Azercell Telekom dahi Nəsimi yaradıcılığını xarici oxuculara daha yaxından tanıtır

Azercell Telekom dahi Nəsimi yaradıcılığını xarici oxuculara da daha yaxından tanıtmaq, onun yaradıcılığını müasir mütaliə vasitələri ilə təbliğ etmək məqsədi ilə şairin qəzəllərini üç dildə səsləndirilərək “Bookmate” proqramının “Audiobook” (“Audio Kitab”) bölümünə yüklənməsinə təşəbbüs göstərib. Məşhur mütəfəkkir-şairin 650 illik yubileyini qeyd etmək üçün ölkənin nüfuzlu diplomatik və biznes strukturları, incəsənət xadimləri Azercell-in təşkil etdiyi “İki Cahan” tədbirində bir araya toplaşıb.