən yüksək göstəricilər nümayiş etdirmişdir. Azercell ölkədə və MDB məkanında beynəlxalq “İnvestors İn People” İnsana Sərmayə Qızıl Sertifikatına layiq görülən yeganə şirkətdir.